Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adları açıqlanıb
ABŞ prezidenti Barak Obama Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adlarını açıqlayıb. ABŞ müdafiə idarəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta rəhbərlik edəcək. Onun yerini isə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı Devid Petreus tutacaq. «KƏLAMİNFO»nun «Associated Press»ə istinadən yaydığı məlumata görə, Panetta öz səlahiyyətlərinin icrasına yayda başlayacaq. Məhz o zaman Pentaqonun indiki rəhbəri Robert Geyts təqaüdə çıxacaq. Petreus beləliklə, öz səlahiyyətlərinin icrasına payızdan tez başlamayacaq. Əfqanıstandakı ABŞ qoşunlarına komandanlıq isə Con Allenə keçəcək.
Obama ABŞ-ın Əfqanıstandakı səfirinin də adını açıqlayıb. Bu, Rayan Krouer olub. Yeni təyinatlar heç kim üçün gözlənilməz olmayıb. Belə ki, bu təyinatlar barədə ABŞ KİV-də məlumatlar hələ aprelin əvvəlində yayılmışdı.