Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Su ehtiyatlarımız tükənir
    İçməli su ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı şəhəri və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.



    Azərbaycanda içməli su problemi
    İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər km2-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62%-i Cürcüstan, 28%-i Ermənistan, yalnız 10%-i Azərbaycanın payına düşür.
    Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə artıb. Su çatışmazlığının digər səbəbi isə su anbarlarının az olmasıdır.
    Azərbaycanın yeraltı su ehtiyatları yataqlarının proqnozlaşdırılmış vaxtı bitib. Artıq bu ehtiyatları yenidən hesablamaq vaxtıdır. Bu gün Azərbaycanın 11-12 yeraltı içməli su ehtiyatı mənbəyi var. Bunların cəmi ehtiyatları təqribən 24 mln. kub metr/sutka təşkil edir.
    Məsələn, hazırda Abşeronun içməli su ehtiyat mənbələrinin çox sürətlə çirklənmə prosesi gedir. Bu gün Abşerona 30 kub metr/saniyə içməli su gəlir ki, bunun da 20 kubmetr/saniyəsi Bakı şəhərinin payına düşür. Rəsmi məlumatlara görə, Bakı və Sumqayıt şəhərlərinin yeraltı su kəmərləri sistemi köhnə olduğundan bura daxil olan suyun yarısı tam itkiyə gedir.
    Hazırda Bakı şəhərinin içməli su tələbatının Ceyranbatan gölü vasitəsilə 55-60%-i təmin edilir. Yeni anbar istifadəyə verildikdən sonra paytaxta su verilişi 2 dəfə artırılacaq.
    Paytaxtın içməli suya olan tələbatını ödəmək üçün Oğuz-Qəbələdən gələn su şəhər üçün ən əlverişli su mənbəyi sayılır.

    Mütəxəssislər bədbin danışır

     
    Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Hidrogeologiya və mühəndis-geologiya şöbəsinin rəhbəri Yusif İsrafilovun fikrincə, yeraltı su yataqları səmərəli istifadə edildikdə, uzun illər boyu mövcud ola bilir. Lakin bu su yataqlarından səmərəli və düzgün istilfadə edilmədikdə suların parametrləri və tərkibi dəyişir. Y.İsrafilovun sözlərinə görə, bu gün yeraltı sular antropogen təsirlərə məruz qalır. Bu da içməli su ehtiyatlarının tərkibinin dəyişməsinə gətirib çıxarır.  Y.İsrafilov yeraltı suyun tərkibində yod-bromun həmişə normadan aşağı olduğunu bildirir. O, Oğuz-Qəbələ kəməri vasitəsilə paytaxta gələn suyun tərkibində də yod-bromun normativdən aşağı olmasını istisna etmir: “Lakin bu gün bütün dünyada şəhərlərə verilən içməli suyun tərkibində yod az olduqda, süni yolla yod əlavə olunur”.
    Alimin fikrincə, yeraltı su mənbələrindən istifadə həmin ərazinin torpaq sahəsinə çox böyük mənfi təsir edəcək. Belə ki, Oğuz-Qəbələdən su kəməri çəkildikdən sonra həmin ərazidəki yeraltı suların səviyyəsi 50-60 metr aşağı düşəcək. Bu zaman həm də oradakı qurunt suların səviyyəsi aşağı enəcək. Bu da yerüstü bitki örtüyünə mənfi təsir göstərəcək. Bunun ərazidə yerləşən çaylara da təsiri mümkündür. Buna görə də hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər bunu nəzərə almalıdılar.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov isə bütün bu halların nəzərə alındığını və həmin ərazidə heç bir mənfi fəsadların olmayacağını bildirir.
    Hazırda ölkə ərazisində (Bakı şəhərində 6) məişət-tullantı sularının təmizlənməsi məqsədi ilə 21 ədəd mexaniki və bioloji təmizləyici qurğu fəaliyyət göstərir. Mövcud qurğuların isə hamısı işlək vəziyyətdə deyil. Təmizləyici qurğuların gücünün formalaşan axınlardan az olması respublikada su hövzələrinin antropogen təsirinin başlıca faktoruna çevrilib.
    “Azərsu” ASC-nin şöbə rəisi Aqşin Rüstəmov qeyd edir ki, sovet dövründə 1 litr içməli suyun tərkibində 5 min milliqram bulanlıq olanda təmizləyici qurğuların fəaliyyəti dayandırılırdı. Hazırda isə bu qurğularda aparılan yenidənqurma işlərindən sonra 1 litr suda 15 min milliqramm bulanlıq olduqda belə qurğuların fəaliyyəti dayandırılmır.
    Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə Almaniyanın bu sahədə aparıcı şirkətləri ən son texnologiyaları tətbiq etmək təklifi ilə çıxış ediblər. Ekologijya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mütəllim Əbdülhəsənov su vasitəsilə keçən xəstəliklərin qarşısının alınması istiqamətində ölkədə bir sıra tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O, həmçinin 224 min əhalisi olan 12 rayonun 122 kəndində içməli su üçün nəzərdə tutulan təmizləyici qurğular – Modul Tipli Stansiyaların quraşdırıldığını, bu qurğuların sayı və əhatə dairəsinin gələcəkdə artırılacağını deyir.
    Ekologiya Standartlarının Monitorinqi Fondunun prezidenti, professor Rauf Sultanov dünyada su qıtlığı probleminin kəskinləşdiyini söyləyib. Professor içməli suyun ağır metallar, detergentlər, karbohidrogentlər, radiaktiv maddələrlə çirkləndirilməsi insan sağlamlığı üçün çox böyük təhlükə olduğunu vurğulayıb.  
    Qeyd edək ki, bu gün ölkə ərazisində ekoloji tarazlığın qorunmasında hər bir vətəndaşın üzərinə böyük məsuliyyət və cavabdehlik düşür.


    İlham MƏMMƏDOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 563
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30