Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İlham Əliyev: “Neft hasilatının sabit səviyyədə saxlanması bizim üçün çox vacibdir”
    “Neft hasilatının sabit səviyyədə saxlanılması məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər böyük investisiyalar qoyurlar və eyni zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal iştirak edir. Hazırda konsorsium tərəfindən hasil edilən neftin gəlir hissəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu, məhz vaxtilə “Əsrin kontraktı”nın üzərində danışıqların aparılması zamanı Azərbaycanın mövqeyinin kifayət qədər ciddi olmasından xəbər verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi proseslər də müəyyən dərəcədə bizi narahat edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə etmişdik. Məhz buna görə bu gün xarici tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər hissəsi Azərbaycanın payına düşür. Xarici şirkətlərlə apardığımız danışıqlarda biz daim bu məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz istəyirik ki, uzunmüddətli hasilata nail olaq”.

    “KƏLAMİNFO” bildirir ki, bu barədə ölkə prezidenti İlham Əliyev AMEA-nın illik toplantısında çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, rəsmi Bakı hasilatın artırılmasına o qədər də müsbət baxmır: “Mən hesab edirəm ki, hasilatın hazırkı səviyyəsi optimaldır. Elə etməliyik ki, bundan sonra da uzun illər ərzində Azərbaycan nefti Azərbaycan iqtisadiyyatının inkişafına xidmət göstərsin”. Hazırda Azərbaycanın böyük qaz layihəsi reallaşdırdığını deyən İlham Əliyevin sözlərinə görə, “Şahdəniz” qaz yatağı dünya miqyasında ən böyük yataqlardan biridir, nadir yataqdır: “Şahdəniz” yatağından sonra Azərbaycan alimləri, geoloqları, neftçiləri “Ümid” yatağını aşkarlayıblar. Beləliklə, bizdə çox böyük qaz potensialı yaranır və şübhəsiz, Avropanın enerji təhlükəsizliyi məsələləri də müəyyən dərəcədə Azərbaycan qazının hesabına təmin edilə bilər. Hazırda bu istiqamətdə ciddi danışıqlar aparılır. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə bəyannamə imzalanıb, işçi qrupu yaradılıb, konkret işlər aparılır. Burada biz, ilk növbədə, həmişə olduğu kimi, ölkəmizin və xalqımızın milli maraqlarını təmin etməliyik. Bizə xüsusilə qazın ixracı üçün yeni bazarlar, tərəfdaşlara isə yeni nativ mənbələr lazımdır. Burada maraqlarımız demək olar ki, üst-üstə düşür və gələcəkdə Azərbaycanda həm neftin, həm də qazın hasilatının səviyyəsini biz müəyyən edəcəyik. Biz bu hasilatı lazım olan səviyyədə saxlayacağıq. Bu məsələlər əlbəttə ki, uzunmüddətli inkişaf strategiyamızla uzlaşmalıdır”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 465
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30