Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    YAP qondarma erməni soyqırımını müzakirə edib
    Bu gün Atatürk Mərkəzində hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın iştirakı ilə 24 Aprel qondarma erməni soyqırımı ilə bağlı dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu qondarma soyqırımı əzəldən yalan üzərində qurulmuş məsələdir və təəssüf ki, bəzi qüvvələr tarix boyu, elə indi də bu yalana nəfəs verməkdədirlər. Ə.Əhmədov qeyd edib ki, bu erməni saxtakarlığını hamılıqla sübut etmək lazımdır və hazırda bunun üçün ciddi işlər aparılır. O, Fransanın Konstitusiya Məhkəməsinin qondarma soyqırımı ilə bağlı mövqeyinin həm də belə bir soyqırımı olmadığını etiraf etmiş olduğunu bildirib. “Bu etirafların davamı gələcək. Keçirilən bugünkü tədbirdə məqsəd də bir tərəfdən soyqırımın yalan olmasını nümayiş etdirməkdirsə, digər tərəfdən Azərbaycanın Türkiyə ilə həmrəy olduğunu bir daha nümayiş etdirməkdir. Məhz buna görə əminik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi aydın və ədalətlidir” - deyə YAP sədr müavini vurğulayıb.

    Millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, əslində, erməni məsələsi və “erməni soyqırımı” mövzusu dünya gücləri tərəfindən Türkiyəyə qarşı ortaya atılıb. “Bu gün həmin siyasət Qarabağın işğalı ilə davam edir. Qondarma erməni soyqırımı mövzusu təkcə Türkiyənin yox, həm də Azərbaycanın məsələsidir. Bu gün ermənilər soyqırımı mövzusunu ortaya ataraq həm də Qarabağ mövzusunu yaddan çıxarmağa, bu mövzudan yayınmağa çalışır” - deyə millət vəkili bildirib. Milli Məclisin vitse-spikeri Bahar Muradova erməni yalanını ifşa etmək üçün Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərməli olmasından danışıb. “Türkiyə və Azərbaycan həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə birgə fəaliyyət göstərməlidir” - deyə B.Muradova söyləyib. Səfir H.Kılıc belə bir tədbir təşkil etdiyinə görə YAP-a və tədbirdə iştirak edən digər partiya rəhbərlərinə təşəkkür edib. O qeyd edib ki, bu tədbir həqiqətən də dünyaya mesaj olmalıdır. “Erməni soyqırımı” deyildiyi kimi, əsrin yalanıdır, əsrin saxtakarlığıdır. Əlbəttə ki, müharibədə, o cümlədən Çanaqqala savaşında düşmənlərinə qarşı insani münasibət göstərərək davranmış bir millətin digər millətlə pis davranmasından söhbət gedə bilməz. Bunlar tamamilə yalandır. “Erməni soyqırımı”nı tanımış Argentina parlamentinin üzvlərindən Türkiyənin harada olduğunu soruşsanız, xəritədə yerini belə göstərə bilməzlər. Əlbəttə ki, bu cür yalanlardan yox, Xocalı qətliamından danışılmalıdır. Bu hadisə dünən, yəni çox yaxın tarixdə baş verib. Lap gedib 1918-ci il martın 31-də baş verən qətliama baxın. Bunlar hər kəsin bildiyi qətliamlardır” – deyə H.Kılıc bildirib. Tədbirdə, həmçinin millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Fazil Mustafa, Xanhüseyn Kazımlı və başqaları çıxış edərək ermənilərin türklər tərəfindən yox, əslində, azərbaycanlıların ermənilər tərəfindən müxtəlif vaxtlarda soyqırımına məruz qaldığını bildiriblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 435
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30