Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ən çox şikayət orta məktəblərlə bağlı olub
    Cari ilin mart ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1707 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub.

    Ölkə təhsilinin inkişafına yönəlmiş proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, maliyyələşdirmə, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Təhsil sənədlərinin alınması və nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin müəllimlərin dərs yükünün bölünməsi, məktəbli formasının tətbiqi, birinci siniflərdə əlifba bayramının təşkili və digər məsələlər barədə sorğular qeydə alınıb və cavablandırılıb.
    Şikayət xarakterli müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 78, digər şəhərlərin ümumtəhsil məktəblərindən 15 (Gəncədən 7, Sumqayıtdan 6, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron rayonundan 10, Şəki və Qusar rayonlarının hər birindən 4, Lənkəran, Lerik, Tərtər rayonlarının hər birindən 3, Ağdaş, Neftçala, Saatlı, Şamaxı, İmişli, Göygöl, Qobustan, Beyləqan, Sabirabad, Ağcabədi, Goranboy, Masallı, Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 2 və Şabran, Şəmkir, Cəlilabad, Samux, Xocavənd, Gədəbəy, Ağsu, Daşkəsən, Tovuz, Siyəzən, Quba, Bərdə, Laçın, Kürdəmir, Ağdam, Biləsuvar, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət daxil olub.
    Ümumtəhsil məktəbləri ilə bağlı müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarətdir. Müraciətlərin araşdırılması zamanı 35 faiz müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, 40 faiz müraciətdə qeyd olunan faktlar isə öz təsdiqini tapmayıb.
    Dəqiq və ünvanlı müraciətlər üzrə aparılmış araşdırma nəticəsində qaldırılmış məsələlər öz həllini tapıb, iki ümumtəhsil məktəbinin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib.
    “Qaynar xətt”ə məktəbəqədər təhsil müəssisələrindən 9, lisey tipli məktəblərdən 5, internat məktəblərdən 2, məktəbdənkənar tərbiyə müəssisələrindən 2 şikayət qəbul edilib. Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 12, özəl ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar 24 müraciət qeydə alınıb.
    Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, müxtəlif növ nəşrlərin satışı və digər məsələlər əks olunub.
    Ötən ay özəl ali təhsil müəssisələri ilə bağlı 24 şikayət daxil olub. Onlardan 1-i Azərbaycan Kooperasiya Universiteti, 2-si Odlar Yurdu Universiteti, 21-i isə Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Azərbaycan Kooperasiya Universitetində kitab satışının təşkili, Odlar Yurdu Universitetində diplomlara görə rüsum tələb olunması, Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin sənədlərinin verilməsi zamanı çoxsaylı problemlərin yaradılması ilə bağlı müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.
    Beləliklə, martda “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 91,5 faizi müsbət cavablandırılıb və qaldırılmış məsələlər müvafiq qaydada həllini tapıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 491
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30