Qurban bayramında yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq
Azərbaycanda noyabrın 27-30-da qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması nəzərdə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Nadir Əzməmmədov verib.
N.Əzməmmədov bildirib ki, əlavə vaqonların sayı sərnişin axını ilə tənzimlənəcək və yerli istiqamətdə hərəkət edən bütün qatarlara qoşulacaq.