Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Korrupsiyaya qarşı mübarizənin ibrətamiz nəticələri var
    Əliməmməd Nuriyev: «Güman edirəm ki, qanunauyğun fəaliyyət məmurlarda vərdişə çevriləcək»

    Hər hansı dövlət qurumunda çalışan və ona etibar edilən səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə edən məmurlara qarşı bir müddət əvvəl başlayan antikorrupsiya tədbirləri davam etməkdədir. Vətəndaş-məmur münasibətlərində formalaşan korrupsiya sövdələşmələri, rüşvətxorluq halları əvvəllər nə qədər adi və laqeyd qarşılanırdısa, indi onların aradan qaldırılmasına cəhdlər bu gün cəmiyyət tərəfindən müsbət qəbul olunur. Hazırkı vəziyyətə aydınlıq gətirmək üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə söhbətə başladıq:

    “Hələlik bu, məmurlar tərəfindən tam şüurlu seçim deyil”

    - Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən ötən müddətdə hansı dəyişiklikləri görürsünüz? Nəzərə çarpan nəticələr varmı?

    - Ölkədə korrupsiyaya qarşı daha sistemli mübarizə 2005-ci ildən başlanıb. 2005-ci ildə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi və 2004-2006-cı illər üzrə antikorrupsiya üzrə Milli Strategiya hazırlandı. 1990-2005-ci illərdə prezidentin bir sıra fərman və sərəncamları da qəbul olundu. Daha sonra 2007-2011-ci illər üçün ikinci dövlət proqramı, milli strategiya qəbil edildi. Ötən müddət ərzində meydanda müəyyən nailiyyətlər, nəticələr var. Bu ilk növbədə qanunvericilik bazasının yaranması ilə bağlıdır.

    Amma o zaman korrupsiyaya qarşı ətraflı dönüş yaradılmadı. Məhz yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr edilmiş yığıncağında ölkə başçısının çıxışından sonra korrupsiyaya qarşı mübarizədə yeni bir mərhələ başlandı. Yanvarın 27-də isə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclası oldu və konkret tapşırıqlar verildi, bir sıra mühüm qərarlar qəbul edildi. O cümlədən, dövlət yol polislərinin, gömrük işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman, yoxlamaların vahid reyestrinin yaradılması ilə bağlı sərəncamlar oldu. Normativ aktlar haqqında Konstitusiya qanunu təsdiqləndi. Ən mühüm tapşırıqlardan biri də qeydiyyatsız əmlakın – yaşayış evlərinin, binaların, mənzillərin, qurğuların qeydiyyata alınması ilə bağlı idi. Hazırda bununla bağlı konkret sənədlər hazırlanır. Bundan başqa, bu tapşırıqlara uyğun olaraq bütün icra strukturu, digər hakimiyyət qolları tərəfindən antikorrupsiya tədbirlərinin həyata keçirilməsinə başlandı. Görülən tədbirlər sayəsində bu gün artıq müəyyən nəticələr var. Bu nəticələr genişmiqyaslı olmasa da, çox maraqlı və ibrətamiz nəticələrdir. Ən vacib nəticə kimi qeyd edərdim ki, vətəndaşlarımızın dövlət orqanlarına inamının rüşeymi genişlənməyə başladı. İstənilən siyasətin həyata keçirilməsində ən zəruri şərt elan edilmiş siyasi iradəyə etimad məsələsidir. Bu proses artıq başlayıb. Bu da onunla ifadə edilir ki, artıq vətəndaşlarımızın məmurlar tərəfindən onlara göstərilmiş xidmətin müqabilində qeyri-qanuni ödənişlər etmək, rüşvət vermək halları xeyli dərəcədə azalıb. Məmurların özündə də təbii olaraq, müəyyən çəkinmə halları yaranıb ki, onlar qeyri-qanuni ödənişlər etməyə, rüşvət almağa ehtiyat edirlər. Hələlik bu, məmurlar tərəfindən tam şüurlu seçim deyil. Amma güman edirəm ki, bu proses genişlənəcək, qanunauyğun fəaliyyət onlarda vərdişə çevriləcək. Hələlik isə o vərdişlər tam surətdə bərpa olunmayıb. Bu gün inhisarın nəzarətə alınması istiqamətində də hərəkətlər var. Daha bir müsbət addım hesabatlarla bağlı modeldir. Belə ki, dövlət qurumları tabe olduqları orqan qarşısında hesabat verirdi və bu şaquli hesabatlılıqdır. Amma ictimaiyyət qarşısında verilən hesabat isə hansı tədbirlərin görüldüyü, hansı perspektivlərin olması və s. kimi bütövlükdə nə baş verdiyini göstərmək üçündür.   

    Əsas məsələ məmur müqavimətini sındırmaqdır

    - Azərbaycanda korrupsiyaya qarşı mübarizə üsulları yetərlidirmi? Qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac varmı?

    - Qanunvericilik hər zaman təkmilləşdirilməyə məruz qalmalıdır. Amma mövcud qanunvericilik çərçivəsində də korrupsiyaya qarşı mübarizə aparmaqda kifayət qədər imkanlar və şərtlər var. İnstitusional strukturlar da korrupsiyanın aparılması üçün imkanlar verir. Təbii ki, əsas məsələ yerlərdə məmur müqavimətinin qarşısını almaq, onu sındırmaqdır ki, irəli sürülən iradə sona qədər irəliləsin. Xüsusilə hesab edirəm ki, antikorrupsiya mexanizminin yaranması prosesi sürətləndirilməlidir. Ən vacib məsələ məhz mexanizmlərin yaradılmasıdır, o sistemin daimi olaraq işlək vəziyyətdə olmasıdır. Bu, hələ kifayət qədər deyil və bunun üzərində iş gedir. Bütün görüşlər və forumlar bu məqsədə yönəlib. Hazırda Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən də təkliflər paketi hazırlanıb. Çox yaxın günlərdə təklifləri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya təqdim edəcəyik. 

    Nəqliyyat Nazirliyi min nəfərə yaxın azərbaycanlını necə işsiz qoyub?

    - Korrupsiyaya etiraz edən insanların hüquqları qorunurmu?

    - Mühafizə orqanları tərəfindən, xüsusilə də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən bu istiqamətdə ən ardıcıl addımlar atılır. Amma bəzi orqanlarda çox təəssüf ki, vətəndaşların təşəbbüslərinə, korrupsiya etirazlarına adekvat reaksiyalar hələ də kifayət qədər deyil. Bəzilərində ümumiyyətlə azdır. Məsələn, bu günlərdə bizə beynəlxalq yükdaşıyan sürücülər adından müraciət daxil olub. Müraciətdə göstərilir ki, yükdaşımaların həyata keçirilməsi üçün zəruri sənədlərin alınması zamanı korrupsiya halları güclənir. Bu yükdaşıyanlar Azərbaycan vətəndaşlarıdır, öz avtomobilləri ilə İran İslam Respublikasının yüklərini Rusiyaya aparırlar. Müraciət edən müəlliflər göstərir ki, bunu üçün onlardan dövlət rüsumundan əlavə rüşvət alınır. Lisenziyanın qiyməti 210 manat olmağına baxmayaraq 2 min manat, hər rübdə 15 manat müayinə aktına rəğmən 150 manat, hər reysə görə icazə vərəqəsinə 20 ABŞ dolları əvəzinə 700 ABŞ dolları alınıb. Bununla bağlı Nəqliyyat Nazirliyinin fəaliyyətinə etiraz ediblər. Xüsusən də, bu işlə daha çox məşğul olan “Azəravtonəqliyyat” Servis Departamenti və“Azərnəqliyyat” Servis Departamentinin Lisenziya və Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi  İdarəsindən Çingiz Baxşıyev, Elçin Əliyev adlı şəxslər onları burada gecikdirirlər. Ümumiyyətlə, onlar bu il başlayandan bir dənə də olsun beynəlxalq yükdaşıma həyata keçirməyiblər. Nəticədə isə o yaranır ki, Rusiya bu bazarı – Azərbaycanın ərazisindən keçən bu yükdaşımaları ələ keçirib. Onlar 15 ildir ki, Azərbaycan ərazisindən keçməklə İran yüklərini daşıyırlar. Amma Azərbaycandan cəmi min nəfər sürücü olmaqla, həftədə də cəmi iki min yükdaşıma həyata keçirilirdi, indi bunun da qarşısını alıblar. Ona görə ki, sürücülər rüşvət verməkdən imtina ediblər. Rüşvətin qarşısının alınmasına görə bu gün həmin min nəfərə yaxın azərbaycanlı işsiz vəziyyətindədir. Amma onlar həm işləyib, ailəsini dolandırırdılar, həm Azərbaycan büdcəsinə vəsaitlər daxil olurdu. İndi baxın, hazırda bir neçə məmurun bu hərəkətləri nəyə gətirib çıxarır. İnsanları işdən məhrum edirlər, bu da narazılığa gətirib çıxarır. Demək, bu məmurlar özləri yerlərində deyillər. Biz bununla bağlı müraciət hazırlamışıq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcəyik.  Düşünürəm ki, bu ciddi araşdırılacaq və nəticələr ortaya qoyulacaq. Çünki dövlət başçısı rüşvət hallarının respublika üçün ləkə olduğunu və bu neqativ hallar haqqında məlumat verməyi tapşırıb. İndi insanlar rüşvət verməkdən imtina etməyi bacarırlar. Məmurlarla bağlı açıq şəkildə imzalarını, yerlərini, ünvanlarını göstərməklə müraciət edirlər.

    “Belə fikirləri bəzi strukturlar özləri ortalığa atırlar”

    - Qəzetimizə müsahibənizdə qeyd etmişdiniz ki, əsas problemlərdən biri cəmiyyət tərəfindən dəstəyin olmamağıdır. Bu gün cəmiyyət korrupsiyaya yetərli müqavimət göstərirmi?

    - Hazırda cəmiyyət aparılan antikorrupsiya siyasətini təqdir etməkdədir və proses genişlənir. Yəni ən vacib olan məsələ müttəfiqlərin doğru-düzgün seçilməsidir. Bu müttəfiqlə korrupsiyaya qarşı mübarizə aparan dövlət orqanları əsas müttəfiq deyilmi? Əlbəttə, vətəndaş cəmiyyəti vətəndaşlarımızdır, mediadır və eyni zamanda sahibkarlar, özəl sektordur. Vətəndaş cəmiyyətlərinin sayı artmaqdadır və artım getdikcə davam edəcək. Artıq sahibkarlar da hərəkətə gəlməyə başlayıb. Düşünürəm ki, prezidentin apardığı siyasətin nəticələri artıq meydandadır. Doğrudan da bəzi idarələrdə korrupsiyanın azaldılması hiss olunacaq dərəcədədir.

    - Korrupsiyaya qarşı tədbirlər yeni başlananda onun kampaniya xarakterli olacağını düşünənlər az deyildi. Bu fikirlə bağlı indi nə demək olar?

    - Bəzi strukturlarda çalışan məmurlar var ki, özləri belə fikirləri ortalığa atırlar. Deyirlər ki, guya bu müvəqqətidir. Bu məsələlər bizə də gəlib çatır. Onlar bununla insanlarda ruh düşkünlüyü yaratmaq istəyirlər. Çox təəssüf ki, bəzi siyasi rəqiblər də bundan istifadə edir. Amma prezidentin bunlara cavabları çox mühümdür. Dövlət başçısı bildirib ki, bu, kampaniya deyil, davamlı prosesdir: «Biz qərarlıyıq, bu, bizim şüurlu seçimimizdir». Biz görürük ki, bu davamlılıq getdikcə artır. Korrupsiya çoxşaxəli, çox obrazlıdır və çox sürətlə öz formasını dəyişən fenomendir. Ona görə də buna qarşı mübarizə çevik, fasiləsiz, davamlı olmalıdır. Həm də buna geniş dəstək olmalıdır. Aparılan sonuncu tədbirlər də bu baxımdan yeni təşəbbüslər üçün meydan yaradıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 807
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30