Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan “37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası”nda iştirak edir
    Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasının (La Feria Internacional del Libro de Buenos Aires) rəsmi açılışı olub. Azərbaycan ilk dəfə olaraq Buenos-Ayresdəki səfirliyimizin təşkilatçılığı ilə “AZƏRBAYCAN” stendi ilə sərgidə iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Sərginin açılışında Argentina hökuməti, Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il Ədəbiyyat üzrə Nobel Mükafatçısı olan perulu yazıçı Mario Vargas Llosa çıxış ediblər. Milli memarlıq və ənənələrimizə uyğun qurulmuş “AZƏRBAYCAN” stendində ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, Azərbaycanın müasir mərhələsinə, davamlı inkişaf prosesinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına aid müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən suvenirlərdən ibarət guşələr yaradılıb, habelə müvafiq film və çarxların nümayişi üçün ekranlar quraşdırılıb.

    Dünyanın ən iri 5 kitab yarmarkalarından biri, habelə Argentinada ilin aparıcı mədəniyyət və təbliğat tədbiri hesab edilən Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası çərçivəsində iştirakçılar tərəfindən konsert, rəqs və teatr proqramları, kitab və digər nəşriyyatların təqdimatı təşkil edilir və Azərbaycan səfirliyi tərəfindən də ölkəmizin təbliği məqsədilə tədbirlərin keçirilməsi planlaşdırılır. 45,5 min kvadrat metrlik sahədə təşkil olunan bu yarmarkanı hər il bir milyon iki yüz mindən artıq müəllif, yazıçı, şair, tədqiqatçı, tərcüməçi, oxucu və s. ziyarət edir. Bu il yarmarkaya öz stendi ilə 1300-dən artıq iştirakçı qatılıb ki, onlar arasında Latın Amerikasındakı nəşriyyat evləri, kitab satış şəbəkələri, kitabxanalar, universitetlər, kütləvi informasiya vasitələri, Argentinanın dövlət, əyalət və ictimai təşkilatları, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik missiyalar var. Hər il Argentinanın 1200-ə qədər tanınmış kitabxanası bu yarmarkada kitab alır. Yarmarka 20 apreldən 9 maya qədər davam edəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 473
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30