Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada bir araya gələcəklər
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.