Beynəlxalq çempionatda kulinarlarımız Azərbaycan mətbəxini yüksək səviyyədə təmsil ediblər
Moldovada keçirilən beynəlxalq mətbəx çempionatında kulinarlarımız Azərbaycan mətbəxini yüksək səviyyədə təmsil ediblər. Çempionatın Münsiflər Heyəti onların çıxışına yüksək bal veriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər.
Təmsilçilərimiz vətənə 3 qızıl, 2 bürünc medal və 1 fərqlənmə diplomu ilə qayıdıb. Aşpazlar 9 sinif yarışının hamısında yüksək nəticə göstəriblər.
Digər məlumata gorə isə Belçikada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa parlamentinin binasında keçirilən “Azərbaycan mətbəxi” günlərində milli mətbəximiz yüksək səviyyədə təqdim edilib.