Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Həsənov: “Həmsədrlər ya irəliləyişə nail olmalı, ya da geri çəkilməlidirlər” (müsahibə)
    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov suallarımızı cavablandırıb

    - Əli müəllim, ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri başlayır. Bu, sıradan bir səfər olacaq, yoxsa münaqişənin həlli ilə bağlı nəsə gözləmək olar?

    - Hesab edirəm ki, bu səfər onların öz planları çərçivəsindədir. Səfər, həmçinin danışıqların növbəti raundunun əsas detallarını dəqiqləşdirmək məqsədi daşıyır. Hər halda səfər plana müvafiq şəkildə reallaşır, amma Azərbaycan hakimiyyəti bu sahə ilə məşğul olan bütün qurumlar, ATƏT-in həmsədrlər institutundan narazılıq edir. Narazılıq da ondan ibarətdir ki, danışıqlar prosesi əsassız olaraq, qarşı tərəfin ambisiyaları çərçivəsində getdikcə uzanır və əvvəl razılaşdırılmış məsələlər yenidən gündəmə gətirilir. Azərbaycan tərəfi olaraq tələb edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşı tərəfə olan ədalətli təzyiqlər artırılsın. Yəni bu məsələnin bir çərçivə prinsipləri var və prinsiplərə müvafiq olaraq prosesləri sürətləndirməyə ehtiyac yaranıb. Ona görə də qarşı tərəfə təzyiq olmasa, bu, belə də uzanacaq. Qeyd edim ki, bu iradlar həmsədrlərə artıq bildirilib və bundan sonra da biz təzyiqləri artıracağıq. Təzyiqlər təkcə onlara deyil, bütün beynəlxalq təşkilatlara artırılacaq. Çünki beynəlxalq təşkilatlar da Azərbaycanın beynəlxalq birliyin üzvü kimi  hüquqlarının qorunub təmin edilməsinə BMT Nizamnaməsinə müvafiq olaraq borcludurlar. 



    - İctimaiyyət arasında belə fikirlər səslənir ki, əgər ATƏT-in Minsk qrupu Ermənistanla bacarmırsa, bəyanat verməli və etiraf etməlidir ki, onlar bu ölkə ilə bacara bilmirlər…

    - Haqlı tələbdir. Azərbaycan ictimaiyyəti, o cümlədən millət vəkilləri, ziyalılar, ayrı-ayrı cəmiyyətin təmsilçiləri, qeyri-hökumət təşkilatları tərəfindən belə haqlı  fikirlər tez-tez səsləndirilir. Ümumiyyətlə, on illərdir ki, hüquqları bərpa olunmayan qaçqın və məcburi köçkünlər getdikcə bu təzyiqləri artıracaq və sərtləşdirəcəklər. ATƏT-in həmsədrlər institutu ya münaqişənin həllində bir irəliləyişə nail olmalı, ya da geri çəkilməlidir. Onlar bu məsələ ilə bağlı bəyanat verməlidir ki, bu işi bacarmırlar və Azərbaycan öz milli və beynəlxalq hüququnu necə bacarırsa, elə də bərpa etsin.


    - Bu səfər çərçivəsində ATƏT-in faktaraşdırıcı missiyasının hazırladığı hesabata toxunulacaqmı?

    - Həmsədrlərin səfəri çərçivəsində keçiriləcək görüşlərdə hesabata da toxunulacaq. Hesabatla bağlı Azərbaycan tərəfi artıq rəyini formalaşdırıb. Orada əks olunan məsələlərlə bağlı müvafiq qurumlar, o cümlədən Xarici İşlər Nazirliyi təhlillər aparıb və yəqin ki, bu məsələyə də yenidən qayıdılacaq.


    - Əli müəllim, ümumiyyətlə, hesabatda əks olunan məlumatlarla Azərbaycanın işğal edilən ərazilərindəki mövcud vəziyyət üst-üstə düşürmü?

    - Məsələ burasındadır ki, bizim əlimizdə olan məlumatlar müşahidələrimiz, bu və ya digər yollarla əldə etdiyimiz informasiyalara əsaslanır. Bu müşahidə missiyası konkret olaraq gedib yerlərdə baxış keçirir və nəticələrlə bağlı  hesabatlarını tərtib edir. Əlbəttə, üst-üstə düşməyən və ya düşən məqamlar da var. Amma bizim faktaraşdırıcı missiyaya təqdim etdiyimiz informasiyalar hamısı dəqiqdir. Dağlıq Qarabağ nəzarətsiz bölgədir və heç bir dövlətin nəzarəti olmayan ərazilərdə narkotik qaçaqmalçılığı, digər qeyri-qanuni məsələlərlə bağlı müşahidələrimiz, gümanlarımız və bəzi şübhələrimiz var. Əlbəttə, bunların hamısını biz təqdim edirik, ancaq onların yüz faiz dəqiq olması imkanına malik deyilik. Faktaraşdırcı missiyanın vəzifəsi də ondan ibarətdir ki, bizim yoxlamaq imkanımız olmayan məsələləri onlar yoxlasın, araşdırsın və müvafiq olaraq hesabatlarını hazırlasın.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 900
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30