Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
    Aprelin 7-də Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etdi.
    “Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək” devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimlərinin, alimlərin və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə iştirak edir.

    YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-ın Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər beynəlxalq qurumların dəstəklədiyi və dünyada ilk dəfə bu formatda keçirilən Forumun əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın reallaşdırdığı təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda fəaliyyət göstərən Beynəlxalq Forum yaratmaqdır.
    Müzakirəyə çıxarılan məsələlərin genişliyi ilə diqqəti çəkən Forumda “5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın əsasının qoyulması nəzərdə tutulur. Tədbirdə geniş tərkibdə nümayəndələrlə təmsil olunan Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başlandığı nəzərə alınaraq, rəmzi olaraq yeni platformanın adı “5 A” kimi təklif edilmişdir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi ilk dəfə deyil: “2008-ci ildən başlayaraq Azərbaycanda mədəniyyətlərarası dialoqla bağlı bir neçə belə tədbir keçirilib. Belə tədbirlərdən biri də ötən il dini konfessiyalarla bağlı olub. Bu tədbirlərin davamı gözlənilir. Bu ilin payızında Bakıda I Humanitar Forum keçiriləcək”.
    Azərbaycanın həm də İslam Konfransı Təşkilatının üzvü olduğunu xatırladan dövlət başçısı ötən il Bakının İslam mədəniyyətinin paytaxtı elan olunduğunu, bu çərçivədə müəyyən mədəni tədbirlərin keçirildiyini qeyd edib.
    Prezident İlham Əliyev bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin tarixi-mədəni köklərinin olduğunu qeyd edib: “Azərbaycanda hər kəs bir ailə kimi yaşayır. Burada milli və dini zəmində nəinki qarşıdurma, hətta anlaşılmazlıq belə olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyin təmin olunması ilə bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna üstünlük veririk ki, Azərbaycanda milli və dini dözümlülük təmin olunsun. Azərbaycan bu formatda dünyaya örnək ola biləcək ölkələrdən biridir. Burada istənilən dinin nümayəndələri, milli müxtəlifliyə məxsus insanlar bərabər şəkildə yaşayırlar. Onların dini ibadətləri üçün hər cür şərait yaradılır. Bunu zaman-zaman Azərbaycana səfər edən şəxslər də təsdiqləyirlər”.
    Prezident bildirib ki, Azərbaycan bu təcrübənin dünyaya yayılmasını, dünyanın hər yerində insanların ayrı-seçkilik qoyulmadan bir yerdə yaşamalarını istəyir. Dövlət başçısı qeyd edib ki, bu baxımdan bu cür forumların Azərbaycanda keçirilməsinin əhəmiyyəti var.
    Prezident İlham Əliyev Azərbaycanın İslam dünyasının tərkib hissəsi olduğunu deyib: “Biz müsəlmanıq, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir. Biz milli-mənəvi dəyərlərimizə çox bağlıyıq, buna çox önəm veririk. Hətta müstəqillik dönəmində əvvəlki dövrdə belə Azərbaycan dini və milli dəyərlərini qoruyub saxlayıb”.
    Azərbaycan prezidenti 2018-ci ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin gözlənildiyini söyləyib: “Müsəlman ölkələri arasında Azərbaycan bir çox uğurlara imza atıb. Azərbaycan qadınları müsəlman şərqində ilk dəfə səsvermə əldə edib, Azərbaycan ilk dəfə səsvermə hüququnu tanıyan ölkədir. Şərqin ilk operası Azərbaycanda yazılıb. Azərbaycan, həmçinin müəyyən mədəni və siyasi ilklərə imza atmış ölkədir. Azərbaycan həm də Avropa Şurasının üzvüdür. Bu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqların keçirilməsi ilə qərblə şərqi, iki sivilizasiyanı birləşdirə biləcək ölkələrdən biridir. O cəhətdən bizim bu tipli tədbirləri keçirməyimiz təbii qarşılanmalıdır”.
    Dövlət başçısı qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın da müəyyən problemləri var: “Azərbaycan yeni müstəqillik qazanmış ölkədir. Bizim Dağlıq Qarabağ problemimiz var, biz etnik təmizləmədən əziyyət çəkmiş bir ölkəyik. Azərbaycanın 1 milyona qədər qaçqın və məcburi köçünü var, beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin böyük bir hissəsi hələ də işğal altındadır”.
    İşğal altında olan ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin olduğunu, Avropa Şurasının, İslam Konfransı Təşkilatının verdiyi qərarları xatırladan prezident deyib ki, bütün bunlara məhəl qoyulmadan, Azərbaycan torpaqları hələ də işğal altında saxlanılır, 1 milyona qədər insan qaçqın, məcburi köçkün statusu ilə yaşayır: “Bütün bunlara baxmayaraq, biz münaqişənin sülh yolu ilə, beynəlxalq təşkilatların vasitəçiliyi ilə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına ümid edirik. Buna görə danışıqları davam etdiririk”.
    Dövlət başçısı müstəqilliyin ilk illərində Azərbaycanın ərazi problemi, Qarabağ münaqişəsi ilə üz-üzə qaldığını, ölkədə vətəndaş qarşıdurmasının baş verdiyini deyib: “Azərbaycanın müstəqilliyinin ilk illərində müəyyən parçalanma cəhdləri baş verib, müstəqilliyə qarşı çıxan insanlar, silahlı qruplaşmalar olub, Azərbaycan iqtisadi tənəzzül görüb. Azərbaycanda həmin illərdə çox ciddi iqtisadi problemlər var idi. Amma biz bütün bu problemləri həll edə bilmişik. Azərbaycan indi iqtisadi baxımdan inkişaf etmiş bir ölkədir. Bizim siyasi müstəqilliyimiz də var. Azərbaycan yaxşı bir modeldir. Azərbaycanda sabitlik var, ölkə sürətlə inkişaf edir”.
    Azərbaycanın inkişaf göstəriciləri barədə danışan dövlət başçısı ölkədə 900 min iş yeri açıldığını, ümumi daxili məhsulun həcminin artdığını, yoxsulluq həddinin kəskin azaldığını da xatırladıb. Azərbaycanın iqtisadi inkişafla, siyasi sabitliklə yanaşı, həm də milli və dini münasibətlərə həmişə diqqət yetirdiyini bildirən İ.Əliyev deyib ki, hər bir cəmiyyətin düzgün dini və milli siyasətinin olması vacibdir. Dövlət başçısı bildirib ki, Azərbaycanda dini və milli tolerantlığın olmasının əsas səbəbi ölkənin buna uyğun tarixi köklərinin olmasıdır: “Biz əsrlərlə dini və milli baxımdan heç bir problemlə üzləşmədən yaşamışıq. Azərbaycan dövlətinin indi apardığı siyasət də buna uyğundur. Milli və dini dözümlülüyün, milli birliyin olması üçün siyasət aparırıq. Azərbaycan hesab edir ki, bizim əsas gücümüz milli və dini birliyimizin olmasındadır. Biz istəyirik ki, bu təcrübə yayılsın. Hesab edirik ki, dünyada dözümlülük artırılmalıdır. Diskussiyalar bu istiqamətdə getməlidir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, xalqların bir-biri ilə bir yerdə, sakit, müharibəsiz yaşaya bilməsi üçün hansı işləri görək? Azərbaycan bu yolun tərəfdarı olduğunu görə bu kimi forumların təşkil olunması üçün daim çalışacaq. Biz bundan sonra da istərdik ki, bu kimi forumların keçirilməsi ənənə halını alsın”. “İSESCO Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna böyük əhəmiyyət verir”. APA-nın məlumatına görə, bunu Forumda çıxışında İSESCO-nun baş direktoru Əbdüləziz bin Otman əl-Tüveycri deyib. İSESCO-nun prioritetlərindən birinin mədəniyyətlərarası dialoqu, müxtəlifliyi təmin etmək, insanları bir araya gətirmək olduğunu qeyd edən əl-Tüveycri bildirib ki, qeyd olunan sahədə bu Forum yeni bir başlanğıc ola bilər: «Bu Forum dünyada mədəniyyətlərarası dialoqların aparılması üçün yeni başlanğıc ola bilər». Baş direktor deyib ki, zaman-zaman regionlarda məhəlli formalarda bu cür tədbirlərin reallaşdırılması üçün işlər aparır, belə tədbirlərin elm və incəsənət adamlarının iştirakı ilə keçirilməsinə çalışırlar.
    Daha sonra çıxış edən UNESCO-nun Strateji planlaşdırma üzrə baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans D’Orvil Forumun keçirilməsinin UNESCO-nun birbaşa marağında olduğunu ifadə edib. O, iş proqramındakı sıxlığa görə UNESCO baş katibinin tədbirə qatıla bilmədiyini diqqətə çatdırıb. Baş katibin salamlarını çatdıran Hans D’Orvil UNESCO-nun dünyanın müxtəlif ölkələrində belə tədbirlər keçirdiyini vurğulayıb: “Biz müxtəlifliyin təmin olunmasına çalışmalıyıq. Müxtəlifliyin təmin olunması dünyanın müxtəlif yerlərində qarşıdurmaların, xüsusilə də milli və etnik zəmində qarşıdurmaların, islamofobiyanın qarşısının alınmasında ciddi rol oynaya bilər. Azərbaycan şərq və qərbin ortasında yerləşir, sivilizasiyaların qovuşduğu bir yerdir. Ümumi mənzərə imkan verir ki, bu ölkə müxtəlifliyin təmin olunması, mədəniyyətlərarası dialoqun davam etdirildiyi bir məkan kimi götürülsün. Azərbaycanda başlayan bu dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində başqa yerlərdə də davam etdirmək olar. Müxtəlifliyin təmin olunması üçün ilk mənbə ailədir. Proses ailədən və təhsildən başlayır».
    Hans D’Orvil bildirib ki, təhsil sahəsində bu işlərin aparılmasına ehtiyac var: “UNESCO-da dialoqun genişləndirilməsinə gənclərin cəlbi ilə bağlı müəyyən planlar var”. Orta məktəblərdə dini və milli dözümlülüklə bağlı işlərin aparılmasını UNESCO-nun prioritetlərindən biri olduğunu deyən Hans D’Orvil əlavə edib ki, təmsil etdiyi təşkilat, həmçinin incəsənət adamlarının bu cür tədbirlərə dəvət olunmasını, incəsənət vasitəsilə fikir ayrılıqlarının, qarşıdurmaların aradan qaldırılmasını önəmli sayır: “Bu çərçivədə incəsənət adamlarının forumunun keçirilməsini vacib hesab edirik”.
    BMT-nin Sivilizasiyalar Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer da çıxışında Bakıda belə bir tədbirin keçirilməsini mühüm addım adlandırıb. M.Şuer qeyd edib ki, təmsil etdiyi alyansın əsas devizi: «Divarları uçurtmaq, körpüləri qurmaqdır». M. Şuer qeyd edib ki, müasir dünyada müxtəliflikdən qorxmaq lazım deyil. Bu cür tədbirlərin çoxaldılmasını vacib hesab edən Şuer həmçinin vurğulayıb ki, artıq qloballaşan dünyada müxtəliflik insanların həyat tərzidir: “Gənclər müxtəliflikdən qorxmurlar. Bunu daha da artırmaq lazımdır. Xüsusilə insan hüquqları ilə bağlı məsələlərə diqqət yetirməliyik. Bununla tək dövlətlər məşğul olmamalı, hər bir fərd buna çalışmalıdır. Həmçinin vətəndaş cəmiyyətləri arasında anlaşmaları təmin etməliyik».
    Bu işdə KİV-in çox ciddi rolunun olduğunu deyən M. Şuerin fikrincə, medianın verdiyi imkanlar müxtəlifliyin təmin olunmasında, milli dözümlülüyün artırılması yönündə çox yaxşı fürsətdir. İncəsənəti də yaxşı fürsət adlandıran təşkilat rəsmisi bu məsələnin təhsil sistemində də əksini tapmasını vacib sayıb.
    Çıxışında tədbiri əhəmiyyətli adlandıran Kral Montana Forumunun prezidenti Jan Pol Kertero elm adamlarını müzakirələrdə aktiv olmağa çağırıb.
    Xatırladaq ki, 2010-cu il sentyabrın 23-də Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 476
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30