Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Müqəddəsin müqəddəs günləri
    İnsanlar həyatda həmişə müqəddəsliyə böyük ehtiram etmiş,  o cür olmağa, onlara oxşatmağa çalışmışlar. Müqəddəs kitabımız Qurani-Kərimdə də Allah-Təala bu barədə buyurur: «…Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! Onlar (Allah dərgahına, Allah lütfünə) yaxınlaşdırılmış kimsələrdir.» (əl-Vaqiə 10-11 ayələr). Ayənin məzmunundan anlaşılır ki, qabaqcıl adamları və eləcə də onların müqərrəb (Allaha yaxın) olmalarını Allah-Təala iftixarla yad etmişdir. Əlbəttə belə övlad yetişdirməkdə valideynin böyük rolu vardır. Heç şübhəsiz müqəddərat Allah-Təalanın əlindədir. Lakin bütün bunlara baxmayaraq insanın özünün də fəaliyyəti labüddür.

    İnsan səy etməsə məqsədə çatmaz. Bu haqda da Qurani-Kərim öz sözünü geniş mənada demişdir. Ayədə buyurulur: «İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) tezliklə görünəcəkdir!» (ən-Nəcm 39-40 ayələr)
    Dilbər guşəli, əsrarəngiz təbiətli, füsunkar meşəlikləri gərdənbənd kimi boynuna dolanan dağların qoynunda yerləşən cənnətməkan  Masallıda, Qızılavar kəndində bir oğul uşağı dünyaya gəldi. Heç şübhəsiz  ki, ən çox sevinən ata-anası oldu. Körpəyə Müqəddəs adını qoydular. Əlbəttə hər bir valideynin borcu övladına yaxşı ad qoymaqdır. Sanki, körpə bu adı bir müqəddəslik rəmzi kimi qan yaddaşında - can qulağında saxladı. Yaşa dolduqca – böyüdükcə Müqəddəs bu müqəddəsliyi qoruyub saxladı. Qorudu ki, Müqəddəs olsun. Bəli böyüdü və Müqəddəs oldu…
    Payızov Müqəddəs Güləli oğlu 8 fevral 1946-cı ildə Azərbaycan Respublikası Masallı rayonu Qızılavar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə 11 illik təhsilini başa vurduqdan sonra gənc Müqəddəs S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili mütərcimləri şöbəsinə daxil oldu. Fəal və çalışqan tələbə olduğu üçün 4-cü kurs tələbəsi kimi Suriya Ərəb Respublikasına mütərcim qismində çalışmaq üçün ezam edildi. Bir il orada çalışdıqdan sonra Vətənə qayıdıb təhsilini 1969-cu ildə başa vurdu. 1969-cu ildən 1979-cu ilədək Azərbaycan Respublikası Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri komitəsinin Xarici verilişlər baş redaksiyasının ərəb ölkələrinə verilişlər redaksiyasında mütərcim, stilist-redaktor vəzifələrində işlədi. Komitədə çalışdığı zaman SSRİ silahlı qüvvələrinə zabit kimi həqiqi hərbi xidmətə çağırıldı və Yəmən Ərəb Respublikasına ərəb dili üzrə baş mütərcim qismində işləmək üçün ezam olundu. 1973-cü ildə hərbi qulluğunu başa vurandan sonra yenidən Radio və Televiziya verilişləri komitəsinə - əvvəlki iş yerinə qayıtdı. Xarici səfərlərdə uğurlu fəaliyyətini nəzərə alaraq 1975-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi M. Payızovu Cənubi Yəmən Xalq Demokratik Respublikasına, İctimai Elmlər İnstitutuna mütərcim-müəllim vəzifəsində çalışmaq üçün ezam etdi. O, iki illik xarici ezamiyyətdən qayıtdıqdan sonra Ərəb  verilişləri redaksiyasında əmək fəaliyyətini davam etdi. Elmə, elmi axtarışlara olan həvəsi və marağı onu 1997-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Əlyazmalar  fondunun aspiranturasına gətirdi. Beləliklə  M. Payızov 16-cı əsr əlyazması – “Tərcümanus-Sihah” lüğəti üzərində tədqiqat aparmağa başladı.
    Elə həmin il Sov.KP MK onu yenidən Yəmən Xalq Demokratik Respublikasına ezam etmiş və M. Payızov Yəmən Sosialist Partiyası Baş Katibinin müşavirinin referenti vəzifəsində 3 il çalışmışdır.  Bundan sonra Müqəddəs müəllim 1983–cü  ildə vətənə qayıtmış və aspiranturada təhsilini davam etdirmişdir. Tərcüman «əs-Sihah»ın paleoqrafik və dil xüsusiyyətləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək «filologiya elmləri namizədi» alimlik dərəcəsi almışdır. Həmin vaxtdan etibarən Əlyazmalar İnstitutunda «elmi işçi», böyük  elmi işçi və İnstitutun elmi katibi vəzifəsində çalışmışdır.
    1989-cu ildə yenidən Yəmən Xalq Demokratik Respublikasına ezam olunmuşdur. Lakin müəyyən səbəblərdən oradakı ictimai işini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və AMEA-nın Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdi. 1999-cu ildən 2006-cı ilədək Səudiyyə  Ərəbistanı  Krallığının Bakıdakı səfirliyində çalışmışdır. 2006-cı ildən hal-hazıradək Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiridir.
    Elmi fəaliyyətinin nəticəsi olaraq o, 30-dan artıq elmi məqalənin müəllifi, ondan artıq kitabın mütərcimi və tərtibçisidir. Azərbaycanda və xarici ölkələrdəki elmi-praktik konfranslarda dəfələrlə geniş məruzələrlə çıxış etmişdir. İlk irihəcmli işi 1970-ci ildə Sabir Azərinin Şanlı Azərbaycan qadınlarına həsr etdiyi «Tərəqqi yollarında» əsərinin ərəb dilinə tərcüməsi olmuşdur. Azərbaycanda Dövlət səviyyəli beynəlxalq tədbirlərin əksəriyyətində ərəb, azərbaycan və rus dillərində sinxron tərcüməni təmin etmişdir. Ən uğurlu tərcümələri Küveytin İslam işləri və vəqflər nazirinin müavini, doktor Adil Əl-Fəllahinin Ulu Öndərə həsr etdiyi «Heydər Əliyev və milli-mənəvi dəyərlər» kitabı və Şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyinə ithaf etdiyi «Şeyxülislam: ənənə və müasirliyin vəhdəti», habelə Heydər Əliyev fondunun təşəbbüsü ilə həyata keçirilmiş və klassik muğam sənətinə həsr olunmuş Səfiəddin Ürməvinin «Kitabül-ədvar fi musiqa» əsərləridir.
    Ulu öndər Heydər Əliyevin bir sıra beynəlxalq konfranslarda  çıxışlarını və ölkə başçıları, parlament və hökumət rəhbərləri ilə görüşlərini də ərəb dilinə tərcümə edən Müqəddəs Payızov olmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına dövlət səfərində mütərcim kimi müşayiət etmiş, habelə onun bir sıra ölkələrin dövlət, hökumət və din xadimləri ilə görüşlərini tərcümə etmişdir. QMİ-də işlədiyi müddət ərzində İdarənin sədri  Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini bütün xarici səfərlərdə, beynəlxalq konfranslarda müşayiət etmiş, onun çoxsaylı çıxışlarını və görüşlərinin tərcüməçisi olmuşdur. M. Payızov həm də təşkilatı işlərdə bacarığı ilə seçilən bir insandır. Onun təşkilatçılıq bacarığı 2009-cu ildə  Şeyxülislam Allahşükür Paşazadənin 60 illik yubileyi ilə bağlı keçirilmiş «Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusundakı beynəlxalq konfransın və 2010-cu ildə aprel ayında baş tutmuş Dünya dini liderlərin «Qloballaşma: din və ənənəvi  dəyərlər» mövzusunda keçirilmiş Sammitin təşkilində özünü ən bariz şəkildə göstərdi.
    Müqəddəs Payızov uzun müddət Bakı İslam İnstitutunda və Bakı Dövlət Universitetində ərəb dili və ərəb dilçiliyini tədris etmişdir. Ərəb dili üzrə (sinxron tərcümə) sahəsində respublika səviyyəsində əvəzsiz mütəxəssisidir. Sami dilləri sahəsində namizədlik dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi Şuraların elmi katibi olmuşdur. Müqəddəs müəllim Qafqaz Müsəlmanları İdarəsində böyük hörmət qazanmışdır. O, rəhbərlik etdiyi şöbəsinin əməkdaşları ilə daim öz təcrübəsini bölüşür. Onun sayəsində Xarici Əlaqələr Şöbəsi idarənin fəal və aparıcı şöbəsinə çevrilmişdir. Təvazökar insan, gözəl ailə başçısıdır. Bir şərqşünas kimi İslamı yaxşı bilir, Qurani-Kərim və Peyğəmbər (ə) hədisləri ilə bağlı çoxsaylı məqalələrin də müəllifidir. Dəfələrlə müqəddəs ziyarətlərdə olmuşdur.
    Hacı Müqəddəsin bu yaxınlarda ömrünün 65 illiyik yubileyi böyük hörmətlə qeyd olundu. Özünün də etiraf etdiyinə görə Hacı bu gün həyatının ən müqəddəs günlərini yaşayır. Biz də ona hər iki aləmdə səadət və xoşbəxtlik arzu edirik.
    Qoy müqəddəsliyini heç vaxt itirməsin! Amin!


    Qazı Hacı Mirəziz Seyidzadə

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1084
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30