Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nə yeyək?
    Hər bir insan üçün əhəmiyyətli olan məsələlərdən biri də onun sağlamlığıdır. Sağlamlıq bir neçə yolla əldə olunursa da-onların ən birincisi düzgün qidalanmadır . Qəbul edilən qidaların insan sağlamlığına təsiri olduqca böyükdür. Elə bu səbəbdən quru meyvələrin insan sağlamlığna olan faydası barədə sizlərə məlumat verəcəyik.



    Fındıq
    Fındıq vitaminlə zəngin meyvələrdən biridir. Www.Step.az-in məlumatına görə, onun tərkibi dəmir, kalsium, maqnezium, sink, protein kimi minerallar, E vitamini ilə zəngindir. Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini ethiyacını 100 faiz ödəyir.
    Fındıq ürək-damar sağlamlığı üçün faydalı olan doymamış yağla da boldur. Azərbaycanda da bol yetişdirilən fındıq enerji qaynağıdır. Bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunuğu aradan qaldırır. Bundan əlavə bu dadlı meyvə xolestrolu salır, ürək ritmini tənzimləməyə kömək edir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Qanazlığına, sümüklərin inkişafına kömək edir.
    Bu qədər faydası olan fındıqdan nesə istifadə etmək lazımdır?
    Fındıq yaş və quru şəkildə qəbul edilə bilər. Fındıq yağı böyrək daşlarını və qumunu düşürməyə yardım edir. O, həm də böyrək ağrılarında da yaxşı təsir göstərir. Lakin yüksək təzyiq və mədəsindən şikayəti olanlara çox istifadə məsləhət görülmür.
    Fındığın daha bir faydası isə onun yağındadır. Bu yağ xüsusilə dəri problemlərində istifadə edilə bilər. Dəriyə nəm, parlaqlıq, canlılıq verilir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.

    Qoz

    Qoz ən faydalı qida məhsullarından biridir. Qozun həm ləpəsindən, həm ağaçından, həm qabığından, həm də yarpağından istifadə etmək mümkündür. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, insan beyninin kiçik formasını xatırladan qoz vitamin, mineral, proteinlə zəngindir. Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var.
    Gündə 3-5 ədəd qoz yemək məsləhət görülür.
    Qoz qandakı xolesterolun səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr qalın bağırsaq, süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini rahatlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki melatonin gecə çalışan və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün faydalıdır.
    Tərkibindəki "Omega 3" və "Omega 6" yağ asitləri sayəsində beyinin inkişafına müsbət təsir edir, bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir. Həzmetməyə faydalıdır.
    Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmazlığında istifadə edilir. Təzə qozu balla yedikdə, cinsi gücü artırır.
    Qozun ləpəsindən əlavə onun xüsusi yağı da olur ki, bu da bir çox xəstəliklərdə xeyirlidir. Bu yağ bağırsaqdakı qurdları tökür. Dəridə olan ləkələri aparır. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir.
    Qozun ləpəsini adi halda yemək mümkündür. Bundan əlavə onun qabığı və yarpaqlarından da istifadə edilir. Yaşıl üst qabığı əzilərək saç boyası kimi istifadə edilə bilər. Yarpağının qaynamasından əldə edilən suyu içmək mədəni qüvvətləndirir, boğaz iltihabının sağalmasına kömək edir. Bu su ilə duş qəbul etmək dəri problemləri üçün faydalır.
    Qoz saçların tökülməsinin də qarşısını ala bilər. Bunun üçün 10 ədəd qoz qabığını 1 litr suda 15 dəqiqə qaynadın və bu su ilə saçları 3 həftə müddətində yuyun. Saçlarınızın gücləndiyini və rənginin dəyişdiyini gözlərinizlə görəcəksiniz.
    Qozdan hətta sənayedə də istifadə edilir. Belə ki, bu ağacdan yüksək keyfiyyətli mebel və avadanlıqlar hazırlanır.

    Ağ günəbaxan tumu

    Xolesterolu aşağı salır. Damar sərtliyini aradan qaldırır. Gün ərzində işi daha çox fikirləşmək olan insanların və zəif inkişaf etmiş uşaqların gündə 50 qram yeməsi tövsiyə edilir. Cinsi hormonları artırır. Ürək və əsəb xəstəliklərinə dərmandır. Tənəffüs sistemində problemi olan insanların xeyrinədir.

    Püstə

    Gündə 10-12 ədəd yeyilsə, bədənin gündəlik yağ ehtiyacı tamamilə ödənir. 100 qram gündə yeyilsə bədənin gündəlik zülal, vitamin B1 və fosfor ehtiyacının 35 %-ni təmin ediləcək. Qandakı xolesterol səviyyəsini aşağı salır. Ürək xəstəliyinin riskini azaldır. Şəkər xəstəliyində (Diabete Mellitus) dərman kimi istifadə oluna bilər. İncə bağırsaqda qlükoza çatışmamazlığını azaldır və qanda şəkərin yüksəlməsinin qarşısını alır. Ağciyər üçün yaxşı iltihab təmizləyicidir. Sinəni yumşaldır, ağrıları yüngülləşdirir, öskürəyin keçməsinə köməkçi olur.

    Ləbləbi

    Ana südünü artırır. Turşu azaldır, mədəni rahatlaşdırır. İnsanda toxluq hissi yaradır. Bu səbəblə diyeta saxlayanlar üçün çəki salmağa kömək edir.

    Balqabaq tumu

    Böyrəkləri gücləndirir. Sidik kisəsində yaranacaq hər hansı bir xəstəliyin yaranmasının qarşısını alar. Bağırsaq qurdlarını yox edir.

    Quru ərik

    Beynin nizamlı işini təmin edir və stressi azaldır. Qaraciyərdə yaranan xəstəliklərin dərmanı hesab edilir. Sümüklərin düz və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Mədə və on iki barmaq bağırsağın xorasının əmələ gəlməsinə mane olur, meydana gəlmiş xoraların yaxşılaşmasında böyük rol oynayır. Böyrəklərdə daş əmələ gəlməsi riskini azaldır. Xərçəngə qarşı qoruyucu bir təsirə malikdir. Dişlərin daha möhkəm və qüvvətli olmasında əhəmiyyətli rol oynayır. Ürək əzələlərini qüvvətləndirir və daha nizamlı işini təmin edir.


    MEYVƏLƏRİN XEYRİ


    Nar

    Nar- Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.
    Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
    Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
    Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
    Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
    Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.
    Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.
    Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
    Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
    Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
    Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
    Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.

    Limon

    Limon C vitamini başda olmaqla, A və B vitaminləri ilə zəngindir. Limon bədəni qüvvətləndirir, iştahanı açır. Limonun həm də həzmi asanlaşdırmaya, damar kirəçləşməsi və sərtliyə faydalıdır. O, həm qanı təmizləyir, həm də onun dövranını asanlaşdırır.
    Bu turşməzə bitki soyuqdəymə ilə mübarizədə də xeyirlidir. O, soyuqdəymə, qrip, öskürək əlamətlərini azaldır, mikrobları məhv edir. Belə ki, rahatladıcı təsirə malik olan limon bədəndəki ağrıları yüngülləşdirir, qızdırmanı və təzyiqi salır, ürək bulanması və baş gicəlləməsini azaldır.
    Limonun ağız boşluğunun sağlamlığına da təsiri az deyil. O, diş və dişətlərini qüvətləndirir, dişləri ağardır.
    Bəs bu qədər dərdə dərman olan limonu neçə istifadə etmək lazımdır? Limon daha çox salat və yeməklərdə istifadə olunur. Onun yalnız meyvəsindən yox yarpağı, qabığından da faydalanmaq olar. Qabıqları suda qaynadılıb içildikdə, bədəni qüvvətləndirir və qurdların tökülməsinə kömək edir. Limon suyu ilə qarqara ağız, boğaz və badamçıq iltihabında xeyirlidir. İçərisinə limon sıxılmış su ilə duş qəbul etmək qan dövranını sürətləndirir və dərini canlandırır.
    Möcüzəvi bitki olan limonun kosmetik faydaları da həddindən artıqdır. Onunla hazırlanan maskalar dərini təravətləndirir, təmizləyir.

    Heyva

    Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər. Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.
    Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır.
    Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar.
    Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik xeyridə var. belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq qazandırır. Üz və boyunda tədbiqi isə qırışların azalmasına kömək edir.

    Çiyələk

    Strese xeyr edir, sakitləşdirici təsiri vardır,siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.

    Banan

    Ürəyə və əzələ sisteminə yararlıdır,yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır.Yuxunu rejimə salır,mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir.Xolestrolu azaldır və mədə ağrısına faydalıdır .Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir.

    Kivi

    Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur,Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.

    Üzüm

    Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,qaraciyəri təmizləyər.Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yenilənir.Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir.Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.

    Alma

    Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir,soyuqdəyməyə və öskürəyə xeyirlidir.Həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir.Yüksək təzyiqi salır,qandakı şəkəri nəzarətdə saxlayır.Revmatizmaya kömək edir.

    Şaftalı

    Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur, həzm sistemini düzgün işləməyinə kömək edir, həzmi asanlaşdırır.Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir.

    Əncir

    Əncir cinsəl gücə yardım edir.Yüksək qan təzyiqini azaldır.Sümük möhkəmliyini artırır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2729
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30