Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təbiət Allahın şah əsəridir
    Hər bir bitkiyə, ağaca, al-əlvan çiçəyə tamaşa edəndə istər-istəməz düşünürük: Məgər bunlar təsadüfənmi yaranıb? Məgər bunların bir Xaliqi yoxmu? Cavabı dərhal zehnimizdə canlanır: Əlbəttə, bütün bu gözəlliklərin fövqündə Allah dediyimiz bir qüdrət sahibi durur və Ona şərik qoşmaq böyük zülmdür. Bu zülm insanın özünə aiddir. Allaha şərik qoşan şəxs öz axirətini yandırır və nəticədə əbədi olaraq Cəhənnəm əhli olur. Cəhənnəm əhli olmamaq üçün Adəm övladından nə tələb olunur. Təbii ki, ilk növbədə Allah-Təalının buyurduğu yolla getmək vacib şərtlərdəndir. Bu yol Qurani-Kərimdə ən gözəl formada əks olunub. Bundan başqa Həzrət Mühəmməd (s) və digər peyğəmbərin kəlamlarında, habelə Peyqəmbər Əhli-beytinin əməllərində əyani vəsait kimi özünü göstərmişdir.

    Allah-Təala tərəfindən bəyənilən və Qurani-Kərimdə adı çəkilən Həzrət Loğmanın öyüd-nəsihətlərinə diqqət edək:
    “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud haradasa və Yerin təkində olsa da, Allah onu (Qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah bütün incə, nazik işləri biləndir (lətifdir) və hər şeydən (xəbərdardır!)”
    “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə, (bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir.”
    “Adamlardan təkəbbürlə üz çevirmə, Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!”
    “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!”  (Loğman surəsi, 16, 19-cu ayələr)
    Hikmət sahibi olan Loğmanın birinci sözü tovhid – yəni Allahın yeganəliyini təsdiq etmək, şirk – yəni Allaha şərik qoşmağa qarşı mübarizə aparmaq haqqında olub. Bu barədə biz onun öz oğluna nəsihətlərindən bəhs edərkən müxtəsər də olsa danışdıq.
    İkinci məsələ isə əməllərin hesabatı haqqında məad (Qiyamət günü) – qayıdış günündə, ədalət məhkəməsində olacaq vəziyyətimiz barədədir.
    Loğman sadə bir dildə oğluna elədiyi yaxşı və pis əməllərin çəkisindən, yerindən və zamanından asılı olmayaraq hər bir işin  Qiyamət məhkəməsində Allah-Təala tərəfindən qiymətləndiriləcəyinə işarə edir. Çünki Allah öz işində dəqiqdir. 
    Nədən ki, gizlin-aşkar, gecə-gündüz, kiçik-böyük nə ediriksə, bunların zərrə qədəri belə Allah-Təalanın nəzərindən yayınmaz.
    Bəzən Allah-Təalanın kərim, bağışlayan olduğunu təsdiq edərək günah edib, sonra tövbəyə qayıdıb vəziyyətimizin yüngülləşəcəyini düşünürük. Əlbəttə, Allah bağışlayandır, tövbələri qəbul edəndir. Bu bir danılmaz həqiqət, pozulmaz qanundur. Lakin insan bilməlidir ki, onun etdiyi günahlar heç vaxt unudulmur, hamısı yazılır və onun haqq-hesabı çəkiləcək. Bunun üçün də  insan çalışmalıdır ki, günah işlərdən uzaq olsun və sonra da onun xəcalətini çəkməsin.
    Tərbiyəvi və maarifləndirici xarakter daşıyan bir hadisəni diqqətə çatdıraq. Belə ki, bir şəxs namaz üstə tövbə edib ağlayırdı. Qeyri-müsəlmanlardan biri ətrafdakılardan onun niyə belə zülüm-zülüm ağladığını soruşdu. Günah edib, sonra ağladığını dedilər. Həmin şəxs təəccüblə dedi: Bu adam günahın nə olduğunu qabaqcadan bilirdisə, onda nə üçün edirdi ki, indi də  belə ağlayır?
    Göründüyü kimi, insan caizul-xətadır, yəni səhv edə bilər, amma bilərəkdən günaha batmaq Allaha qarşı ən azı ədəbsizlikdir.
    İnsan xırda günahdan qorxmalıdır ki, böyük günahlara gedib çıxmasın. Tonlar qramlardan yarandığı kimi, böyük günahlar da zərrələrdən hasil olur.
    Bir kişi Mövla Əlidən (ə) – «mömin-müttəqi kimdir?» - soruşanda İmam buyurdu: “Heç tikanlı sahədən ayaqyalın keçmisən?” Kişi “tikanın bura nə dəxli var”,-deyə təəccüb etdi. İmam buyurdu: “Tikanlı sahədən keçən adam barmaqları üstə yeriyir ki, ayaqlarına nəinki böyük tikan, heç xırda tikan da batmasın. Xırda tikanlar bəzən adamı daha çox narahat edir. Bəli, mömin-müttəqi o adama deyərlər ki, o özünü kiçik günahlardan da qorusun.”
    Loğman nəsihətinə davam edərək buyurur: “Oğlum, namazı bərpa elə, namaz səninlə Allah arasında ən mühüm bir əlaqədir ki, onu heç bir başqa əməl yarada bilməz. Namaz sənin qəlbini oyadır, ruhunu saflaşdırır və yaşayışını işıqlı edir, günahın izini (əsərini) bədəndən təmizləyir, insanın qəlbində iman işığı yandırır, onu pis işlərdən qoruyur.”
    Namaz haqqında fikirlərini söylədikdən sonra Loğman yenə də ictimai bir vəzifə olan əmr bə-məruf, nəhy əz-münkərdən söhbət açaraq deyir: “Xalqa düz yol göstər, onu yaramaz işlərdən çəkindir, özün üçün istədiklərini başqaları üçün də istə.”
    Hikmət sahibi olan Loğman ayəi-şərifənin axırında səbrdən söz açaraq buyurur: “Bu yolda sənə üz verəcək müsibətlərə döz, səbr elə.”
    Əlbəttə, burada ibadətin çətinliklərinə işarə edilir. Yəni namaz, oruc, zəkat, həcc, cihad, əmr bə-məruf, nəhy əz-münkər və s. ibadətləri insan yalnız səbr ilə edir. Səbr, dözüm olmasa, nəticə əldə olunmaz. İnsan kiməsə nəsihət edirsə, ona düz yol göstərib doğru məsləhət verirsə, onu pis yollardan çəkindirmək üçün səy göstərirsə, bəzən özü müxtəlif təzyiqlərə məruz qalır, orda-burda lağa qoyulur. Bütün bunlara yalnız səbr və dözümlə sinə gərmək olar.
    Loğman “səbr et”,-deyəndə məhz belə çətinlikləri nəzərdə tutur. İslamda səbr etmək tapşırığı yuxarıda qeyd etdiyimiz ibadətlərə əməl etməklə bağlıdır. Həmçinin, müsibətlər zamanı (insanın əzizi vəfat edəndə, zəlzələ və digər təbii fəlakətlər baş verəndə) Allah-Təalanın əmrinə müxalif çıxmamaq üçün səbr etməsi buyurulmuşdur. Əks halda, insan imanını da əldən verər. Haqqı tələb etməkdə, zalımın zülmünə dözməkdə səbr etmək isə böyük günahdır.
    Həzrət Peyğəmbərimiz (s) buyurub: “Zalım ilə məzlum Qiyamət günü eyni cəhənnəmdə yanacaqlar. Məzlumlar deyərlər:  Ey bizim Allahımız, bizi niyə yandırırsan? Cavab gələcək ki, sizə zülm olanda səbr etmisiniz, haqqınızı tələb etməmisiniz...”
    Həzrət Əli (ə) buyurur: “Haqqımın ardınca o qədər gedərəm, ta ki, libaslarımın hamısı cırılıb tökülə.”
    Deməli, səbr etmək Allaha itaət və ibadət zamanı lazımdır.
    Harama, səfalət çirkabına bulaşanları və günahdan çəkinməyənləri asanlıqla yola gətirmək olmaz. Onlara əmr bə-məruf, nəhy əz-münkər etmək böyük zəhmət və səbr tələb edir. Loğmanın da oğluna tövsiyə etdiyi elə məhz həmin səbr və dözümdür.
    Loğman əxlaq və camaatla rəftara işarə edərək oğluna təkəbbürlü olmamağı, camaat arasında üzünü turşutmamağı, lovğa-lovğa gəzib fəxr etməməyi buyurur. Eyni zamanda digər mənfilikləri də xatırlayan Loğman qeyd edir ki, Allah-Təala bu cür adamları sevmir. Allahın sevmədiyi adamlara isə nicat yoxdur. Belə adamlar həmişə məzəmmət eşidir və cəmiyyət tərəfindən də sevilmir.
    Qurani-Kərimdə buyurulur: “Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə Yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən” (əl-İsra surəsi, 37-ci ayə).
    Bəli, insan ayaqlarını yerə möhkəm çırpmaqla yeri deşə bilməz, başını dik tutmaqla da uca dağlara yetişməz.
    Loğmanın tövsiyələri olduqca çoxdur. Bu tövsiylər bir növ “İnsan necə olmalıdır?” sualına gözəl cavabdır və bütövlükdə İslam mədəniyyəti haqqında geniş təsəvvür yaradır.  
    Loğmanın dillərdə dastan olan hikmətləri sözün əsl mənasında insanı doğru yola dəvət edir.  Nəticədə bu yol   insanı Cənnətə aparıb çıxaraçaq.  
    İslam tarixinə diqqət edək: Loğmanın üzünü görməyib tərifini eşidən cavanlardan biri onunla görüşmək qərarına gəlir. Vaxt yetişəndə Loğmanın söhbətlərini dinləmək şərəfi bu cavana da nəsib olur. Loğmanın müdrik kəlamlarından feyziyab olan cavan təəssüfünü də gizlətmir: Söhbətlərinizə məftun oldum, amma heyf ki, zahiri görkəminiz xoşagələn deyil. (Məlumatlara görə, Loğman zahirən qara, sallaqdodaq, çopur, yekəburun bir adam olub). Gəncin sözlərinə səbrlə qulaq asan Loğman sakitcə cavab verir: “Siz mənim xilqətimə irad tutmaqla, Xaliqimə – məni yaradana irad tutursunuz. Bu cür yaranmağım üçün müqəssir deyiləm. Allah məni necə istəyibsə, o cür də yaradıb. Bir də ki, siz mənim dodaqlarıma baxmayın, onların arasından çıxan sözlərə  diqqət edin. Üzünüzün ağlığı ilə fəxr etməyin. Əgər mənim qara üzümdən bir parça kəsib, sizin ağ üzünüzə yapışdırsalar, daha gözəl görünərsiniz, çünki ağ üzdə qara xal olar. Lakin sizin üzünüzdən kəsib mənim qara üzümə yapışdırsalar, camaat məndən qaçar. Qara üzdə ağ ləkə pis görünər. İndi özünüz nəticə çıxarın: kim daha qiymətlidir». Loğmanın sözlərini eşidən oğlan böyük səhvə yol verdiyini başa düşüb   utandığından oradan uzaqlaşır.
    Loğman əxlaq normalarına, ədəb-ərkan qaydalarına həmişə ciddi riayət edib.
    Tarixi mənbələr bildirir ki, Loğmanın haradasa -  yəni ictimai yerlərdə ayaqyoluna getdiyini görən olmayıb. Bununla da o, göstərib ki, müəyyən məsələlər pünhan olmalı, insan açıq-saçıq  hərəkətlərə yol verməməli, ədəb-ərkanı gözləməlidir.
    Deməli, insan ədəbinə və elminə görə bütün yaranmışlardan fərqlənməlidir. Şair demişkən: Elmin, ədəbin, mərifətin varsa, buyur gəl!
    Yoxsa, bu cahan aləminə olma bir əngəl! Qurani-Kərimdə Loğmanın Allah-Təalanın bizə bəxş etdiyi maddi və mənəvi nemətləri necə xatırladığı belə buyurulur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (Günəşi, Ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i.a) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanların içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani (ilahi) kitaba əsaslanmadan Allah barəsində mübahisə edir.” (Loğman surəsi, 20-ci ayə)
    Bəzi təfsirçilər bu kəlamı Mühəmməd Peyğəmbərə (s) nisbət verirlər. Allahın hər hansı bir elçisi Onun adından çıxış edirsə, bunun fərqi yoxdur və bizim üçün qəbuldur. O cümlədən Loğmanın  da kəlamları...
     Ayəi-şərifədə əvvəlcə fəzada olan planetlərə, bizim yaşayışımızı öz hərarətli işığı ilə təmin edən Günəşə, Aya, ulduzlara, buludların hərəkətinə işarə olunur. Bir sözlə ayə bizi düşünməyə vadar edir. Allah-Təalanın qüdrəti haqqında fikirləşməyi və onu dərk etməyi təlim edir.
    Əgər dərindən düşünsək, hətta adi şeylərin belə bizim üçün böyük dərketmə məktəbi olduğunu görərik. Məsələn, bizim ruzimizi verən kimdir? Əkinçidirmi? Əlbəttə yox! Əkinçi torpağı şumlayır, toxum səpir və gözləyir. Allah-Təala o toxumları cücərtməsə, göyərtməsə, əkinçinin əlindən nə gələr? Əkinçi nə edə bilər? Lap tutaq ki, toxumlar göyərdi, tarla yamyaşıl oldu, əkinçi onu suvardı, alaq otlarından təmizlədi, neçə ay zəhmət çəkib becərdi. Amma yamyaşıl tarla birdən-birə saralıb yanmağa başladı. Kimin qüdrəti var onu qorusun? Yaxud, tutaq ki, bitkilər sünbül bağladı, dən yetişəndə isə qara yel əsdi, məhsulu məhv etdi. Kimdə elə bir güc var ki, onun qarşısın alsın? Cavab çox sadədir: heç kimdə!
    Bəli, bizə ruzi verən Allah-Təaladır. Onun qüdrəti sayəsində çətin işlər asan olur, nəhəng heyvanlar ram edilir. Dəryalar, göllər, çaylar və onlarda olan bütün maddi nemətlər insanların külli-ixtiyarına verilir.
    Qurani-Kərimdə buyurulur: “Bu davarları onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların o heyvanlarda (başqa-başqa) mənfəətləri və içəcək südləri də var. Hələ də şükür etməzlərmi?” (Yasin surəsi, 72-73-cü ayələr)
    Ayənin davamında mənəvi varlıq, aşkarda olan nemətlərə işarə edərək buyurulur: Görmə, eşitmə, bir sözlə
    sağlamlıq nemətinin haqqını ödəmək ömür boyu mümkün deyil. Bir korun minacatını eşitdim. O deyirdi: “İlahi, mənə bir saatlığa göz ver ki, Sənin yaratdığın aləmlərə tamaşa edim. Günəşi görüm, Aya baxım, gözəllikləri seyr edim, insanların çöhrəsini, təbəssümünü, cəh-cəh vuran bülbülü görüm...” Bəli, adam var ki, bir saatlığa, bircə anlığa gözlərinin açılmasını istəyir. Biz isə bütün dünyanın gözəlliklərini görürük, belə bir əvəzsiz nemət üçün isə Allaha şükürlər etməyi unuduruq.
    Həmçinin, ayəi-şərifənin ardı gizli nemətlər – əql, şüur, fəhm, elm haqqındadır və bizi elə bir həssas nöqtəyə, hədəfə tərəf aparır ki, heyran olmaya bilmirsən.
    Əlbəttə, görmək şərt deyil. Əsas məsələ görüb dərk etməkdir. Heyvanlar da görür, amma bəsirəti yoxdur. Eşitmək, hiss etmək olar, lakin ən əsası anlamaqdır, düşünüb nəticə çıxarmaqdır. Ağıl, fəhm, idrak sahibi Kainatın sirlərinə yiyələnə bilər. Elm əhli bütün bunları təhlil edib izahını verə bilər. Budur, əsl nemət ki, Allah-Təala bizə böyük bəxşişlər vermiş və haqlı olaraq bizdən o nemətlərin müqabilində həmd-səna – təşəkkürlər tələb edir. Bütün bunlara görə də ağıl sahiblərindən haqq-hesab çəkiləcəyini Qurani-Kərim də xəbər verir. Allahın işinə əl aparanlara axirət əzabı vəd edir. 


    Hacı Mirəziz Seyidzadə 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 923
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30