Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ədəbli ol, padşahlıq et
    Həyatda təzadlar çoxdur, iki amil həlledicidir. Bunlardan biri dindarlıq, ikincisi dünyapərəstlkdir. Dindar, İlahi hökmlərinə əməl edən, özü əməl etdiyi kimi digərinə də həmin əməlləri sevdirən və təlim edəndir. Dindar getdikcə tövhid - yeganəlik və füruatlara, yəni dinin kök və budaqlarına əməl edə-edə əxlaq məktəbini həm öyrənir, həm də həyata keçirir.
    Ruhaniyyətlə yaşayanlar həmişə İslam dəyərlərinə, milli mənəviyyatın qorunmasına xidmət edir, elin adət-ənənəsinə hörmətlə yanaşır və beləcə də ömrün axırına qədər eyni xətlə hərəkət edir. Xalq arasında qazandığı nüfuz və ehtiramı həmişə qoruyur, ömrünün axırına qədər də onu yaşatmağa çalışır. Belələrinin el arasında hörməti nəinki sağlığında, hətta ölümündən sonra da qorunur. Mövla Əlinin (ə) gözəl bir kəlamı var: ´Allahın rəhməti olsun o şəxsə ki, öz qədir-qiymətini biləª. Buradan bir daha aydın olur ki, insan özü də öz hörmətini saxlamalı, mənliyini qorumalıdır.

    Dünyapərəst şəxslərə gəldikdə isə onlar yaşadığı dövrlərdə ya vəzifə qorxusu, ya da var-dövlətlərinin hesabına müvəqqəti nüfuz sahibi olur, lakin vəzifədən çıxarılan kimi ´suyu qurumuş dəyirmanªa bənzəyirlər. Təəssüflər olsun ki, xalq arasında belələrinin nəinki hörməti olmur, hətta el şənliklərində, müəyyən məclislərdə onlara yer də vermək istəmirlər.
    Bu yaxınlarda Cənub bölgəsinə qısa bir səyahət etdim. Bir neçə məclislərdə oldum, çox şeylər gördüm qulaq asan həvəskar mollanümaların bəzi hərəkətlərini görəndə təəccübüm artdı. Həmişə ədəb-ərkanla, görüşməyə səy edən və ona nail olandan sonra sevinən adam bu gün yüyənsiz at kimi cövlan edir, heç kimə belə əhəmiyyət vermədən, məclisin sağına-soluna velgərd edirdi. Belələri ruhaniyyat bulağından su içməyə cəhd edən, ´gec gəldim, tez öyrəndimªlərdəndir. Bunların nə Qurandan, nə İslam əxlaqından, nə də elin adət-ənənələrindən xəbərləri yoxdur. Böyük-kiçik, yol-təriqə, ədəb-ərkan deyilən gözəl məfhumlardan məhrumolmuşlardır.
    Elimizin gözəl adət-ənənələri var, məclis etik normalarından hamımıza məlumdur ki, hər hansı bir elm əhlinin ñ alimin içəri daxil olması, böyük ehtiram selinə səbəb olur. Məclisin də şərafəti artır. Peyğəmbərimiz (s) çox gözəl buyurmuşdur: ´Məclisi məclis əhli şərəfləndirərª. Hər hansı bir alim, hörmət və izzət sahibi məclisin hansı tərəfində oturarsa, xalqın da nəzəri ona tərəf olar. Peyğəmbər (s) şəriətinə görə, bir məclisdə bir neçə alim olarsa onlardan biri seyid olsa, onun hörməti o birilərindən daha artıq olar. Digər alimlər hər hansı bir məsələdə onunla məsləhətləşərlər. Seyidlərə, xüsusən də elim əhlinə hər yerdə böyük hörmət olunur. Onlara həmişə ehtiram edərək sədr məclisdə əyləşdirir və hər hansı bir məsələdə onlara müraciət edir, rəhbərliyi onların öhdəsinə buraxırlar. Təəssüflər olsun ki, bu söylədiklərimin tam əksini gördüm. Bəlkə də ruhaniyyətin süqutunu gördüm desəm, yenə də rahat ola bilmərəm. Son zamanlar payız yağışından sonra göbələk kimi yerdən çıxan mollanümalar bütün bunlara dünyapərəst mövqeydən yanaşaraq dindarlığa - yuxarıda sadaladıqlarımıza əməl etmirlər. Belələri dindən ağız suyu kimi çörəyi yumşaltmaq məqsədi güdürlər. Onlar Qurandan bir-iki surə əzbərləməklə, beş-altı hədisi ordan-burdan öyrənməklə, bir neçə ağız oxşama deməklə kifayətlənən dünyagirlərdir.  Təki cibişdanları dolsun. Elə təsadüfi adamlar ruhanilərin yerini tutuublar ki, heç onlara beş ədəd qoyun etibar etmək olmaz. Di gəl müqəddəs məkanlarda at oynadırlar  ´Dərə xəlvət tülkü bəyª. 20-25 il, bəlkə daha da çox ruhaniyyətdə can qoyan elm əhlləri kənarda qalıb, keçmiş mühasib, milis, sürücü, ateist nə bilim daha kimlər məclislərdə meydan sulayırlar. Üst-başlarıdan da kəsafət iyi gəlirÖ Halbuki, biz bir az qədimdə axundlarımızı görəndə, onlara baxmağa həvəs edirdik. Onların nəinki söhbətləri, oturub-durmaları, davranışları bir sözlə hərəkatu-sükunətləri də böyük bir məktəb idi. İndi isə onların boş qalmış yerlərini Molla Əmirqulular zəbt etmiş, hətta monopoliyaya çevirmişlər. Hələ bu azmış kimi özləri kimi hiyləgər qulbeçələri də ətrafına yığıb, öz hərəkətlərilə şeytanı belə təəccübləndirirlər. Təzəcə məclisə varid olmuşdum ki, molla Əmirqulu çəyirtkəvari gözlərini 180 dərəcə dolandırıb ´huməzə və luməzəª məsələlərini ortaya qoyaraq, birinə işarə elədi. Qulbeçə də bir sualın o yan, bu yanını çirişləyərək xüsusi bir əda ilə mənə tərəf tuşladı. Cavab versəm də sualı baş-ayaq edib yenidən təkrarladı. Yenə də aqillərin sözü köməyimə çatdı ´Cavabi-əbləhan xamuşiª deyib, yanımdakı bir ruhani ilə söhbətə başladım. Öz-özümə fikirləşdim ki, bizdə olan imkanlar belələrində olsaydı, görəsən nələr edərdilər. Bəlkə də bunların heç həndəvərinə belə dolanmaq olmazdı. Nə yaxşı ki, hələ mərkəzləşmiş Qafqaz Müsəlmanları İdarəsi var, yoxsa bunlar, ağıllarına gələnləri edərdilər. Bir anlığa millətə yazığım gəldi, amma o qulbeçələr davam edirdilər. Baxdım gördüm ki, artıq şorun çıxartdılar. Kiçik bir şəmmə başladım: ´ Bir müddət bundan qabaq əlimə bir curnal vərəqi düşdü, orada bir xoruzun qabağında ütülmüş beçə şəkli çəkmişdilər. Görünür, beçə haradasa bir qələt işlətmişdi ki, xoruz onu tənbeh edirdi. Şəklin altında  dörd misra şeir də yazılmışdı: Xoruz kəsdi beçənin qabağını bir gecə,
    Dedi mənə yaxşı bax, beçənin biri beçə.
    Adam gərək hər yerdə böyük-kiçik anlasın,
    Beçənin nə həddi var, xoruz kimi banlasınª. Bunu demişdim ki, məclisə gülüşmə düşdü. Qulbeçələr xoruzun qan yanan pipiyindən vəziyyəti anladılarÖ
    Çox şeylər gördüm. Demək olar ki, hərcmərclik baş alıb gedir. Məclis əhval-ruhiyyəsi qalmayıb. Alimə, elm əhlinə hörmətdən əsər-əlamət yoxdur. məclisin mollası fəqət xörək yeməyi və pulunu alıb, məclisin xətmini gözləyir. Hərdən də müəyyən imkanlı adamlara bir-iki atmaca atmaqla, onların bəzilərinin yanına gedib üç-dörd dəqiqə oturur, bir-iki manat qırpdıqan sonra, həmin vəziyyəti bir başqasıyla təkrarlayır. Çox narahatedici haldır ki, bəzi soydaşlarımız da öz  yaxınlarının yas mərasimlərini keçirtmək üçün, belələri ilə razılaşır və maneəsiz hərəkətlərinin üstündən də rahatlıqla keçirlər. Çoxlarına nə din, nə əqidə, nə dindar, nə də alim şəxsiyyətlər lazımdır. Bütün bunları görəndə insan daxilən narahat olur, vicdan əzabı çəkir. Mövla Əlinin (ə) belə bir kəlamı var: ´Hər kim mənə bir hərf öyrətsə, sanki məni özünə qul edərª. El arasında isə belə deyirlər: ´Ustadına kəm baxanın gözlərinə qan damarª. Belələri dünyapərəstliyi başqa yerdə əldə edə bilmədiyindən, dini mərasimlərdə əldə etməyə çalışırlar. Bu yerdə Mövla Əlinin (ə) oğlu imam Həsənə (ə) yazdığı məktubdan bəzi sətirləri xatırlatmaq yerinə düşərdi:
    ´ÖOğulcan, ölümü və qəflətdən düşəcəyin ölümdən sonrakı hadisələri çox yada sal ki, o sənin yanına gələnə kimi özünü hazırlayıb (silahını taxaraq) kəmərini  bağlamış olasan. Məbadə ölüm səni qəflətən haqlasın və (sən ona hazır olmadığın üçün) qalib gəlsin sənə! Dünya əhlinin dünyaya ürək bağlamaları, güvənmələri, hərislikləri və onun üstündə bir-birilə düşmənçilik etmələrinin səni aldatmasından qorx. Çünki Allah səni ondan xəbərdar edib. Dünya özü də özünü sənin üçün vəsf edib və pisliklərini açıb göstərib. Dünyapərəstlər hürən itlər və ov axtaran yırtıcılardır. Onların bəzilərinin bəzilərindən xoşu gəlmir və bir-birilərinin üstünə qışqırır, güclüsü zəifini yeyir. Onların böyüyü zor gücünə kiçiyinə ziyan vurur. Onlar ayaqları bağlanmış dördayaqlılardır. Digər qismi isə buraxılmış heyvanlardırlar ki, ağıllarını itiriblər və azğınlığa düşmüşlər. Onlar quru və sərt çöldə zərər və ziyan otlamaq üçün buraxılmış dördayaqlılardır! Onların nə qoruyacaq çobanları, nə də otaranları var! Dünya onları korluq və azğınlıq yollarına aparır və gözlərini hidayət və nicat nişanələrini görməkdən örtüb. Beləliklə, onlar onun azğınlığında sərgərdandırlar və onun naz-nemətləri içərisində qərq olublar. (Ona vurğunluq və ürək bağlamaları nəticəsində) onu öz rəbbləri ediblər. Bu cür, dünya onlarla oynayır (ağıllarını oğurlayır) və onlar da dünya ilə oynayırlar (başlarını ona qatıblar). Ondan sonra gələcək (ölüm, çətinliklər, qiyamət günü kimi) şeyləri unudublar!!
    Bir az döz və möhlət ver ki, qaranlıq açılsın. Deyəsən, kəcavələr çatdı (səfərdə olanlar gəldilər)! Tələsənin birləşəcəyi vaxt yaxındadır. (Dünyaya könül verənlər tezliklə, hələ əbədi yerinə çatıb düşərgə salmamış qabaqkı karvana çatacaq və əməllərinin cəzasını alacaqlar).
    Oğulcan, bil ki, gecə-gündüz dəvə üstündə yol gedən kimsə özü yol getməsə də, miniyi onu aparar. İstirahət və dincəlməkdə olsa da yolu qət edər.
    Yəqin bil və inan ki, heç vaxt öz arzuna çata bilməyəcək və heç vaxt ölümündən qurtula bilməyəcəksən. Sən səndən əvvəlkilərin yolundasan. Qazanılan şeydə səy və təlaşını gözəlləşdir (həris olma ki, onun axırı həlak və məhv olmaqdır). Çünki çox çalışmalar var ki, malın əldən çıxmasına səbəb olur. Hər çalışan tapmaz və hər ortayollu ümidsiz və məhrum olmaz. Nəfsin səni saysız nemətlərə çatdırsa da, onu bütün alçaqlıq və rəzilliklərdən üstün tut, əzizlə. Çünki nəfsindən sərf etdiyin şeyin müqabilində, onu əvəz edəcək bir şey tapa bilməyəcəksən. Başqasına qul olma. Allah səni azad yaradıb. Pisliklə qazanılan xeyrin harası xeyirdir?! Çətinliklə əldə edilən asanlığın nə xeyri var?!
    Tamah və hərislik miniklərinin səni sürətlə həlak suyunun başına aparmasından çəkin. Əgər səninlə Allah arasında başqa nemət sahibinin olmamasına bacarığın çatsa, et bunu! Çünki sən öz payını tapacaq, hissəni əldə edəcəksən! Eyib və nöqsan sifətlərdən pak və uzaq olan Allahdan çatan az (ruzi-mal), Onun yaratdıqlarından gələn çoxdan daha üstün və əzizdir, hərçənd ki, hər şey Ondandır.
    Susmağın nəticəsində əldən çıxan şeyi əldə etmək, danışmağın nəticəsində əldən çıxan şeyi geri qaytarmaqdan daha asandır. Qabda olan şeyin qorunması onun qapağının bərk bağlanmasından asılıdır. Mənə sənin öz əlində olanı qoruyub saxlamağın, başqasının əlində olanı istəməyindən daha xoşdur. Ümidsizliyin acısı başqalarına əl açmaqdan daha yaxşıdır. İffətli və ismətli iş, günah və xəta ilə olan varlılıqdan daha xeyirlidir. İnsan öz sirrini daha yaxşı qoruyur. Çox çalışanlar var ki, çalışdıqları şey onlara ziyan gətirir.
       Çox danışan hərzəçi olar. (Öz dünya və axirət işləri barəsində) düşünən bəsirətə çatar. Yaxşı işlər görənə qoşul ki, onlardan olasan. Pislərdən ayrıl ki, onlardan olmayasan. Haram nə qədər də pis yeməkdir!ªÖ
    Bəli aqillərin dediyi o kəlam, çox möhtərəmdir. ´Ədəbli ol, padşahlıq et, ədəbsiz ol, hər nə istəsən etªÖ
    Əziz  PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 797
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30