Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qərbin inkişafının paradiqması
    Dünyada gedən proseslərin əsas subyekti Qərb, obyekti isə Şərq olduğu hər kəsə məlumdur. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin (Ə. Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə) diqqəti Qərbə nəzərən həyatın bir çox sahələrində (siyasi, iqtisadi və mədəni) Şərqin geri qalmasının səbəblərini araşdırılmasına və aradan qaldırılmasına  yönəlmişdir.
    Bu geriliyi bəzi ziyalılarımız dində, bəziləri qadınların sosial vəziyyətində, bəziləri isə əlifbanın mürəkkəbliyində görürdülər. Bu geri qalmanı aradan qaldırma yollarının biri kimi müasirləşmək və avropalaşmaq ideyası bütün Şərqi bürümüşdür. M.Süleymanlının Mədəniyyətdə müasirləşmə probleminə tarixi bir baxış (Simurq, ¹ 2, 2010) məqaləsində göstərir ki, avropalaşma və müasirləşmək ideyası ətrafında müzakirələr Azərbaycan və Türkiyə ziyalılarını üç yerə bölmüşdür.

    Mühafizəkar mövqe tutan ziyalılar (Cəmil Meriç, Türkiyə) belə hesab edirlər ki, mədəniyyətdə müasirləşmək, dinin – imanın əldən getməsi ilə nəticələnəcək; Əhməd Ağaoğlu kimi ifrat qərbçi mövqeli digər qrup təmsilçiləri Qərb mədəniyyətin istisnasız qəbulu tərəfdarı olmuşlar; üçüncü mövqe tərəfdarlarının fikrincə  (Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə) elmi-texniki tərəqqi və mədəni yenilikləri mənimsəmək, ruhi-mənəvi dəyərləri isə mühafizə etmək lazımdır. Göründüyü kimi Azərbaycanın ən parlaq ziyalıları Qərbin texnogen mədəniyyətindən geri qalmada həmfikir deyillər və problemin həllində müxtəlif mövqedən çıxış edirlər.
    Geri qalmanın səbəblərini düzgün müəyyən etmək üçün hesab edirəm ki, ona başqa tərəfdən yanaşmaq və sualı: “Qərbin inkişafının əsas səbəbi nədir”? şəklində qoymaq lazımdır. Başqa sözlə, Şərqin geri qalmasının səbəblərini araşdırmaq yox, Qərbin inkişafının səbəbini öyrənməklə daha düzgün mövqe tutmaq olar. Bu yanaşmanın üstünlüyü həm də ondan ibarət olar ki, daxili intellektual potensialı parçalamaz, əksinə bütün səyləri bir hədəfə tərəf  yönəldər.
    İstənilən canlının, o cümlədən də insanın əsas məqsədi fiziki yaşamasını təmin etməkdir. İnsan toplumunun yaşaması üçün iki əsas potensial var: torpaq və insan. Torpağın üstü insanların yaşaması və işləməsi, altı isə iqtisadiyyatı qaydaya salmaq üçündür.
    Tarixən belə olmuşdur ki, Şərq xalqları münbit və yeraltı sərvətlərlə zəngin torpaqlarda məskunlaşmışlar. Qərblilərin yerləşdiyi torpaqlar nisbətən az münbit və az zəngindir. Bu fiziki fərq tarixin sonrakı gedişinə mühüm təsir göstərmişdir.
    Şərq xalqlarının məskunlaşdığı torpağın potensialı (torpaqaltı sərvət və ərazi) üzərində məskunlaşan insanları rahat yaşaması üçün yetərli olduğundan bu xalqlar tərəqqi və müharibəyə çox meylli deyillər. Qərb dövlətlərinin yerləşdiyi ərazilərin torpaqlarının potensialı üzərində yaşayan əhalini layiqincə yaşatmağa kifayət etmədiyindən, bu xalqlar son bir neçə yüz illər ərzində davamlı işğalçılıq və müstəmləkəçilik siyasəti aparmış və yaşamanı asanlaşdırmaq üçün müxtəlif texniki alət və vasitələrin icadını da diqqət mərkəzində saxlamışlar. Alimin,  ixtiraçının adi vətəndaşdan (əsgərdən) fərqini, başqa sözlə əqli gücün fiziki gücdən qat-qat üstünlüyünü vaxtında dəyərləndirmiş və  insanın böyük potensiala malik olduğu dərk edilmişdir. Deməli, Qərb düşüncəsinə görə torpaqdan əlavə, insanın yaşaması üçün lazım olan digər əsas potensialı insanın özüdür. Deməli, Şərqdə torpağın oynadığı rolu, Qərbdə İnsan oynayır. Hər bir insan ayrılıqda, toplum isə bütövlükdə böyük potensiala malikdir. Özünü qoruma instinktinin təsiri altında, qərblilər sövq təbii olaraq bir-birinin qədrini bilərək, milli birlik nümayiş edirlər. Biri digərinin özünə arxa sayır. toplum, fərdin yaşamasına, fərd isə toplumun güclü olmasına qayğı göstərir. Bu səbəbdən də Qərb cəmiyyətləri özlərinin bu günü və sabahı haqqında daim düşünürlər. Kasıb təbiət qərbliləri həm də mübariz etmişdir. Qərb insanı problemdən qorxmur, onun üzərinə getməyi bacarır və siyasi aktiv olur. Bu səbəbdən də Qərbdə milli qəhrəman statuslu insanlar çoxdur. Bir neçə yüz ildir ki, Qərbdə dövlət quruculuğu o istiqamətdə inkişaf edir ki, həm toplum, həm də insan güclü olsun. Bu səbəbdən insan haqları və azadlıqları yüksələn xətt boyunca inkişaf etdirilir. Qərbin inkişafının paradiqması, insan oğluna varolmanın potensialı kimi baxmasıdır.

    Qərb üçün var olmanın potensialı: 
    İNSAN + Torpaq

    Şərqdə yaşamanın əsas potensialı torpaq və onun altındakı sərvətdir. İnsanların bir birinə ehtiyacı azdır. Hər kəs fərd olaraq yaşaya bildiyindən, birinin digərinin köməyinə ehtiyacı azdır. Şərqdə  problemin yanından keçməyə üstünlük verilir. Bu səbəbdən də Şərqdə arzu olunan qəhrəmanlıq (Ənvər Sədatın İsraillə müharibə gedə-gedə Tel-Əvivə getməsi) nümunələri azdır. Şərq cəmiyyətləri özlərinin sabahı haqqında yox, bu günü  haqqında daha çox düşünürlər və bu səbəbdən siyasi cəhətdən az aktiv olurlar. Fərdin və milli birliyin dəyəri az dərk olunur. Şərqdə  insan haqları və azadlıqları prioritet deyildir. Çünki, insan var olmanın potensialı sayılmır. Onu güllələmək də olar, dar ağacından asmaq da. Çünki, toplumun yaşaması insandan yox, yer altı sərvətdən asılıdır. Bu səbəbdən də mütərəqqi bəşəri dəyərlərə biganədir. Qəddar cəza növləri, edam ən çox Şərq ölkələrində mövcuddur və  bir neçə insanın ölümünün tolumun yaşamasına təsir etmədiyi düşüncəsi üstünlük təşkil edir. Qərbdə bunun tərsin fikirləşirlər.

    Şərq  üçün var olmanın potensialı: TORPAQ + İnsan

    Şərqdə cəmiyyətin nüvəsi ailədir və bu qurum qayğı altındadır. Qərbdə cəmiyyətin mərkəzində ailə yox, fərd (insan) dayanır. İnsanın həm personal, həm də professional keyfiyyətləri həm cəmiyyətin, həm də dövlətin qayğısı altındadır. Bu səbəbdən də bəşəriyyətin  inkişafına səbəb olmuş son iki elmi texniki bəşəri inqilab (mühərrik və kompütor ixtirası) Qərbdə kəşf edilmişdir. Qərb mənəvi dəyərləri iqtisadi dəyərlərə dəyişə-dəyişə varlanır. Personal sahədə insana verilmiş sonsuz azadlıq mənfur sonluqla nəticələnmişdir. Qərb, ən yaxşı halda insanın edə biləcəyi bütün iyrənc işlərə biganədir. Belə işlə məşğul olanlara bəzən seksual azlıq da deyirlər. Ancaq tədbir görülməsə, bu azlığın zaman keçdikcə çoxluğa çevrilməsinin ehtimalı böyükdür. İnsan azadlıqları və haqları hədd sevər. Hədd olmayanda cəmiyyət tez çürüyər. Qərbdə bu hədd yoxdur.


    Şahlar ƏSGƏROV
    Professor

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 480
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30