Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatı
    Qafqaz Müsəlmanları idarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddətdoğuran üzdəniraq hərəkətə öz qəti etirazını bildirir.
    Özünü keşiş kimiqələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər.

    Düşünürük ki, keçən il Quranın yandırılacağı ilə bağlı təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri nəticəsində neytrallaşdığı halda, bu məsələnin yenidən gündəmə gəlməsi yalnız və yalnız qərəzli xarakter daşıyır. Belə ki , müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olmuş bu hadisənin törədilməsi xristian-müsəlman ziddiyyəti yaratmağa yönəlmiş addımdır.
    Səmavi kitabların sonuncusu olan Qurani-Kərimə təhqiredici münasibətin bütün dünyada demokratiya dəyərlərinin, insan hüquq və azadlıqlarının ardıcıl müdafiəçisi kimi çıxış edən, özünü İraqda, Əfqanıstanda, Liviyada müsəlman əhalinin təəssübkeşi olaraq təqdim edən bir ölkədə nümayiş etdirilməsi demokratiya adına ləkədir. Belə bir hadisə heç bir ölkəyə, cəmiyyətə başucalığı gətirməz. ABŞ-ın Dövlət Departamenti tərəfindən bu məsələyə münasibət bildirilməsini gözləyirik.
    İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərim Allah tərəfindən insanlara hidayət yolunu göstərmək üçün göndərilmişdir. Qurani-Kərimdə Musa, İsa, Məryəm və digər müqəddəslərin adları ehtiramla çəkilir, İslam onları qəbul edir. Bu kitabdakı ali mətləblərdən xəbəri olmadan onu yandırmaq mahiyyət etibarilə Tövrata da, incilə də qarşı bir üsyandır.
    Qafqaz Müsəlmanları İdarəsi milyonlarla müsəlmanın hissiyyatına toxunan bu hadisəyə qəti etirazını bildirir, ABŞ-ın dövlət rəsmilərini, ictimai birliklərini və dini mərkəz rəhbərlərini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, insan qarşıdurmasına yol aça biləcək belə mənfur təxribatların gələcəkdə qarşısını almaq üçün fəal səy göstərməyə çağırır.İslamın müqəddəs kitabına belə bir təhqiramiz münasibətin bütün dini rəhbərlər tərəfindən pislənməsini vacib sayır, artıq insan tələfatına səbəb olmuş bu mənfur hadisəni törətmiş üzdəniraq keşişin dini ədavəti qızışdırmaq cəhdinə görə qanunla cəzalandırılmasını tələb edirik.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 384
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30