Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hüquq və azadlıqlarının müdafiyəçisi
    Ramzan Kadırov ikinci dəfə Çeçenistan respublikanın rəhbəri vəzifəsinin icrasına başladı. Aprelin 5-i Qroznıda keçirilən andiçmə mərasimi Rusiya və Çeçenistanın himnləri ilə başlandı. Mərasimə Şimali Qafqaz Federal vilayəti üzrə prezident nümayəndəsi Aleksandr Xloponin, federal bölgə başçıları və Rusiya subyektlərinin rəhbərləri, xarici qonaqlar və din xadimləri iştirak edirdi. Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edirdi.

    Ramzan Kadırov Rusiya Konstitusiyasına və Müqəddəs Qurana əl basaraq rus və çeçen dillərində and içdi: "Mən, Çeçenistan Respublikasının başçısı vəzifələrinin icrasında çoxmillətli xalqının hüquqlarını qorumağa, insanlarının hüquq və vətəndaş azadlıqlarının təmin edilməsinə hörmətlə yanaşacağıma və sədaqətlə vətənə xidmət edəcəyimə, Çeçen Respublikası Konstitusiyasının Çeçenistan Respublikasının qanunlarının keşiyində dayanacağıma and içirəm.” O, dəstək üçün xalqa minnətdarlığını bildirdi və respublikanı Rusiyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyinə söz verdi: “Federal mərkəzin və xalqının qəhrəmancasına zəhmətlərinin sayəsində son 4 ildə respublika tanınmayacaq dərəcədə dəyişmişdir. Biz sizinlə beynəlxalq terrorçuların kökünü kəsdik, onların başçılarını məhv etdik. Nəticədə Çeçenistan stabil regiona çevrildi. Bu gün xalqımız əvvəllər heç vaxt olmadığı kimi bir və möhkəmdir... Əminəm ki, sizinlə bərabər diyarımızı Rusiyanın ən çiçəklənən məntəqəsinə çevirəcəyik. Buna necə nail olacağımızı bilirik, çünki biz bunu istəyirik və Allahın köməyi ilə istəyimizə nail olacağıq.”
    Mərasimdə çıxış edən Şimali Qafqaz Federal vilayəti üzrə prezident nümayəndəsi, RF hökumətinin sədr müavini Aleksandr Xloponin ölkə prezidenti D.A.Medvedevin təbrikini oxudu. Öz müraciətində qeyd etdi ki, iqtisadi inkişafla bərabər respublikadakı stabillik və yaradıcı əmək mühitini formalaşdıran Ramzan Kadırov cəmiyyətdə yüksək mənəvi ruhiyyə yaratmağa, konfessiyalararası dözümlüyə və Rus pravoslav kilsəsinə qarşı hörmətə nail olmuşdur.
    Sonra Rusiyanın Baş naziri Vladimir Putinin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təbrik teleqramları oxundu. Rusiya Federasiyası Şurasının sədri Sergey Mironovun ünvanladığı təbrik məktubunu Şuranın sədr müavini İlyas Umaxanov oxudu.
    Dövlət Dumasının spikeri B.Qrızlovun təbrik teleqramını çatdıran RF Dövlət Dumasının vitse-spikeri A.Babakov, Şimali Osetiya-Alaniya respublikasının prezidenti Teymuraz Mamsurov, Ççenistan alimlər Şurasının sədri Xoc-Əhməd Kadırov çıxış etdilər. Mərhum Hacı Əhməd Kadırova İslam dinin əsaslarını təlim edən tanınmış İslam ruhanisi Muxammed Sadiq Muxammed Yusif onun barəsində öz xatirələrilə bölüşdü və mərasimə toplaşanlara təbriklərini çatdırdı. O, müharibə nəticəsində dağılmış Qroznıda mərhum Əhməd Kadırovun andiçmə mərasimindən xatırladı, həmin vaxt Ramzan Kadırovun növbəti andiçmə mərasimini şəxsən yüksək səviyyədə, kəsintisiz enerji ötürüşü və bütün təhlükəsizlik tədbirləri alınaraq təşkil edəcəyinə söz verdiyini yada saldı: “Gördüyümüz kimi, Ramzan Kadırov Allahın yardımı ilə verdiyi sözü tutdu, bu gün Çeçenistan çiçəklənən respublikadır və biz bunun şahidiyik. Lakin gənc rəhbərin ən böyük nailiyyəti respublikada İslamın möhkəmlənməsidir. Qroznıda cümə məscidinin açılışı üçün Çeçenistana gəlmiş dini liderlərin təəssüratları yaxşı yadımdadır, həmin vaxt bütün müsəlman dünyası Ramzan Kadırovu yaxından tanıdı. Mən, bir çox müsəlman təşkilatının üzvü kimi deyə bilərəm ki, o, İslam dünyasında böyük hörmətə malikdir. Ramzan Kadırovu tanıyan hər kəs onun üçün dua edir, Uca Allahın onu qorumasını diləyir”.
    Rusiya Müftilər Şurasının rəhbəri Ravil Qaynuddin Rusiyanın milyonlarla müsəlmanının adından bütün çeçen xalqını Ramzan Kadırovun vəzifələrinin icrasına başlaması münasibətilə səmimi qəlbdən təbrik etdi, respublikada tərəqqi və ruhaniyyətə nail olmaq yolunda Uca Allahdan inayət dilədi. O əlavə etdi: “Bir hikmətdə deyilir: “Hər bir xalq öz rəhbərinə layiqdir.” Biz Çeçenistan nümunəsində görürük ki, xalqın layiqli lideri var. Ona görə də bu gün biz Ramzan Kadırovu yox, məhz onun xalqını təbrik edirik. Fəxr edirik ki, bizim Ramzan kimi qardaşımız var. Atanız hakimiyyətin şərəf, dünya rifahı olmadığını, əksinə fədakarlıq olduğunu Sizə öyrədirdi, hər şeyin Allahın ixtiyarında olduğunu söyləyirdi. Gizli deyil ki, bir çoxları İslamı yalnız təhlükə kimi görür, lakin Siz Çeçenistan nümunəsilə sübut etdiniz ki, İslam quruculuqdur, hər bir müsəlman vətənini sevən vətəndaşdır və biz müsəlmanların Rusiyadan savayı vətənimiz yoxdur. Bundan sonra da Allaha etimad edin və yeni uğurlar qazanın. Hamınıza Muhəmməd (s) peyğəmbərin sözünü xatırlatmaq istərdim: “İşlərində və düşüncələrində Allahı qoru, O həmişə səninlə olacaq, Uca Xaliqdən dilə, O verəcək.”
    Vladiqafqaz və Mahaçqala yeparxiyasının baş yepiskopu Zosima Moskva və bütün Rusiyanın patriarxı Kirillin təbrik məktubunu oxudu: “Rusiya Federasiyası prezidenti tərəfindən növbəti müddətə Sizin namizədliyinizin təqdim olunması və respublika Parlamentinin yekdilliklə tərəfdar olması Sizə qarşı olan yüksək etimadın təzahürüdür ki, bu etimadı əvvəlki illərdə çeçen xalqının mənafeyi üçün gördüyün işlərlə qazanmışsınız. Öz fəaliyyətinizdə millətlərarası həmrəyliyə və dinlərarası sülhün təmin olunmasına böyük diqqət ayırırsınız. Əminəm ki, bu stabillik və əmin-amanlığın əsas iki faktor yalnız Çeçenistan üçün deyil, bütün Qafqaz üçün əhəmiyyətlidir”. Baş yepiskop Patriarxın adından Çeçenistan rəhbərinə və onun yaxınlarına sağlıq və Uca Xaliqin inayətini dilədi.
    Sonra, təntənəli mərasimin aparıcısı Çeçen parlamentinin sədri Dukuvaxa Abduraxmanov İslam ölkələrinin rəhbərlərindən gələn çoxsaylı təbrik məktublarını oxudu və dedi: “Möhtərəm dostlar! Sözü Qafqazın vətənpərvəri, əfsanəvi şəxsiyyət, Bakı-Qrozni aviaxəttini açmış ilk şəxsə, Əhməd Kadırovun silahdaşı və dostu, dərin hörmət əlaməti olaraq Ramzan Kadırovun “dayı” deyə müraciət etdiyi, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə verirəm”.
    Şeyxülislam Allahşükür Paşazadənin çıxışı:
    Möhtərəm Ramzan Əhmədoviç!
    Rusiya Federasiyası Çeçenistan respublikasının başçısı vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Xahiş edirəm ki, Sizə və qardaş çeçen xalqına ünvanlanmış ən səmimi arzularımı qəbul edəsiniz. Azərbaycan xalqının və onun rəhbəri Azərbaycan respublikasının prezidenti zati-aliləri İlham Əliyevin təbriklərini və ən xoş arzularını zati-alilərinizə ərz etmək imkanını əldə etdiyimə şadam. Arzu edirəm ki, bütün xoş işlərinin və istəkləriniz müvəffəqiyyətlə nəticələnsin.
    Möhtərəm Hacı Ramzan! Bu müqəddəs torpağın inkişafı Sizin adınızla bağlıdır. Siz, öz həyatının məqsədini vətəninə xidmətdə görən, Çeçenistan torpağında sülhün bərqərar olması üçün çalışan, xalqı inkişaf və tərəqqi yoluna çıxaran müdrik insansınız. Çeçen xalqı doğma torpağı sülh və firavanlıq məkanına çevirməkdə qətiyyətlidir.
    Çeçen xalqının həyatında baş verən müsbət dəyişikliklər məni sevindirir. Şübhəsiz, bu uğurlar federal hakimiyyətin dəstəyi, Sizin müdrik rəhbərliyiniz və güclü siyasi iradəniz sayəsində əldə olunmuşdur. Çeçenistanda müşahidə olunan iqtisadi inkişaf və vətəndaşlarının rifahının yaxşılaşması şübhəsiz ki, Rusiya rəhbərliyi tərəfindən çeçen xalqının stabilliyi və inkişaf üçün ardıcıl atdığı addımlarının nəticəsidir. Çeçenistanın inkişafı – bütün Şimali Qafqaz federal bölgəsinin inkişafıdır və öz növbəsində böyük Rusiyanın tərəqqisinə xidmət edir.
    Bir din xadimi kimi şadam ki, Çeçenistan respublikasında ruhani-mənəvi inkişaf milli rifahın təməli kimi qəbul edilib. Mənəvi irsin əsasını bizim müqəddəs İslam dini təşkil edir. İnsanlara sülh, tərəqqi və firavanlıq gətirən həqiqi İslam insanpərvərlik ideyalarına zidd hər bir düşüncəni inkar edir. Bu ilahi yolda müsəlman çeçen qardaşlarıma böyük nailiyyətlər arzulayıram.
    Möhtərəm Hacı Ramzan! Siz mənim unudulmaz qardaşım Əhməd Kadırovun oğlusunuz. Xalqın ümidi Sizədir. Xalq bilir ki, Sizin hər addımınız onun rifahı naminə atılır və bu yolda xalqın ümidlərini doğrultduğunuza, əziz atanız Əhməd Kadırov və vətəniniz qarşısında oğulluq borcunu layiqincə yerinə yetirdiyinizə görə Sizin uğurlarınıza sevinirəm. Zati-aliləriniz siyasi xadim kimi Rusiya Federasiyası Çeçenistan respublikasının inkişafının qarantıdır.
    Uca Allaha dua edirik ki, ümumi evimiz olan Qafqazın milliyətindən və dinindən asılı olmayaraq hər bir vətəndaşını sülh, tərəqqi və firavanlığa qovuşdurmaq istəyən hər bir kəsin səyləri uğurla başa çatsın.
    Bütün səy və fəaliyyətinizdə Allahın rəhməti və bərəkəti Sizinlə olsun. Amin! Şeyxülislam Ramzan Kadırova müqəddəs Quran nüsxəsi hədiyyə etdi.
    Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin rəhbərlik etdiyi kollektiv adından Rusiya qəhrəmanı, DİN generalı, terrorizmə qarşı mətin mübariz Ramzan Kadırovu salamladı və Çeçenistan torpağında həmişə sülh və əmin-amanlığın bərqərar olması üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.
    Sonda Çeçenistan Müftisi Sultan Mirzəyev, Karaçay-Çerkessiya Müftisi İsmayıl Berdiyev və Şeyx Muxammed Sadiq Muxammed Yusif Çeçenistan xalqının və respublika rəhbərinin uğurları üçün Uca Allaha dualar etdilər. Mərasim respublika rəhbəri Ramzan Kadırovun anasının xeyir-duası və respublikanın incəsənət xadimlərinin bayram konsertilə başa çatdı.


    Elvin Xəzər

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 483
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30