Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Boşanma ənənəsi
    Azərbaycanda pozulmuş nikahların yarısı beş ilədək davam edir

    Bir zamanlar dözümlülüyü və uzunömürlülüyü ilə seçilən Azərbaycan ailələrində nikahların pozulması halları artıq əvvəlki illərlə nisbətdə artmaqla müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə rəsmi orqanlar tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2009-cu ilə nisbətən nikahların sayı 8,8-dən 8,9-a qədər, boşanmaların sayı isə 0,9-dan 1-ə qədər artıb. Bəs boşanmaların səbəbləri nədir? Ölkədə problemi hərtərəfli araşdırmağa çalışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təhlilləri göstərir ki, boşananların 86,7 faizi qeydiyyata alınıb. Müasir Azərbaycanda pozulmuş nikahların yarısı beş ilədək davam edir.

    Boşanma ilə nəticələnmiş tədqiq olunan nikahların orta statistik davam etmə müddəti isə 6,4 ildir. Pozulmuş nikahların 21,3 faizində ər-arvadın ümumi uşaqlarının olmadığı nikahlardır. Böyük əksəriyyət hallarda isə boşanmadan sonra uşaqlar analara qalırlar.

    Ailəni dağıdan səbəblər

    Boşanmaların artmasının səbəbi kimi həm də qloballaşan dünyada baş verən proseslərdir. Daha çox artan ünsiyyət imkanları və məkanları da prosesdə önəmli rol oynayır ki, onlardan biri də internetdir. Əslində, dünyada mövcud olan hər bir fərdin sayı qədər boşanma səbəblərini axtarıb tapmaq və onu əsaslandırmaq mümkündür. Burada xarakter uyğunsuzluğundan tutmuş məqsədli evlənməyə qədər müxtəlif amillərin rolu da ola bilər. Adətən boşanmanın motivasiyası tək bir səbəblə məhdudlaşmır. Bəzən ən adi səbəb üstündə nikah pozulması halına rast gəlinirsə, uzun illər davam edən ailədaxili təzyiqlərə baxmayaraq, boşanmayan cütlüklər də kifayət qədərdir. Bunun da bir səbəbi mental düşüncələrimizdə qızını ərə verən valideynlərimizin dilindən “geri dönmə yoxdur”, ”ər evindən ancaq öldüyün zaman çıxa bilərsən” və s. kimi dərin kök salan fikirlərdir.  
    Komitənin təhlillərinə görə isə gələcək ər-arvadın özlərinin bir-birilərini seçdikləri və nikaha daxil olarkən özlərinin həlledici qərarlar verdikləri nikahlar daha dözümlü olurlar. Nikaha daxil olarkən valideynlərin müdaxiləsi nikahın dözümlülüyünə mənfi təsir göstərir. Nikah pozulması hallarında daha çox göstərilən səbəb cütlüklərin xarakterlərinin uyğun gəlməməsidir. Məlumdur ki, boşanma proseslərində “xarakterin uyğun gəlməməsi” bəyanatları ilə boşananlar əksər hallarda öz addımlarının motivlərini gizlətməyə çalışırlar. İctimai rəy əmindir ki, insanları boşanmaya hər şeydən öncə ər-arvaddan birinin narkomaniya və alkoqolizmi təhrik edir. Daha sonra azalan sıra ilə ər və ya arvadın xəyanəti, pis maddi vəziyyət, uşaqların olmaması, qohumların ailə işlərinə qarışması, xarakterlərin uyğun gəlməməsi, şəxsi evin olmaması, uzun müddət ayrı yaşamaq, nikaha mənəvi-psixoloji cəhətdən hazır olmama gəlir”.
    Araşdırmalardan aydın olub ki, boşanma amillər kimi əhalinin az təhsilli kateqoriyası maddi-iqtisadi sıradan olan (iqtisadi və mənzil şəraiti) səbəbləri, daha təhsilli kateqoriya isə mənəvi-əxalqi və psixoloji sıradan olan (ailənin işlərinə qarışma, xəyanət, mənəvi-psixoloji cəhətdən yetişməmək) səbəbləri qeyd etməyə meyillidirlər. İctimai rəyin nöqteyi-nəzərlərinə görə nikahın saxlanmasına ən vacib əsas ümumi uşaqlara sahib olmadır. Nikahın saxlanması motivlərinin digərləri daha az əhəmiyyətlidir. Onlar arasında daha çox qeyd olunanı hər şeyin düzələcəyinə ümid etmək, milli və dini adətlər, valideynlərin, qohumların və dostların qınağı və həyat yoldaşından maddi asılılıqdır: ”Əhalinin yarıdan çoxu - 53 faizi boşanmada hər iki tərəfin bərabər dərəcədə günahkar olduğunu bildirir, 18,5 faiz günahı ərlərin, 13,5 faiz isə arvadların üzərinə qoymağa meyllidirlər. Əhalinin 15 faizi isə hesab edir ki, boşanmada ər və arvaddan heç biri günahkar deyil, hər şey vəziyyətdən asılıdır. Boşanma zamanı uşaqların anaları ilə qalmaları fikri hökmranlıq edir.

    Bütün əhalinin 4,1 faizi boşanmışlardır

    Ölkəmizin 18 yaşdan yuxarı bütün böyük yaşlı əhalinin 4,1 faizi rəsmi və qeyri-rəsmi boşananlardır. 2,5 faizi qeyri-rəsmi qeydiyyat olunmuş boşanmalar, 1,1 faiz keçmiş həyat yoldaşından ayrılmış, amma hələ də onlarla rəsmi nikahda olanlar, 0,4 faiz isə qeyri-rəsmi nikahda olduğu keçmiş həyat yoldaşı ilə ayrılmışlardır. Ümumilikdə bütün əhalinin 4,1 faizi boşanmışlardır.
    Bakıda boşanmaların yüksək (7,3 faiz), Quba-Xaçmaz bölgəsində isə aşağı (0,4 faiz) faizləri müşahidə olunur. Ölkə üzrə bütövlükdə boşananlara daha çox Abşeron, Dağlıq Şirvan, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində rast gəlinir. Qadınlar arasında boşananların sayı kişilərə nisbətən 8 dəfə çox daha artıqdır və bu göstərici 6,6 faizin 0,8 faizə təşkil edir: ”Bu, ilk növbədə onunla bağlıdır ki, kişilər qadınlara nisbətən daha çox təkrar nikaha daxil olurlar. Şəhər əhalisi arasında kəndlilərə nisbətən boşananların sayı iki dəfə daha artıq çoxdur. Bu göstərici isə 5,4 faizin 2,5 faizə təşkil edir. Başqa sözlə, boşanma ilə nəticələnən nikahlar 6,5 faiz təşkil edir. Bizim hesablamalarımıza görə, şəhər yerində bu göstərici 8,6 faiz, kənd yerlərində isə 3,8 faiz təşkil edir. Ölkədə boşanma ilə nəticələnən nikahların ən yüksək faizi paytaxta aiddir və bu 11,6 faizdir”.

    Boşanmaya haqq qazandırmaq olmaz?

    Mütəxəssislər Azərbaycanda boşanmanın səbəbləri barədə təsəvvürlərin əsasən insanların təhsil səviyyəsindən asılı olduğunu da qeyd edirlər. Belə ki, əhalinin az təhsilli kateqoriyası boşanmanın maddi-iqtisadi səbəblərini (iqtisadi və mənzil problemləri), daha təhsillilər isə əxlaqi-etik və psixoloji səbəblərini (ailə işlərinə qarışma, xəyanət, mənəvi-psixoloji cəhətdən nikaha hazır olmamaq) qeyd etməyə daha çox meyllidirlər: ” Nəhayət, boşanmaya münasibətin təhsil səviyyəsindən asılılığı aşkarlanır. Ümumi tendensiya ondan ibarətdir ki, insanların təhsil səviyyəsi yüksəldikcə nikahın pozulmasına haqq qazandırmağa daha az meylli olurlar. Azərbaycan əhalisinin 10,3 faizi hesab edir ki, boşanmaya heç bir halda haqq qazandırmaq olmaz. Vətəndaşlarımızın təxminən yarısı boşanmaya bəzi istisna hallarda haqq qazandırır. Əhalinin 42,2 faizi boşanmaya çox hallarda, əksər hallarda və yaxud həmişə haqq qazandırır. Beləliklə, əhalinin yarıdan çoxu boşanmaya haqq qazandırmaq mümkün olmadığını və yaxud nadir hallarda haqq qazandırmaq mümkün olduğunu bildirir”.

    Boşanmış qadınlar üçün ailə qurmaq əngəli

    Digər maraqlı məqam odur ki, nikahda olanlar olmayanlara nisbətən boşanmanı daha çox tənqid edirlər, boşananlar isə əksinə, boşanmanı hiss olunacaq qədər artıq dərəcədə alqışlayırlar. İnsanları boşanmadan çəkindirən müxtəlif səbəblər də var. Bunlar, qohumlar və digər ətrafdakıların qınağı, bir çox qadınların boşanmadan sonra maddi cəhətdən özlərini təmin edə bilməməsi və tənhalıqdan qorxmaqdır. Amma boşanan tərəflərin cəmiyyətdə eyni yer tuta bilməməsi də özünü göstərir. Faktı komitənin yekun nəticələri də təsdiqləyir: “Boşanmanın sosial hadisə kimi ictimai rəy tərəfindən qavranılması barədə deyilənləri yekunlaşdıraraq deyə bilərik ki, bizdə təəssüf ki, boşanma faktının özü ilə yanaşı, boşanan şəxslərə, xüsusilə qadınlara da mənfi, şübhəli münasibət var. Bu səbəbdən də onların qarşısında yeni ailə qurmaq yolunda əlavə maneələr yaranır. Boşanmış qadınlarla nəinki evlənmirlər, həm də onların özləri kənardan yenidən qınaq obyektinə çevrilməmək üçün yeni nikahdan çəkinirlər”.


    Həqiqət İsabalayeva

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 526
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30