Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Fəlsəfə doktoru, Qafqaz Strateji Araşdırmalar İnstitutunun Geomədəniyyət şöbəsinin müdiri Elmir Quliyevlə müsahibə
    - Elmir bəy, keçən ay bir neçə Avropa siyasətçisi çoxmədəniyyətlilik siyasətinin uğursuzluğa uğradığını bəyan etdi. Sizcə, çoxmədəniyyətlilik müasir cəmiyyət üçün hansı əhəmiyyətə malikdir?

    - Müharibədən sonrakı Avropada çoxmədəniyyətlilik milli siyasətin əsas forması kimi qəbul edilirdi. Etnik və dini azlıqların hüquqlarının müdafiəsi prinsiplərini rəhbər tutan demokratik dövlətlər miqrantların milli cəmiyyət daxilində öz etno-mədəni cəmiyyətləri quraraq, onları inkişaf etdirmələri üçün şərait yaradırdılar. Lakin son zamanlar Qərbi Avropa ölkələrinə qarşı miqrantların təzyiqi o qədər artıb ki, onlar yeni həll yolları axtarmağa başlayıblar. Bir sıra Qərbi Avropa siyasətçiləri bu yaxınlarda verdikləri bəyanatlarda çoxmədəniyyətliliyi Avropa xalqlarının üçüncü dünya ölkələrindən olan miqrantlar üçün müəmmalı qalan alicənab bir jest kimi təqdim ediblər. Bəs müxtəlif mədəniyyət və ənənələrin vahid çoxmədəniyyətli məkanda birgə mövcudluğu ideyası həqiqətən də avropalıların ixtirasıdırmı? İslam aləmində müxtəlif dinlərə etiqad edən xalqların birgə yaşaması uzun əsrlər boyu təbii hal kimi qəbul edilib. Bəzi ölkələrdə bugünkü vəziyyət məhz deyildiyi kimidir.

    Misal üçün, doğma Azərbaycanı və ya müsəlman və xristianların dinc yaşadıqları və bir-biri ilə bütün sevinc və kədəri bölüşdükləri Misiri göstərək. Çoxmədəniyyətli cəmiyyətdə hər bir etnik, dini və ya mədəni qrup öz ənənələrini yaşatmaq və onları övladlarına ötürmək hüququna malikdir. Dövlət də onların bu hüquqlarını təmin edir və onlar arasında qarşılıqlı anlayış və münasibətlərin olması üçün hər cür şərait yaradır. Lakin Avropada çoxmədəniyyətliliyin özünəməxsus xüsusiyyətləri və zəif tərəfləri var idi.

    - Onlar hansılardır?

    - Əksər Avropa dövlətlərinin miqrantlara qarşı yürütdüyü siyasət uğursuzluqla nəticələnməli idi. Köhnə dünyada çoxmədəniyyətlilik tarixi köklərə malik deyildi və acınacaqlı demoqrafik vəziyyətlə şərtlənən məcburi qayda idi. Avropalılar miqrantlar hesabına səriştəsiz işçi qüvvəsi çatışmazlığını kompensasiya etməyi düşünür, lakin onları öz cəmiyyətlərinin bir parçasına çevirməyə çalışmırdılar. Əksinə, onlara (Angela Merkelin də bu yaxınlarda təsdiq etdiyi kimi) öz vətənlərinə qayıtmalı olan qastarbayterlər kimi baxırdılar. Miqrantların sosial yardım almalarına və şəxsi biznes açmaq imkanlarına malik olmalarına baxmayaraq, onlar, ümumiyyətlə, özlərini cəmiyyətin qalan hissəsindən təcrid edilmiş hiss edirdilər. Öz mənşələrini unutmaqda, ilk növbədə, onlara Avropanın sağçı siyasətçilərinin özləri mane olurdular. Son illər Avropada etnik və dini azlıqlar problemi son dərəcə kəskinləşib. Gözləmək olardı ki, avropalıları yalnız müsəlman ölkələrindən olan miqrantlar deyil, Çin və Asiya məhəllələrində baş verənlər də narahat edir. Amma son illərdə baş verənlər bunun əksini göstərir. İş burasındadır ki, əvvəllər sayca az olan türk və ərəb icmaları nəzərə çarpacaq dərəcədə böyüyüb və yaxın gələcəkdə real siyasi qüvvəyə çevrilə bilərlər. Avropalılar buna hazır deyillər. Onlar qəbul edə bilmirlər ki, müsəlman ölkələrindən gəlmələr parlamentə üzv seçiləcək və ya bələdiyyələrə başçılıq edəcəklər. Onlar gerilik və terrorizmlə əlaqələndirdikləri müsəlmanlara, onların dini və mədəni ənənələrinə dair mövhumatlardan əl çəkməyə hazır deyillər. Onların narazılıqları və qorxuları müsəlmanlar arasında ekstremist əhval-ruhiyyənin artması və mühacirlər arasında cinayətkarlıq və savadsızlıq səviyyəsinin yüksək olması ilə bağlıdır. Adətən insanlar belə halların səbəbləri haqqında düşünmürlər. Onları yalnız şəxsi mənafeləri və hökumətin onları mənfi nəticələrdən qoruyub-qorumayacağı maraqlandırır. Buna görə də bu gün etnik və mədəni azlıqların hüquqlarının məhdudlaşdırılması çağırışları həm avropalı siyasətçilər, həm də sadə vətəndaşlar arasında getdikcə daha çox tərəfdar qazanır.

    - Fikrinizcə, çoxmədəniyyətlilik ideyasından imtina etmək assimilyasiya siyasətinə birmənalı keçid deməkdir?

    - Bildiyiniz kimi, Avropa Birliyi ölkələrindəki yeni milli siyasətin hələ ki, dəqiq konturları yoxdur. Bu gün bizim əlimizdə yalnız Avropanın yüksək siyasi təbəqəsinin bir sıra nümayəndələrinin bəyanatları mövcuddur. Zənnimcə, bu gün onların yaranan vəziyyətdən çıxış yolu axtarmalarında qəribə heç nə yoxdur. Buna görə narahat olmaq lazım deyil. Lakin türk və ərəblərdən öz mədəni xüsusiyyətlərindən imtina etməyi tələb edən avropalılar anlamalıdırlar ki, onlar özləri də güzəştə getməli və miqrantlara cəmiyyətdə layiqli yer tutmaq imkanı verməli olacaqlar. Düşünürəm ki, belə bir kompromis üçün hələ kifayət qədər səbəb yoxdur. Məsələ yalnız yerli əhalinin narahatlığı və millətçi meyllərin artmasında da deyil. İctimai quruluş forması olan müasir demokratik dövlət ciddi dəyişikliklərin astanasındadır. Siyasi-maliyyə elitası bu gün xalqların taleyinə görə məsuliyyətdən o qədər azad olub ki, iyirmi il bundan əvvəl olduğu kimi, sosial proqramların maliyyələşdirilməsinə böyük vəsaitlər xərcləmək istəmir. Belə bir şəraitdə Avropanın gələcəyi bir çox halda siyasətçi və maliyyəçilərin öz iştahlarını azaltmağa hazır olub-olmamalarından asılıdır. Əks halda, Avropa demokratiyasını demokratik üsullarla müdafiə etmək çox çətin olacaq.

    - Necə düşünürsünüz, milli azlıqların və onların diasporalarının assimilyasiya siyasətinə reaksiyaları necə olacaq?

    - Çox şey həmin bu cəmiyyətlərin mühacirlərə nə təklif edəcəyindən və əvəzində onlardan nə tələb edəcəyindən asılıdır. Əgər avropalılar Avropa universalizmi ideyasından imtina etsələr və artıq neçə onilliklərdir ki, «əritmə qazanı» siyasətini həyata keçirən Birləşmiş Ştatların yolu ilə getsələr, düşünürəm ki, ciddi problemlər olmayacaq. Bu mənada olduqca vacibdir ki, siyasətçilər «qoca» Avropanın artıq əvvəlki qaydalar üzrə yaşa bilmədiyini və dəyişməli olduğunu etiraf etmək üçün özlərində güc tapsınlar. Bu, bir tərəfdən zamanın çağırışı, digər tərəfdən isə tarixi imkandır. Bəlkə də bütün dünyada milyardlarla insanı Avropaya cəlb edən həmin dəyərləri qoruyub saxlamaq üçün yeganə imkan. Əgər miqrantların Avropa ictimaiyyətinə inteqrasiyası ideyası düzgün qəbul edilib reallaşdırılmasa, yaxın onilliklərdə Köhnə Dünyanı ciddi etno-dini münaqişələr gözləyir.

    - Siz ona işarə edirsiniz ki, Avropanın gəlmə əhalisi yüksək sürətlə artır, yerli əhali isə nəzərə çarpacaq dərəcədə azalır?

    - Bəli, bunun səbəbi də yalnız bəzi sosioloqların tez-tez qeyd etdikləri kimi, avropalıların həyat səviyyəsinin yüksək olmasında deyil. Başlıca səbəb Avropa cəmiyyətinin ilkin əsaslarını sarsıdan fərdiyyətçilik və hedonizmdədir. Əvvəllər Qərb cəmiyyətini möhkəmləndirən xristian əxlaqı bu gün həzz almağa və şəxsi güzəranını yaxşılaşdırmağa meyl ilə əvəzlənib. Avropanın ənənəvi ailə institutu məhv olmaq üzrədir. Övlad dünyaya gətirmək istəməyənlərin sayı sürətlə artır. Onlar hesab edirlər ki, uşaqlar onların karyera yüksəlişinə və ya sadəcə həyatdan həzz almağa mane ola bilərlər. Qərbin ümumilikdə dinə qarşı siyasətini nəzərə alaraq, bu tendensiyaların yaxın zamanlarda dəyişəcəyini və ya ən azından zəifləyəcəyini düşünmürəm. Bu, mənəvi planda, nə mühacirlərə, nə də öz həmvətənlərinə, demək olar ki, heç nə təklif edə bilməyən müasir Qərb cəmiyyətinin ən böyük qüsurlarından birini açıb göstərir. Karikatura qalmaqalları, minarələrin tikintisinə, ictimai yerlərdə çarşabın örtülməsinə qoyulan qadağalar və s. öz mənbəyini buradan götürür.
    İslam dünyasında dünyəviləşdirmə prosesinə Avropadakından xeyli sonra başlanılıb və bir sıra obyektiv və subyektiv səbəblər üzündən ictimai şüurun dərin qatlarına nüfuz etməyib. Hətta əhalinin bir neçə onillik ərzində ateist təbliğatın təzyiqi altında olduğu postsovet məkanında müsəlmanlar ailə-məişət səviyyəsində dini ənənələrə riayət etməyə çalışırdılar. Buna görə də müsəlman ölkələrindən olan bir çox miqrantlar avtoritar rejimlərin istibdadından sonra nəfəs almağa başlayaraq, nəinki ənənələrə sadiqliyini qoruyub saxlayır, dinə öz vətənlərində olduğundan daha çox bağlanırlar. Bununla yanaşı, islam və müsəlmanların həyat tərzi ilə tanış olmaq imkanı əldə edərək, bu dini qəbul edən yerli avropalıların sayı da artmaqdadır. Bütün bu amillər birlikdə Avropa ölkələrinin dini palitrasında islamın xüsusi çəkisinin artmasına səbəb olur. Bu onun gələcəkdə ictimai-siyasi həyatda nəzərəçarpan amilə çevriləcəyini də vəd edir. Avropalı siyasətçilərin doğma divarlar arasında bu cür proseslərə nəzarət etməyə nə istəkləri, nə də təcrübələri yoxdur. Olduqca təbiidir ki, onlar buna mane olmağa və öz özünəməxsusluğunu qoruyub saxlamağa çalışırlar.

    - Necə düşünürsünüz, milli siyasət vektorunun dəyişməsi Avropa Birliyinin müsəlman ölkələri ilə münasibətlərinə təsir göstərəcəkmi?

    - Zənnimcə, Avropa Birliyi xarici siyasətinin əsas istiqaməti dəyişməz olaraq qalacaq. Onlar milli maraqlarını qoruyacaq və islam dünyasında demokratik dəyişiklikləri dəstəkləyəcəklər. Lakin istisna etmirəm ki, vaxtaşırı müəyyən mübahisələr də yaranacaq. Yadımdadır ki, ötən ilin sonunda Türkiyə və Avstriya münasibətlərində diplomatik qalmaqal baş verdi. Buna Türkiyə səfirinin bəyanatı səbəb olmuşdu. O bildirmişdi ki, Avstriya hökuməti türk gettoları yaratmış və miqrantların Avstriya cəmiyyətinə inteqrasiya etməsinə hər vasitə ilə mane olmağa çalışır. Digər tərəfdən, Avropa və islam dünyası arasındakı münasibətlər Şimali Afrika və Yaxın Şərq ölkələrində baş verən dəyişikliklərdən də asılı olacaq. Almaniya, Böyük Britaniya və Fransa dövlət başçılarının bəyanatlarını göstərilən istiqamətdə nəzərdən keçirmək mümkündür. Ola bilsin ki, müsəlman ölkələrindəki siyasi dəyişikliklər onların iqtisadiyyatlarının yaxşılaşmasına səbəb olacaq ki, bu da öz növbəsində Avropaya mühacirətin azalmasına gətirib çıxaracaq. Bəlkə də mədəni assimilyasiya siyasəti effektiv olacaq və Avropa ölkələrində sosial gərginliyin səviyyəsini aşağı salacaq. Yaxud da bunun əksi baş verəcək – artan miqrant axını mövcud problemləri yalnız kəskinləşdirəcək. Lakin bütün bunlar yalnız gözə çarpan problemlərdir. Texnoloji və hərbi cəhətdən ən çox inkişaf etmiş Qərb sivilizasiyası dərin mənəvi böhran yaşayır. Texnoloji və iqtisadi üstünlüyündən istifadə edən Qərb qalan dünyaya öz həyat və dünyagörüşü standartlarını qəbul etdirməyə çalışır. Bu, inkişaf etməkdə olan və digər ölkələrdə, ilk növbədə, islam dünyasında cavab reaksiyasına səbəb olur. Bunun nəticəsində Qərblə qalan dünya arasındakı texnoloji uçuruma mədəni uçurum da əlavə olunur. Buna görə də Qərblə qalan dünya arasındakı qarşılıqlı münasibətlərdə yaranan problemlərin sırf siyasi həlli yoxdur. Onlar daha dərində yerləşir və cəmiyyətlərimizin sosial-mədəni əsaslarına toxunurlar. Fikrimcə, siyasətçilər dünyanın irqçilik və əxlaqsızlıq üzərində dayanmadığını nə qədər tez anlasalar, ikili standartlardan nə qədər tez imtina etsələr və tarix qarşısındakı məsuliyyətlərini dərk etsələr, ümumdünya xaosun yeganə nativi olan qlobal şüuru yaymaq da o qədər asan olar.


    Müsahibəni apardı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 834
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30