Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Araz” FM efirdədir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan teleradio məkanında yeni radionun - “Araz” FM radiosunun açılış mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən radionun baş redaktoru Vüsalə Kərimova bildirib ki, FM 103.3 dalğasında yerləşən radio əsasən Azərbaycanda və dünyada baş verən xəbərlərin dinləyicilərə çatdırılmasına üstünlük verəcək. Onun sözlərinə görə, radioda gün ərzində hər saatın tamamında “Azad xəbər” başlığı altında qısa xəbərlər efirə çıxacaq və 18:30-da isə daha geniş formatda xəbərlər proqramı dinləyicilərə təqdim olunacaq. “Bundan başqa, səhərlər “Sabahın xeyir” proqramı, günortalar sürücülər üçün “Yolda ikən...”, eləcə də “O olmasın, bu olsun”, “Yurdum” və s. bu kimi proqramlar efirdə olacaq”-deyə V.Kərimova vurğulayıb. Baş redaktor onu da qeyd edib ki, radionun www.araz.fm adında internet səhifəsi də fəaliyyətdədir.

    Radionun baş direktoru Eldar Fətəliyev bildirib ki, hazırda “Araz” radiosu Bakıda və Abşeron yarımadasında yayımlanır. “Lakin yaxın gələcəkdə biz bütün respublika üzrə yayımlanmağı planlaşdırmışıq. Eyni zamanda, biz əlimizdə olan texniki imkanları nəzərə alıb gələcəkdə dünya ölkələrinə çıxışı da nəzərə almışıq”-deyə E.Fətəliyev vurğulayıb. Tədbirdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda son illər radio və televiziyaların sayı artmaqdadır. O qeyd edib ki, “Araz” radiosu ölkədə fəaliyyət göstərən sayca 12-ci radiodur. “Bu radioların hədəfi ən azı bütün ölkə üzrə yayımlanmaqdır. “Araz”ın eyni zamanda hədəflərindən biri öz verilişlərində Azərbaycana xas milli- mənəvi dəyərlərin dinləyicilərə aşılanmasıdır. Məhz bu meyarlara görə biz radioya lisenziya vermişik”-deyə N.Məhərrəmli bildirib. “Araz” radiosunun 1964-cü ildə yaradılan “Araz”ın irsini daşıdığını deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov bunun radio üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. “Mən hesab edirəm ki, məhz bu ənənəyə görə “Araz” nəinki ölkə çərçivəsində, bütün dünyada yaşayan azərbaycanlıların radiosuna çevriləcək”-deyə MŞ sədri vurğulayıb. Tədbirdə MTRŞ-nin üzvü Sona Vəliyeva, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli də iştirak ediblər. Mərasim radionun internet səhifəsinin nümayişi ilə davam olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 439
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30