Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmar Məmmədyarov Meksika Konqresində və Senatda bir sıra görüşlər keçirib (FOTO)
    Xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya səfərinin ikinci günü Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və Palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşüb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş Parlament Televiziyası vasitəsi ilə canlı yayımlanıb. Meksika Konqresinin deputatları Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməlinin vacibliyini bildiriblər.

    Görüş zamanı nazir E.Məmmədyarov Meksikaya səfəri çərçivəsində keçirilmiş görüşlərdən söz açaraq, Azərbaycanın xarici siyasətinin prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslər haqda ətraflı məlumat verib, habelə Meksika ilə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs edib. E.Məmmədyarov Meksika parlamentarların, həmçinin Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün olduğunu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib. Parlamentlərarası dostluq qrupunun üzvləri münaqişənin tezliklə həll edilməsinin vacibliyini qeyd edərək, münaqişənin nizamlanması zamanı Azərbaycanın suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmətlə yanaşmanın zəruriliyini vurğulayıblar. E.Məmmədyarov Meksika Senatının dəvəti ilə Senatorlarla birgə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda Dəyirmi masa görüşündə iştirak edib. Meksika Konqresinin Senatorları, ilk dəfə Meksikada səfərdə olan Azərbaycan Xarici İşlər Nazirini salamlayaraq, ölkələrimiz arasında parlamentlərarası münasibətlərə Meksika Senatı tərəfindən mühüm əhəmiyyət verildiyini bildiriblər. Görüş zamanı, iki ölkə arasında təhsil və mədəniyyət, ticarət, iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilmiş, xüsusən enerji sektorunda mövcud olan əhəmiyyətli potensiala uyğun əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov, Meksika Senatorlarına Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda məlumat verərək, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin vacibliyini vurğulayıb. Görüş iştirakçıları, dəyişən dünyada parlament diplomatiyasının mühüm əhəmiyyət kəsb etdiyi barədə eyni mövqedən çıxış edərək, ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Senatorlarla görüş çərçivəsində, nazir E.Məmmədyarov Senatın gündəlik plenar sessiyasının işində iştirak edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 659
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30