Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib
    Cari ilin prezident İlham Əliyev tərəfindən “Turizm İli” elan edilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nzirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayev 2011-ci ilin Turizm İli elan olunması və Azərbaycanın Prezidenti tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalanması, eyni zamanda bu məsələnin Hökumətin siyasətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İclasda Ə.Qarayev 7-9 aprel 2011-ci il tarixdə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib. Cari ilin 28-30 aprel tarixlərində Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub. Nazir 17-19 may 2011-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və Sammit çərçivəsində ÜTT-nın Baş Katibi ilə görüşməkdən məmnun olacağını bildirib.

    ÜTT-nın əməkdaşı BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası haqqında məlumat verərək, İcraiyyə Şurasının üzvü olmaq üçün Avropa regionundan namizədliklərin təqdim edildiyi və Azərbaycanın arzu edəcəyi təqdirdə də namizədliklə bağlı müraciət edə biləcəyini bildirib. ÜTT-nın Avropa üzrə Regional Direktor müavini xanım Kodrula Vohlmuther ÜTT-nin özü tərəfindən hərtərəfli olaraq dəstəklənən, regional əməkdaşlığın təşviqi, turizmin və turizm məhsulu istehsalının inkişafına töhvə verə biləcək Xəzər Dənizi Regionunda Kruiz Turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib. Ə.Qarayev beynəlxalq səviyyədə Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında məlumat verib, bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu bildirib. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdırılıb, Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakı ilə bağlı nəzarətin gücləndirilməsi məqsədilə BMT qətnamələrinin həyata keçirilməsində ÜTT-nin dəstəyinə ehtiyac olduğu bildirilib. Görüşlərdə nazir Avstriya ilə birgə əməkdaşlıq nəticəsində Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanması və maraqlı olduqları təqdirdə BMT ÜTT-nin layihənin hazırlanmasına cəlb olunmaq imkanının olduğunu bildirib. ÜTT-nin əməkdaşı xanım Alla Peressolova İpək Yolu tədbirlərindən söhbət açaraq, Ə.Qarayevi cari ilin noyabr ayında Londonda keçiriləcək 5-ci nazirlər sammitinə dəvət edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 686
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30