Yaponiyada 7.9 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi gözlənilir
Bu gün səhər Yaponiyada 7.9 bal gücündə zəlzələ olub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, təkanlar Yaponiyanın paytaxtı Tokioda hiss olunub. Yaponiyanı hazırda daha böyük təhlükə gözləyir.
Mütəxəssislər miyaqi prefekturasında 6 metr, İvate prefekturasında isə 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayıblar. Bundan başqa Fukusima prefekturasında da sunami gözlənilir. Sakinlərdən sunami təhlükəsi ilə əlaqədar sahil bölgələrini təcili tərk etmələri tələb olunub.