Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərinin təltifolunma mərasimi keçiriləcək
Sabah Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı qaliblərinin təltifolunma mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Qeyd edək ki, “Zirvə” mükafatı 2007-ci ildə təsis olunub. Mükafat milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir.