Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Lənkəranın epiqrafiq abidələri
    Azərbaycanın  ümumiyyətlə cənub rayonları, o cümlədən Lənkəran rayonu erkən epiqrafik abidələrlə zəngin olmasa da, burada IX-XII əsr abidələrinə də rast gəlinir. Azərbaycanda ərəbdilli epiqrafik abidələrin IX-X əsrlərdən yarandığını nəzərə alsaq bu bölgədə, Lənkəran rayonunda da onların tarixi mənbə kimi mühüm rol oynadıqlarını qeyd etmək olar .
    Qeyd etdiyimiz abidələrdə adətən onun tarixi, ustanın və sifarişçinin adı, kimin dövründə tikildiyi və.s. məlumatlar olur. Bəzən kitabələrdə tarix olmadıqda belə yazı növünün işlədilməsi dövrünə görə abidənin təxmini tarixini söyləmək olur.  Bu cəhətdən epiqrafik abidələrin bir yerli mənbə kimi əhəmiyyəti daha da artır.

    Lənkəran rayonunda epiqrafik səfərdə olduğum vaxt, əvvəlcə Lənkəran Diyarşünaslıq Muzeyində nümayiş etdirilən epiqrafik abidələri tədqiq etdim. 1. Onlardan ən qədim kufi xətlə «əl-asamə» yazılmış baş daşıdır: a) Ərəb dilində olan «əsamə» feli «saxlamaq», «tutmaq», «hifz etmək» mənalarını verir. Kitabələrdə adətən bu felin müəyyənlikdə olan isim forması (əl-əsamə) işlədilir. Bu sözün xatirə abidələri üzərində yazılması isə yəqin ki, mərhumun cəhənnəm əzabından hifz olunması Allahdan rica olunur. Belə xatirə abidələrinə Azərbaycanın digər bölgələrində də rast gəlinir. b) Tarixi cəhətdən ikinci kitabənin Şirməmmədin baş daşını hesab etmək olar. İnsan heykəlinə oxşayan bu baş daşının üzərindəki kitabənin tarixi olmasa da onu poleoqrafik xüsüsiyyətlərinə görə,  XV-XVI əsrlərə aid etmək olar. Kitabədə «Bu Şirməmmədin qəbridir» sözləri yazılmışdır. v) Qoşa pələng şəkilli kitabədə 1300-1883-cü il həkk olunub (Şəkil ¹3). q) Qasirin qazanı üzərindəki kitabə. Muzeydə nümayiş etdirilən eksponatlardan biri də XIX əsrdə Lənkəran şəhərində fəaliyyət göstərən yeni tipli-üsuli cədid «Behcət məktədi»nin əsasını qoyan, öz dövrünün şairi və görkəmli xadimi olmuş Mirzə İsmayıl Qasirin qazanıdır. Qazanın üzərindəki kitabədə yazılmışdır (Şəkil ¹ 4):  «Sahibi Mirzə İsmayıl bin Qasirdir 1301-ci il. (h.1301-m.1884). d) Üzərində «Şire Xorşid» həkk olunmuş kitabə isə yuxarıda haqqında qeyd etdiyimiz Lənkəran şəhərində fəaliyyət göstərmiş «Behcət məktəbi»nin üzərində olmuşdur. Kitabənin ortasındakı yazı Quran ayəsidir (şəkil ¹ 5): «Və de: İlahi məni xeyir-bərəkətli bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan. 23-29
    Kitabənin künclərində: Hacı İbrahim binası.  Onu 1317-ildə Sabi əl-Bətulə yazdı.(h.1317=m.1900).
    Sabi yuxarıda adını qeyd etdiyimiz şair Qasirin oğludur. c) Mir Əsgər Talışinin evinin kitabəsi: Bismi-l-Ləhi-r- rahməni-r-Rahim. Muhəmməd, Əli, Fatimə və Həsən, Hüseyn. 
    Sahibi Mir Əsgər ibn Mir Həsənxan Talışidir. z) Qoçdaş xatirə abidəsi: H.45,uz. 65 sm. olan bu xatirə abidəsinin yan tərəfində ibriq, nəleyn, kuzə, ox-kaman, xəncər, qılınc və başqa silahlar həkk edilmişdir. Lakin bu bölgədəki əksər qoçdaşlara xas olan xüsusiyyət bu qoçdaşa da aiddir. Bu qoçdaş üzərində də kitabə yoxdur. 2. Lənkəran, Kiçik bazar məscidinin kitabələri. a) Məsçidin fasadında pəncərələrin arasındakı kitabə (80x30 smm2)
    Məsçidin təmiri mehriban şəxslərin bağışladığı malla (pulla) oldu.
    Kitabənin mətnindən göründüyü kimi, orada tarix yoxdur. Ancaq onun əvvəlində «tarix» yazılmışdır. Ola bilsin ki, xəttat hansı hesablama iləsə sözlərlə məsçidin tikilmə tarixini vermək istəmişdir.
    Lənkəran məhəllə məsçidinin təmir tarixi 1322-ci ildir (h.1322=m.1905) b) Məsçidin iki taxta qapısı vardır, sağ qapısı ornamentli olsa da, kitabəsi yoxdur. Sol qapısı isə ornamentlə yanaşı büsbütün kitabə ilə bəzədilmişdir. Qapının yuxarısında Allah, ondan aşağıda isə Bismil - lahi - r - Rəhman - r - Rəhim yazılmışdır.
    Xonçalarda: «Kim Allahın məsçidlərini tiksə, Allaha və axirət gününə iman gətirsə … Quran 9-18»
    Ömür sərf edib, ruzigarın bu nəqşini etdim ki, bu iş əsrlərlə məndən yadigar qalsın. Məhəmmədhəsən.
    Xəttat bu kitabəni də şer kimi yazmışdır.
    Xonçaların birində Həzrət Peyğəmbərin (s) İmam Əli (ə) haqqında dediyi məşhur kəlamlardan biridir (Şəkil ¹10). Peyğəmbər «Allah duası ona və tərəfdarlarına olsun» demişdir:  «Mən elm şəhəriyəm, Əli (ə) isə onun qapısıdır.»
    O biri xonçada: Məsçidin təmir olunma tarixi və qapının düzəldilməsi tarixi 1323-cü ldir. Qapını Mirəli Zülfüqar düzəltmişdir. Məhəmmədhəsənin işidir. (1323=m.1906).
    Kitabəni yazan Məhəmmədhəsən onu şer kimi vermək istəyərək «beşümar» və «Zülfüqar» sözlərinin qafiyələrini uyğunlaşdırmışdır.
    Allahdan başqa məbud yoxdur, Məhəmməd Allahın rəsuludur (elçisidir), Əli Allahın vəlisidir. Fatimə, Həsən, Hüseyn.
    Qapı üzərindəki ən maraqlı kitabə isə hər iki lay üzəindəki xonçalarda Həzrət Əli (ə) və onun qılıncı - zülfüqar haqqında deyilmiş ibarənin həndəsi motivlərlə və müəkkəs şəkildə, yəqin ki, zülfüqarın formasından istifadə edilərək yazılmasıdır: «Əli kimi oğul, Zülfüqar kimi qılınc yoxdur.
    İlk baxışda həndəsi formaya oxşayan kitabəni çox çətinliklə ayırmaq olur. İbarə isə İmam Əli (ə) haqqında deyilmiş kəlamlardan ən geniş yayılmışdır. Bu ibarəyə uyğunlaşdırılmış həmqafiyə başqa misralar da vardır. 3. Boladi kəndi, köhnə məsçidin tikilmə tarixi olan kitabə /23 x13 sm/. a) Allah, Məhəmməd, Əli 1134 /h.1134=m.1721/. b) Qapı üzərindəki kitabə /35x150 sm/. 1325 Usta Qulaməli ibn Məhəmmədəli Lənkəraninin işidir. /1325=m.1908/.
    Göründüyü kimi məsçidin özünün tikilmə tarixi qapının tarixindən təxminən iki əsr qədimdir. Deməli, qapı təzə düzəldilmişdir. Qeyd etmək lazımdır ki, usta Qulaməli öz dövrünün bu bölgədə məşhur sənətkarı olub. Üzərində onun adı qalmış taxta qapı işlərinə bir neçə yerdə rast gəlmişik. 4. Xolmili kənd məsçidi. 5. Kitabxana kimi istifadə olunan məsçidin böyük binasının üzərindəki kitabə /43x30 sm./ Bismi-l-ləhi-r-Rəhmani-r-Rahim. Kim Allahın məsçidlərini tiksə və Allaha iman gətirsə. 1324 /h.1324=m.1907/, Quran, 9-18-ci ayənin əvvəli. 6. Məsçidin kiçik binasının üzərindəki kitabə /40x35 sm/: Bismi-l-ləhi-r-Rəhmani-r-Rahim… 1327 /h.1327=m.1910/.
    Kitabəə çox qarışıq yazıldığına görə onu hələ oxuya bilməmişik. 7. Şıxəkərən kəndi, Şeyx Zahid türbəsi.
    Şeyx Zahid Gilani 1225-ci ildə Lənkəranın Siyavurd (indiki Siyəvər) kəndində doğulub. Dövrünün görkəmli alimi olub, bir neçə dil bilib. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olub. Şirvanşah III Axsitan Axsitan əvvəl Şeyx Zahidə çox hörmət edib. Sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından qorxub, onun imkanlarını məhdudlaşdırmağa başlayıb.
    Şeyx Zahid həm də öz dövrünün ictimai xadimləri ilə əlaqə saxlayırdı. Onun Qazanxan, Şəmsəddin Cüveyn və başqaları ilə görüşməsi buna misaldır. Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat edib və Siyavurdda dəfn edilib. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürüb. O vaxtdan da alimə hörmət əlaməti olaraq Hiləkəran  Şıxəkəran adlanmağa başlayıb. Səfəvi hökmdarları Lənkərana gələndə hökmən Şeyx Zahidin məqbərəsini ziyarət edərdilər.
    Türbədə Şeyx Zahidin adına başdaşı yoxdur. İ.Əzimbəyovun qeyd etdiyi kimi onun qəbrinin üstü taxta yeşiklə ötürülüb. Məqbərədə bir neçə baş daşı vardır. (3) a) Mir İsmayılın baş daşı. Bu məqbərə mərhum, dövlət himayəli (seyyidlərin pənahı) Mir İsmayılındır. 1053-cü il tarixdə. /1053=m1603/.
    Mir İsmayıl Şeyx Zahid və Şeyx Səfiəddinin müridlərindəndir.
    Qeyd etmək lazımdır ki, xəttat vəfat tarixinin üslubunu düz yazamamışdır.
    Şıxəkəran qəbristanlığındakı Abşeron əhəng daşından düzəldilmiş üç başdaşı da qalmışdır. Birinci baş daşının üz tərəfindəki kitabə ovulub tökülüb, arxa tərəfində nəfis ornamentlər vardır.
    İkinci baş daşının üz tərəfi ovulub. Arxa tərəfində butalar və başqa ornamentlərə əsasən daşı XVI-XVII əsrlərə aid etmək olar. Abidə üzərində nəleyn, ibriq, gülabdan (təmizlik əlaməti), sırğa, üzük və başqa bəzək şeyləri təsvir olunub. Orta əsr abidələrində qadın baş daşlarında sırğa, üzük, sürmədan, güzgü, bilərzik, kişi başdaşlarında isə at, yaraq, ov səhnələri, ibriq, canamaz, təsbih təsvirlərinə tez-tez rast gəlinir.
    Mərhumun adı pozulmuş baş daşının arxasında fars dilində rübailər yazılmışdır: Ey can, sənin çıxmağın yaxşı olsun Həmsöhbətin cənnət məlakəsi olsun Qiyamət gününə qədər sənə mərhəmət olsun Qəbr vəhşətində munislə həmaşlı olsun Mənim dünyadan gözüm doymayıb Ruzigarın zülmündən cəfalar çəkmişəm Ya rəbb, öz lütfünlə… …ki, bu ölüm zəhərini cavanlıqda dadmışam.
    8. Lənkəran şəhəri, böyük bazar məhəlləsinin qəbristanlığı.
    Buradan xəttinin gözəlliyi ilə fərqlənən və tarixi cəhətdən dəyərli olan bir neçə baş daşının estampını götürmüşük: a) Məşədi Şirəlibəyin əhəng daşından çatmatağlı şəkildə düzəldilmiş, nəsx xətli kitabəsi olan baş daşı.
    Ya Allah, ya Məhəmməd, ya Əli
    Hacı Fətəli oğlu Məşədi Şirəlibəyin vəfatı tarixi ramazan ayının 5-i 1319-cu ildir, təvəllüdü ramazan ayı 1288-ci ildir /h.1288=m.1871.h.1319=m.1902/. Kitabəni yazan «tarix» sözünü iki dəfə yazıb. b). Kərbəlayi İmamverdinin baş daşı:
    Bu qəbir İmamqulu ağa oğlu mərhum Kərbəlai İmamverdinindir. 1227-ci il tarixdə /h.1227=m.1812/. v) Əbdüləhədin baş daşı əhəng daşından çatma tağlı formasında düzəldilib, ornamentlidir: «Ey bağışlayan (Allah), ey şükrü qəbul edən (Allah)… Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn.
    Bu qəbir mərhum, yüksək Allahın rəhmi ilə bağışlanmış Əbdüləhəd ibn Abdullahdır. Məhərrəmu-l-haram ayı, 1207 /h.1207=m.1792/. q) Mir Bağırın baş daşı da əhəng daşından çatma tağlı formada düzəldilib: 1206 o, (Allah) əbədidir. Onun (Allahın) sifətindən başqa hər şey öləndir. İlahi, Məhəmməd və al Məhəmmədə dua et. Bu qəbir Məlik bəy əl-Hüseyni oğlu mərhum, bağışlanmış Mir Bağırındır. 9. Viyən kəndi.
    Məsçid üzərində kitabə haşiyəlidir. Haşiyədə kitabə vardır. Aşağı hissəsi altı dördbucaqlıya bölünüb, onlarda da yazı vardır.
    Ortada: «Bismi-l-ləhi-r-Rəhmani-r-Rahim. Allahın məsçidlərini yalınz Allaha nə qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə (tikə) bilərlər. (Yalnız onların əməlləri allahın dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapanlardan ola bilərlər. (Ey müşriklər), məgər siz hacılara su verməyi və Məscidu-l-haramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib, Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Allah yolunda malları və canları ilə vuruşanlara Allah yanında ən yüksək dərəcələr göstərir. Onlar xeyrə qovuşanlar, nicat tapanlardır. Rəbbi onları özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə mücdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat həqiqətən Allah yanındadır.»
    Haşiyədə: Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn, Əli, Məhəmməd, Cəfər, Əli, Musa, Əli 1331 Məhəmməd, Əli, Həsən. Rabiu-s-səni ayının 2-ci 1331-ci ildə yazıldı. Ağa Mir Məhəmmədin işidir /h.Rabiu-s-səni ayının 2-ci 1331=m. II mart 1913-cü il/. Burada da xəttat tarixi (1331) iki dəfə yazıb. Dördbucaqlıda:
    (Tikintinin) tarixinin məlum olmasını (istəsən) o, 1331-ci ildir.
    Mehrabı tikən və xəttat Məhəmməd ibn Əcdərdir.
    Onu (kitabəni) Cəlal əl-Musa oğlu Məhəmməd-əl-Musa yazdı. Bütöv kitabənin xəttatı Məhəmməd-əl-Musadırsa, deməli Əcdər ibn Məhəmməd ancaq mehrabın kitabəsini yazıb. 10. Səpnəkəran kənd məsçidi
    Məsçidin qadınlar üçün tikilmiş locasının üzərində tuşla yazılmışdır:
    «Məsçidi tikənlər… oğlu Murtaza və Abdulla oğlu Şəbandır. Ustalardan biri Murtazanın atasının adı pozulub, oxunmur.
    Lənkəran rayonunun kəndlərində kitabəsiz məsçidlər çoxdur. Kitabələr ya yazılmamış, ya da İslam dini təqib olunan vaxtlar onlar məhv edilmişdir, biz onları siyahıya salmamışıq. İstifadə olunmuş ədəbiyyat 1. S.Onullahi. Müqəddəslər kimlərdir? «Sovet kəndi» qəzeti, 6 sentyabr 1988, ¹ 108.
    2. İ.Azimbekov. Drevnosti Lenkoranskoqo kraya. İzv. Azkomistarisa, vış. II, Baku, 1926 q. str 60-70.
    3. M.S.Nemətova. Azərbaycanın cənub rayonları ərazisindəki epiqrafiq abidələr haqqında. Azərb. SSR EA Xəbərləri, İc. elm. ser, ¹2, səh 17-22. 
    4. Qurani-Kərim.
    Hacı Əmmar ABBASOV
    tarix elmləri namizədi

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1276
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30