Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bütün Qafqazın Şeyxi dünya dini liderlərinə səsləndi
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə müraciətdə deyilir: “Milyonlarla Azərbaycan müsəlmanının iradə və hisslərini ifadə edərək, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə üz tuturam. Əminəm ki, cahanda elə bir xalq, elə bir din, elə bir sağlam düşüncəli şəxs ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz, qəsd kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin. Ona görə də, ümid edirəm ki, mənim müraciətim insanların qəlbində ən ülvi hissləri riqqətə gətirəcək, yaşadıqları həyat üçün üzərlərinə düşən məsuliyyət hissini gücləndirəcək.

    Narahat dünyamızın ən ağrılı yaralarından biri qədim tarixə malik Azərbaycan xalqının XX əsr ərzində başına gətirilən müsibətlərdir. Bəşəriyyət insan sifətini itirmiş qatilləri həmişə lənətləmiş, insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamışdır. Lakin təəssüflə qeyd olunmalıdır ki, Qafqazın qanlı terror qurbanı - Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu misli görünməmiş soyqırım faktı dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməmiş, layiqli siyasi qiymətini almamışdır. Biz bir daha dünya ictimaiyyətinə xatırlatmaq istərdik ki, 19 il bundan əvvəl 26 fevral tarixində Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisi amansız basqına məruz qalmış, yüzlərlə insan qətlə yetirilmiş, qadınlara, qocalara, uşaqlara belə rəhm olunmamış, meyidlərin üstündə eybəcər, təhqiramiz həqarətlər edilmişdir. Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərə biganəlik terrorizmi ruhlandırmaq kimi qiymətləndirilməlidir. Ermənistan qəsbkarları öz təcavüzkarlıq planlarını genişləndirərək Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, minlərlə dinc əhalini girov aparmış, qəsb etdiyi torpaqlarda yaşayış məntəqələrini, məscid və qəbirstanlıqları xarabalığa çevirmiş, bütün maddi və mənəvi abidələri məhv etmişlər. Erməni ekstremistləri elədikləri cinayətlərə görə hələ də cəza almamış, məsuliyyətə cəlb olunmayıblar. BMT-nin Azərbaycan torpaqlarının işğalına dair qəbul etdiyi qətnamələrdə erməni qoşunlarının qəsb olunmuş ərazilərdən çıxarılması tələbinin öz əksini tapmasına baxmayaraq, Ermənistan hələ də təcavüzkar siyasətindən əl çəkmək istəmir. Beynəlxalq birlik BMT qətnamələrinin, hüquqi prinsip və normaların mahiyyətinə uyğun olaraq, malik olduğu mexanizmlərdən istifadə etməklə qeyri-qanuni vəziyyətə son qoymalı, Ermənistanı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə hörmət etməyə vadar etməlidir. Öz cəzasızlığından ilhamlanan Ermənistan hər an atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir. Xocalı şəhərinin yer üzündən silinməsi, bir milyon azərbaycanlının doğma torpaqlardan sürgün edilməsi, varidatının talan olunması, qədim abidələrinin dağıdılması, tarixinə sahib çıxılması…. Bunun yalnız bir adı var – soyqırım və bunu bütün dünya etiraf etməlidir. Biz bu hüznlü günün növbəti ildönümündə bir daha bütün dünya ictimaiyyətinə müraciət edərək Azərbaycan xalqının faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş faciəni əsl soyqırım kimi qiymətləndirərək prinsipial hüquqi və siyasi qiymət verməyə, Qarabağ münaqişəsinin ədalətli həlində bizə dəstək olmağa, haqq səsimizə səs verməyə çağırırıq. Qoy Rəbbimiz doğrunu yanlışdan seçməkdə bizlərə yardımçı olsun və üstümüzdən mərhəmətini əsirgəməsin! AMİN!”

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 503
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30