Bu il MAQATE Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan edəcək
Bu il Beynalxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.
A.Qəribov qeyd edib ki, gələn il isə Sterilizasiya qurğusu ölkəmizə gətiriləcək.
Onun sözlərinə görə, qurğunun işə salınması isə 2013-2014-cü illərdə mümkün olacaq.