Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Haqq və batil
    İslam dini bizə ən gözəl əxlaqi dəyərlər bəxş edib. Allah-Təala bəziləri istisna olmaqla, yaratdığı əksər nemətləri insan üçün halal buyurub. Bütün bunların müqabilində isə biz insanlardan sadəcə və sadəcə ŞÜKÜR gözləyir. Yəni bizlər – çiy südlə qidalanmışlar nail olduğumuz və olmaq istədiklərimizin müqabilində yalnız Ona ŞÜKÜR borcluyuq. Çox təəssüf ki, bu ŞÜKÜRüdə Ona layiq şəkildə etmirik.
    Bəşər övladının bir-birinə zidd olan HAQQ və BATİL məhfumları ilə rabitəsi var. İnsanın yaşadığı həyatı boyu bu iki məfhumdan qaçması imkansızdır.

    Bu və ya digər hallarda Adəm övladı bilərəkdən və yaxud da bilməyərəkdən BATİLi himayə edir. Təbii ki, bu, hər bir insan, xüsusəndə müsəlman üçün arzu olunan hal deyil. Amman ə yazıq ki, həyatda qarşılaşdığımız bəzi ədalətsizliklər bizləri BATİLi işlər görməyə sövq edir. Və yaxud da bizlər kimə və nəyəsə uyaraq BATİL işlərin müəllifinə çevrilirik.
    Allah-Təala «Qurani-Kərimdə» buyurur: «(Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (HAQDAN) döndərilirlər.» («əl-Mumin» surəsi, 69-cu ayə)
    İnsan HAQQı BATİLdən necə ayırmalıdır. Bu sualın cavabı çoxdan verilib. İstər «Qurani-Kərim»də, istərsə də hədislərdə bu məsələ ilə bağlı kifayət qədər məlumat var. Daha doğrusu HAQQı BATİLdən ayırmağın yolları göstərilib. Nədir HAQQ? Biz insanlar HAQQ deyəndə nəyi başa düşürük? HAQQı dərk və ona əməl etməkdən ötrü nələri etməliyik? HAQQ bizdən uzaqdır, yoxsa biz HAQQdan?
    HAQQ insanın dilində, əməlində, davranışlarında və ümumiyyətlə nə ilə əlaqəlidirsə ondadır. BATİL də həmçinin. Bunların bir xeyir, digəri isə şərdir.
    Əgər insan HAQQı himayə etsə əbədi səadətə qovuşanlardan olar. Bununla da Böyük Yaradan onun axirətini Cənnətlə mücdələndirər. O Cənnət ki, hər bir insanın ən çox arzuladığı əbədiyyət məskənidir. Allah-Təala «Qurani-Kərimi»də buyurur: «O zaman ki, boyunlarından halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər,
    Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar,
    Sonra da onlara belə deyiləcəkdir: «Haradadır şərik qoşub ibadət etdikləriniz.» («əl-Mumin» surəsi, 71-73-cü ayələri)
    Ümummiyyətlə həqiqət olan şey HAQQdır. Həqiqətdən və ədalətdən kənar olan nəsnədə HAQQ axtarmaq əbəsdir. HAQQ bizim görən gözümüz, düşünən beynimiz səviyyəsində başa düşülən fəlsəfi anlayışdır. HAQQın fəlsəfəsi həqiqətin reallığa çevrildiyi andır.
    HAQQı insan əməlinin fonunda daha tez müşahidə etmək mümkündür. Batili də həmçinin…
    İnsan HAQQ və BATİLin hərəkət istiqamətinin öz istədiyi kimi təyin etməyə çalışır. Əslində bu düzgün niyyət deyil. Digər tərəfdən insanın HAQQ və BATİLin hərəkət istiqamətini müəyyənləşdirmək cəhdləri təhlükəli bir tendensiyadır.
    Yəni insan HAQQda ola-ola onun hərəkət istiqamətini dəyişib BATİLə meyillənirsə, (həm də bilərəkdən) deməli, onun əqidəsi zəifdir. Əksinə, o BATİL işlərdən canını qurtarıb HAQQ işlərə pənah aparmalıdır. Görəsən çox zaman nəfsi istəklərinin girovuna çevrilən insan övladı bunu bacarırmı? Təəssüf ki, çox zaman bunu bacarmırıq.
    Tarixdə bir çox şərəfli insanlar öz mütləq varlıqlarını əldən veriblər. Onlar HAQQı axtara-axtara bir ömür əzab-əziyyət, xoşagəlməz hadisələr içində yaşayıblar. HAQQı arzulayıblar. Ona çatmaq, onu yaşamaq istəyiblər. Çünki HAQQ mütləqdir və insanın mənəvi həyatının gövhəridir. Yenə də təəssüf edək ki, insanların maddi həyatı üçün lazımi vasitələrin olmasına baxmayaraq, HAQQın simasını qaraldıblar. Fikrimizi daha aydın ifadə etsək, HAQQla BATİLin sərhəddini düzgün müəyyən etməyiblər.
    HAQQdan BATİLə qədər uzun bir bir məsafə var. Bu məsafəni qət etmək çox zordur. BATİL işlərdən çəkinmək üçün HAQQa doğru getmək lazımdır. Bunun üçün də bütün mövcud çətinlikləri dəf etmək lazım gəlir. Amma Adəm övladı nəfsi və digər istəkləri üzündən HAQQ kimi ALİ bir məqsədə nail ola bilmir. Nəfsi onu BATİLi işlərə sürükləyir.
    Əlbətdə, HAQQ-BATİL məsələsində bütünlükdə insanı günahlandırmaq ədalətsizlik olardı. Təbii ki, burada zaman və məkan anlayışı da mühüm rol oynayır.
    O cəmiyyətdə HAQQ yoxdursa onun olması üçün mübarizə aparmalısan. Əgər belə etməsən zalımın zülmünə dəstək verənlərdən olacaqsan. Və bununla da BATİLə bulaşacaqsan…

    Niyaz Niftiyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 857
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30