Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ülviyyə Həsənzadə: “İnanmıram nə vaxtsa “Azercell” məni özündən uzaqlaşdırsın”
    “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Departament rəhbəri deyir ki, abunəçilərimiz tezliklə nəinki ölkədaxili, hətta bir sıra ölkələrdə də ən ucuz tariflərdən istifadə edəcək.

    Sahibkarlığa geniş imkanlar yaradıldıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməyə başlayan ayrı-ayrı şirkətlər nəinki respublikada, hətta bölgədə və dünyada öz markası ilə tanınmağa başladı. Maraqlısı da ondadır ki, bu şirkətlərdən də çox onları təmsil edən şəxslər insanlar arasından özlərinə məxsus portretlərlə məhşurlaşmağa başladı. Bizim bu dəfəki həmsöhbəti də tək ölkə daxilində yox, regionda son illər rabitə sektorunda getdikcə məhşurlaşan “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət Departamentinin rəhbəri, son vaxtlar ictimaiyyətdə xeyriyyə missiyaları ilə yadda qalan Ülviyyə Həsənzadədir. Hal-əhval tutub salamlaşdıqdan sonra onunla söhbətimiz əvvəlcə adını hər yerdə dillər əzbəri etdiyi “Azercell” şirkətinin fəaliyyətindən və gözlənilən yeniliklərdən başladıq.

    - Ülviyyə xanım, “Azercell”in ötən ilki fəaliyyəti ilə bağlı ənənəvi olaraq illik hesabat verdiniz. Sizcə ildən-ilə uğurlar artır, ya azalır?

    - Təsəvvür edin ki, əgər “Azercell”i balaca bir uşaq kimi zənn etsək, o, ildən ilə böyüməkdədir. Mən 2008-ci ildə bu şirkətə gəlmişəm və gəldiyimdən bunun hər gün canlı şahidiyəm. Layihələrdən tutmuş xidmətimizin keyfiyyətinə və gündən- günə çoxalan abonentlərimizə olan diqqətə qədər bütün bu dinamika göz qabağındadır. Bu prosesləri izləyərkən nəticələr də bizə bunları deyir.



    - “TeliaSonera”nın payı olan birgə müəssisəsinə aid olan “Azercell”lə birgə bu holdinqin Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova, Nepal və s. ölkələrdə də eyni sektorda olan şirkətləri var. “Azercell” göstəricilərinə görə bunların arasında hansı mövqedədir?

    - Mən deyərdim, liderdir...

    - Nəyə əsasən?

    - Bunu şirkətlər qrupu üzrə konkret illik nəticələrə görə də ölçürlər. Çünki, bir neçə ildir ardıcıl olaraq artıq “TeliaSonera Avrasiya” xüsusi bir araşdırma keçirir. Məsələn, müştəri məmnuniyyətində bütün “TeliaSonera Avrasiya” şirkətləri arasında “Azercell” daim birinci olub. Yeri gəlmişkən, bu, müstəqil təşkil olunmuş bir sorğudur. Maliyyə xidmətlərinə gəldikdə isə, bütün bu şirkətlər arasında yenə də “Azercell” Qazaxıstanın “Kcell” şirkəti ilə bərabər liderdir. Onu da qeyd edim ki, “TeliaSonera”nın “Azercell”də səhm payı 58%-dir. Eyni zamanda abonent bazasında olan ölçülərə görə də biz öndəyik. Hətt biz bu il həmin ölkələrdə ciddi rouminq endirimlərinə də nail olacağıq.

    - Cari il investisyaların qoyuluşunu necə müəyyənləşdirmisiniz? Konkret hansı sahələr nəzərdə tutulub? Burada 3G, 4G də nəzərdə tutulacaq?

    - Artıq uç ildir 3G-ə invistisiya qoyulub və buna “Azercell” hazırdır. 4G nəsil texnologiyasına da artıq biz başlamışıq və bununla bağlı 2009-cu ildən investisiyalar yatırlır. Bundan başqa çoxlu sosial sərmayələr planlaşdırırıq. Bu il daha çox uşaqlarla bağlı sosial sərmayələr yatıracağıq. Burada daha çox fiziki qüsuru olan uşaqları düşünürük. Məsələn, “Ümid” Uşaq Sığınacağına nəinki uşaqların maddi ehtiyaclarını ödəməklə, hətta oranın məzunlarının işlə təmin olunmasını də üzərimizə götürmüşük. Eyni zamanda təhsil sahəsində yatırımları bu il də davam etdirəcəyik. “Azercell” artıq iki ildir ki, tələbələr üçün təqaüd təşkil edir və yuxarı kurs tələbələri “Azercell”ə müvafiq sənədləri təqdim etməklə təqaüd əldə edirlər. Bu bu il də davam edəcək. Eyni zamanda Heydər Əliyev Fondunun sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın şüarı var ki, “Azərbaycanda uşaq evləri ləğv olunacaq”. Biz də bu proqramda fəal iştirakçı olmağa çalışacağıq. Yəni, çalışırıq, uşaq evlərindən çıxan bütün uşaqlara iş tapmaqda yardımçı olaq. Uşaqları böyütmək şərt deyil, onlara sonrakı həyatlarını qurmaqda da kömək etmək əsas məsələdir.

    - Deyəsən bu ili uşaqlara sərf edəcəksiniz...

    - Demək olar ki, başda uşaqlar olacaq. Ondan başqa turizm, ətraf mühitin mühafizəsi və s. bizim əsas sərmayə yerlərimizdən olacaq. Məsələn, “Turizm ili” ilə əlaqədar olaraq biz Novruz Bayramı ərəfəsində bir kitabın nəşrınə dəstək olacağıq və çoxlu tirajda bunu yayımlayacağıq. Burada Azərbaycanın bütün regionları haqqında bir neçə dildə məlumat olacaq. Məsələn, istənilən yerdən Azərbaycana gələn turist o kitab vasitəsilə ölkə haqqında bütün məlumatları əldə edə biləcək.
    O, cümlədən investisiyaları bu il rouminq tariflərinin aşağı salınmasına da yatırmağı planlaşdırmışıq ki, bu da həmin qiymətlərdə 25-50% endirimə səbəb olacaq. Bu yuxarıda qeyd olunan “TeliaSonera Avrasiya” ailəsinə mənsub şirkətlərin fəaliyyət göstərdiyi ölkələrdədir. Yəni, “Azercell” abunəçisi həmin ölkələrdə ən ucuz tariflərdən istifadə edə biləcək. O, cümlədən bu il bizim çox saylı kampaniyalarımız nəzərdə tutulub ki, onlara da investisiyaların qoyuluşu planlaşdırılıb.

    - Çox maraqlıdır, “Azercell” sosial, mədəniyyət və s. sahələrdən tutmuş idmana qədər  hər yerdə var. Elə bir yer varmı ki, siz orda yoxsunuz?

    - Açığı elə bir yeri indi tapıb demək çətindir. Məsələn, bu ilə qədər bizim yox kimi deməzdim, amma daha çox az olduğumuz sahə kimi səhiyyəni göstərə bilərəm. Bu il biz burada bir neçə layihələr həyata keçirməyi planlaşdırırıq. “Azercell”in 2009-cu ildən Stomatoloji Avtobusu var, hansı ki, biz onun fəaliyyətini bu il daha da genişləndirəcəyik, onun içərisi tamam stomatolji avadanlıqlarla təmin olunub. Bu il həmin avtobusun sayı çoxaldılaraq regonlara göndəriləcək və əhaliyə, o cümlədən uşaq evlərinə, qaçqınlar məskunlaşan yerlərə pulsuz stomatoloji xidmət göstəriləcək. Bu il üçün eyni zamanda həmin avtobus kimi Səyyar Göz Klinikasını tam təchizatla təşkil edəcəyik ki, o da eyni şəkildə, eyni missiya ilə fəaliyyət göstərəcək.
    Ümumiyyətlə, indiyə qədər daha az olduğumuz sahə tibb idi ki, bu il çalışacağıq  balansı tənzimləyək. Bundan başqa ətraf mühitlə bağlı indiyə qədər etmədiklərimiz var ki, bu il çalışacağıq onu da edək. Məsələn, cari ildə Azərbaycanda “Yaşıl Strategiya” adlı iri layihəyə start verəcəyik. Bu ümumi ətraf mühitlə bağlı layihələr şəbəkəsi olacaq ki, buna bir çox əlavə layihələr aid olacaq. Bununla biz ölkə ərazisində ətraf mühitlə bağlı ciddi nəsə etmək istəyirik. Artıq Azərbaycanda “Azercell” ilk dəfə yaşıl stansiya quraşdırıb və gələcəkdə istərdik bunların sayını artıraq. Bu stansiya “Şahdağ” da guraşdırılıb.

    - Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son kollegiya iclasında ölkədəki mobil operatorların süni qiymət artımından şikayətləndi. İnsanlar da bundan daha çox narahat olurlar. Amma mobil operatorlar bu narahatçılığı aradan qaldırmaq üçün yetərli addımlar atmırlar. Sizcə niyə?

    - Bu məsələ barədə şirkətimizin prezidenti Ali Ağan da vurğulayıb. Bilirsiniz, bu iş birtərəfli həyata keçirilə bilmir. Yəni sırf “Azercell”dən asılı olan bir məsələ deyil. Azərbaycanda beynəlxalq çıxış “Aztelekom”a bağlıdır və oradan da bu məsələ ilə bağlı hansısa addım atılmalıdır. Yəni, bu məsələdə hamı birləşməli və birgə çalışılmalıdır. O ki qaldı cənab nazirin çıxışına, məhz ilk olaraq biz elə onun təklifi etdiyi kimi, bu yaxınlarda konturdan manat sisteminə keçəcəyik. Cari ilin birinci yarısına kimi bu layihə baş tutacaq. O zaman ümid edirik ki, abonentlərimizi də xeyli razı sala biləcəyik və heç bir narahatçılıq olmayacaq. Belə ki, şəffaf şəkildə nə qədər istifadə etdiklərini özləri görəcəklər. Biz bununla birdəfəlik sübut edəcəyik ki, heç vaxt süni şəkildə qiymətləri şişirtməmişik.

    - Ülviyyə xanım, məndə kiçik bir qeyd var. Deməli, 2009-cu ildə “Azercell”in dövlət büdcəsinə ödənişi 150,7 milyon ABŞ dolları olub, 2010-cu ildə isə 114, 6 milyon ABŞ dolları. Ödənişlər niyə aşağı düşür?

    - Bu, birmənalı olaraq aşağı düşmür. Bunu belə izah edək: “Azercell” fəaliyyətə başlayanda sərmayələrə yatırım xərclərimizin içində 60-70% təşkil edirdi. Çünki, şirkət yarandıqdan sonra yeni-yeni stansiyaların qurulmasına sərmayə qoyulurdu. Tədricən sərmayə azaldı və belə olan halda büdcəyə vergilər də azalır. Artıq kifayət qədər stansiyalarımız var və əlavə mənfəət üçün sərmayə yatırmadığımıza görə ödənişlər də azalıb. Yəni, “Azercell”in ötən il mənfəət yatırımları az olub ki, dövlət büdcəsinə vergilər də azalıb. İndi daha çox əlavə gəlir sahələrinə deyil, keyfiyyətə üstünlük veririk. Bizi abonentlər daha çox maraqlandırır.

    - Abonentlərinizin dəqiq sayı nə qədərdir?

    - Hazırda təxminən 4 milyon 200-dən çox abunəçimiz var.

    - Bu qədər satılan nömrə var, ya bu, hazırda aktiv abunəçilərin sayıdır?

    - Bilirsiniz, indi elədir ki, hər bir insanın bir yox, bir neçə nömrəsi olur. Bir insanın “Azercell”dən başqa digər operatorlardan olan nömrələri də var. Yəni, o bir ay ərzində tam olaraq bir nömrədən istifadə etmir ki, birbaşa aktiv abonent kimi qəbul edilsin. Çünki, elə ay olur abonentlərin sayı 4 milyondan xeyli çoxalır, növbəti ay bir az aşağı düşür və bir az sonra yenidən bu rəqəm qalxır və s. Amma hər ay ərzində təqribən dediyim qədər abonent “Azercell”dən istifadə edir.

    - Sizcə niyə bu qədər insan “Azercell”i seçir? Yuxarıda qeyd etdiyim kimi, hələ də qiymətlərdə narahatçılıq olduğu halda...

    - Keyfiyyətinə görə seçirlər. Mən digər operatorların fəaliyyəti ilə bağlı heç nə deyə bilmərəm, amma konkret olaraq bizim keyfiyyətli rabitəmiz göz qabağındadır. Məsələn, təkcə bir faktı deyim ki, tanınmış EPSİ şirkəti tərəfindən keçirilən son sorğulara görə müştəri məmnuniyyətinə görə “Azercell” 86% səs çoxluğu ilə ölkədə birinci yerdədir. Bura əhatə dairəsini, şəbəkə tutumunu və sair də aid etmək olar. Bütün bunlara görə biz Azərbaycanda lider kimi qəbul olunuruq. Təkcə müştəri xidmətlərinin qurulması özü bir vacib amildir. Müştərilərə mükəmməl xidmət göstərmək üçün “Azercell Akademiya” adlı insan qaynaqları bölümümüz var. Biz bununla hətta digər şirkətlərə də müştəri xidmətlərinin qurulmasında yardımçı oluruq. İnsanlar da keyfiyyətə üstünlük vermiş olurlar.

    - İşçilərinizin ümumi sayı nə qədərdir?

    - Bütün sistemimizdə çalışanları daxil etməklə 1200 nəfər. Bunlardan birbaşa işçilər 800 nəfər, amma rəsmi dillerləri və s. bura aid etsək 1200-dən çox edir.

    - “Azercell”in kadr siyasəti ilə bağlı gələcək planları nədir?

    - Mən deyərdim ki, şirkətimizin üstünlüyü onun kadr siyasətində də özünü göstərir. Necə? İlk öncə biz özümüzdə püxtələşən kadrlardan seçib aid olduğumuz “ailə”nin digər ölkələrdə fəaliyyət göstərən şirkətlərində yüksək məqamlarda çalışmağa göndəririk. Göndərdiyimiz əməkdaş artıq orada böyük bir sistemi çalışdırmaqla məşğul olur. Demək olar ki, “Azercell”in kadrları “TeliaSonera Avrasiya”  ailəsində ən üstün vəzifələrdə çalışır və peşəkar kadrlar hesab olunurlar. Həmçinin “Azercell” MDB ölkələri arasında ilk mobil operatordur ki, İİP sertifikatı əldə edib. Bu ona görədir ki, biz insan qaynaqlarına daha çox yatırım etmişik. Burada kadrlar üçün seminarlar, treninqlər, xaricə təcrübəyə göndərilmə və s. yer alır. Məhz bu istiqamətdə gələcəkdə biz planlarımızı genişləndirəcəyik - kadr potensialı bizim piarımız üçün çox vacibdir.

    - İctimai aktivliyiniz sayəsində “Azercell”in media ilə münasibətlərinin yüksək səviyyədə olmasında Sizin ciddi rolunuz var. Gələcəkdə bu əməkdaşlığın daha da möhkəm olması üçün nə düşünürsünüz?

    - Artıq məlumdur ki, biz hər il jurnalistlər üçün dil kursları keçiririk. Ötən ildən artıq bunu “Kaspi” Təhsil Mərkəzi ilə birgə həyata keçirməyə başlamışıq. Bu il hətta bu sahədə indiyədək olmayan bir təşəbbüsümüz də olacaq: hazırlıqda təhsil alan jurnalistlərdən daha çox bal toplayan ikisini Böyük Britaniyaya göndərəcəyik. Yəni, onları buradakı hazırlıqdan sonra İngiltərədə iki həftəlik kursa göndərəcəyik. Daha dəqiqi bu Londonda olacaq. Biz çalışacağıq ki, bunu ənənəyə çevirək və Azərbaycanda ingilis dilində danışan jurnalistlərin sayı çox olsun. Bundan başqa, bu il media redaktorlarını əvvəlki illərdə olduğu kimi istənilən bir xarici ölkəyə turlarını təşkil edəcəyik. Həmçinin, bu il ilk dəfə olaraq, redaktorlardan başqa müxbirlər üçün də piar reklamları layihəmiz var ki, bununla bağlı onlar üçün də çalışacağıq xarici səfərlər təşkil edək. O cümlədən artıq anonslarını verdiyimiz MediaCell xidmətini də yaxın günlərə təşkil edəcəyik ki, “Azercell” abunəçisi olan jurnalistlərimiz mobil danışıqlarda bundan xeyli faydalanacaqlar. Bundan başqa media üçün bir neçə yeni layihələrimiz də var ki, sürpriz olduğu üçün indidən bunu açıqlamaq istəməzdim. Bu çox maraqlı olacaq.

    - Ülviyyə xanım, “Azercell”in fəaliyyəti ilə yanaşı, Siz özünüz də fəaliyyətinizlə maraq obyektinə çevrilmisiniz. Karyeranızla bağlı hansısa dəyişiklik gözlənilir?

    - Hər-halda “Azercell”dən hələki getmək fikrim yoxdur, əksinə, getdikcə bura bağlanmışam. Mən burdan əvvəl müxtəlif yerlərdə, hətta xaricdə də çalışmışam. Məni “Azercell”ə təsadüf gətirib çıxarıb, mən heç bura sənədlərimi təqdim etməmişdim. Bura gəlməmişdən bu şirkət daim marağımda olub, amma burda işləməyi heç vaxt planlaşdırmamışdım. Məni tale bura gətirdi və həqiqətən bura bağlanıram. Daha çox sosial sahələrdə olan fəaliyyəti məni “Azercell”ə bağlayır, bura mənim ikinci ailəmdir. Hətta evdə hərdən mənə deyirlər ki, “sən elə bil “Azercell”ə ərə getmisən” (Gülür).

    - Ailəlisiz?

    - Bəli, artıq iki ildən çoxdur ailə qurmuşam. Elə yoldaşım məni işə bağlı görüb deyir ki, “sən sanki mənə yox “Azercell”ə ərə getmisən”. Hər hansı bir layihə üzərində bərk işləyəndə yoldaşım mənim üzümdəki sevinci görəndə məəttəl qalırdı ki, insan öz işinə bu qədər necə bağlı olur? Gələcəkdə getsəm də, getməsəm də “Azercell”in mənim ürəyimdə xüsusi yeri olacaq.
    Eyni zamanda inanmıram ki, “Azercell” məni özündən uzaqlaşdırsın. Düzdür, “TeliaSonera Avrasiya” böyük “ailə” olduğu üçün ola bilər ki, məni gələcəkdə şəbəkənin hansısa ölkədə olan şirkətində önə çəksinlər. Lakin, indiki halda ən azı nə mənim elə bir fikrim var, nə də elə bir təklif var. Mən Azərbaycandayam və “Azercell”ləyəm, onu çox sevirəm.

    - Hiss olunur ki, özünüzdən çox işgüzar həyata vaxt ayrırsınız. Gələcəkdə elə bir hal mümkün ola bilərmi ki, Ülviyyə xanım özü ayrıca mobil rabitə şirkəti təsis etsin?

    - (Gülür). Hələki elə bir fikrim yoxdur. Amma, təbii ki, “Azercell”də mənim də bir hissə yatırımım var. Əslində bu işgüzarlığın əksər hissəsini mənə elə “Azercell” verib. Məhz bu sayədə mən reklam bazarını daha yaxşı tanıyıram, o cümlədən ictimai əlaqələrim də pis deyil. Buna baxmayaraq, hazırda ayrıca şirkət qurmaq fikrim yoxdur. Amma, Siz iki ildən sonra mənə yaxınlaşıb eyni sualı versəniz, o zaman cavabım indikindən fərqli də ola bilər. İndiki halda konsepsiyam odur ki, mən “Azercell”ə daha çox nəsə verə bilərəm və “Azercell” mənə daha çox şey verir.

    - Nə mənada?

    - Müxtəlif mənalarda, ən azı burada istədiyim sosial layihələr həyata keçirilir ki, bununla mən ən azı qürur hissi keçirirəm. Məsələn, hansısa insan yardıma gəlir, hansısa uşaq küçədən tapılır və “Azercell”in adından buna kömək göstərəndə inanın ki, mən ən yüksək zövqü alıram. Mən bunda ən yüksək formada psixoloji rahatlıq tapıram. Yəni, hələki cəmiyyətdə istədiyim rolu oynamaq üçün “Azercell” mənə şərait yaradır.

    - Deməli, Sizə azərbaycanlı missioner demək olar...

    - Hələ ki, “Azercell”li missioner demək olar...

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1343
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30