İranın Azərbaycandakı səfirliyi xəttatlıq, illuminasiya və miniatür sərgisi keçirir
Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəssamlar İttifaqında Xəttatlıq, İlluminasiya və Miniatür sərgisinin açılış mərasimi keçiriləcək. Sərgi İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzindən veriblər. Sərgi fevralın 10-na qədər davam edəcək.
Qeyd edək ki, fevralın 11-də İran İslam İnqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhraminin adından Gülüstan sarayında ziyafət təşkil ediləcək. Ziyafətdə dövlət rəsmiləri, millət vəkilləri, QHT-lər və KİV nümayəndələri iştirak edəcək.