Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ÜAK-ın regonal rəhbəri Fəxrəddin Yarıyev: “Növbəti qurultay da diasporumuzun inkişafı üçün stimul olacaq”
    Dünyada yaş təcrübəsi çox diasporlar var. Elə diasporlar var ki, hələ öz dövləti yaranmamışdan formalaşıb, təşkilatlana bilib və bu gün yaşadığı ölkənin, hətta bəzən dünyanın iqtisadi və siyasi proseslərinə təsir göstərə bilir. Bunlara irland, yəhudi, erməni diasporlarını misal göstərmək olar. Dünyada həm də kifayət qədər təcrübəsi və gücü olan diasporlar var: yunan, çin, hind, italyan diasporlarının siyasi və maliyyə potensialından hətta bu xalqların dövlətləri də dayaq kimi yararlana bilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Qüdrətli ölkə olmaq üçün həm də güclü diaspora malik olmaq lazımdır.” Diasporlarımızın yaranması və formalaşmasının tarixi yaxın olsa da, böyük işlər görülüb və nailiyyətlər əldə edilib. Bu və ya digər məsələlərlə bağlı Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol vilayəti üzrə regonal rəhbəri, “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyevin müsahibəsini təqdim edirik.

    - Stavropol vilayəti rəhbərliyinin Azərbaycana qarşı münasibət necədir?

    - Çox yüksək səviyyədə. Hələ Vladimr Putinin prezidentlik dövründə qubernator Çernoqorovla birgə Azərbaycanda rəsmi səfərdə olduq. Bundan başqa, bu ölkənin rəsmilərinin Azərbaycana səfərlərini təşkil etmişik. Həmin nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını, qaçqınların yaşadığı yerlərdə olmuş və ermənilərin azərbaycanlılara qarşı törətdiyi təzavüzün nəticləri ilə yaxından tanış olublar. Hər səfərimiz Stavropolda, dövlət televiziyasının vasitəsilə dünyaya yayılıb.



    - İş adamlarının Azərbaycanla əməkdaşlığa cəlb olunmasında hansısa qatqınız olurmu?
    - Biz bu kimi əlaqələrin yaradılması, qarşılıqlı əməkdaşlğın genişləndirilməsi məsələsində maraqlıyıq. Bu istiqamətdə bir sıra təşəbbüsümüz də olub və Azərbaycana bir sıra iş adamlarının səfərlərini təşkil etmişik. İqtisadi-ticari, diplomatik, mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı ikitərəfli müqavilələr bağlanılıb. Ötən il aprelin 27-də Stavropolun qubernatoru başda olmaqla 135 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Mən də nümayəndə heyətinin tərkibində idim. Səfər çərçivəsində Stavropol-Azərbaycan əməkdaşlğına dair üç müqavilə imzalandı. Sözsüz ki, bu da diasporumuzun səmərəli fəaliyyətinin  tərkib hissəsi idi. 

    - Bəs, azərbaycanlılar Rusiyanın ictimai-siyasi həyatında nə kimi rol oynayırlar?

     
    - Demək olar ki, aktivliyimiz yüksək səviyyədədir. Rusiyanın çoxsaylı, o cümlədən ictimai-siyasi tədbirlərinə rəsmi dəvət olunur və orada yaxından iştirak edirik. Eyni zamanda bizim təşkil etdiyimiz tədbirlərə də bu ölkənin dövlət və hökumət nümayəndələri qatılır. Rus ictimaiyyətinin marağını nəzərə alaraq, Azərbaycanda keçirilən tədbirləri də orada təşkil edirik.
    Rusiyada keçirilən seçkilərdə də yaxından iştirak edirik. Hətta seçkilərdə fəal iştirakımıza görə RF prezidenti D.Medvedev tərəfindən təşəkkür dipolmu almışıq. Mən Azərbaycanda baş tutan 2 parlament və bir prezident seçkisində Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyasının tərkibində beynəlxalq müşahidəçi qismində iştirak etmişəm. Mənim oranın dövlət kanallarında da dəfələrlə çıxışlarım olub. Həmin çıxışlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışmışam.

    - Stavropolda 160 min erməi yaşayır. Maraqlıdır, necə dolanırsınız?

    - Bəli, 160 min ermənisi olan Stavropolda fəaliyyət göstərmək çətindir, ancaq buna baxmayaraq, fəaliyyətimizlə onları üstələyirik. Bu vilayətdə 45 minə yaxın azərbaycanlı məskunlaşıb. Ancaq soydaşlarımızın ermənilərə nisbətən azlıq təşkil etməsi fəaliyytimizə heç bir təsir etmir, əksinə diasporumuzun işi ermənilərin fəaliyyətinə nisbətən daha yüksəkdir. Bir ara ermənilər tərəfindən Azərbaycanın “dolma” yeməyinin guya onlara məxsus olması məsələsi hallanmışdı. Lakin mən qəti etiraz etdim, efir vasitəsilə bu yeməyin sırf Azərbaycan mətbəxinə aid olduğunu əsaslandırdım. 
    Bu gün Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər.

    - Stavropolda yaşayan ziyalıların, iş adamlarının, ümumiyyətlə imkanlı şəxslərin diaspor, lobbi quruculuğunda iştitirakı hanısı səviyyədədir?

    - Bu məsələyə cənab prezidentimizin də münasibəti olub və qeyd edib ki, yaşadığınız ölkələrdə çalışan iş adamlarının diaspor quruculuğuna cəlb olunması üçün müəyyən səy göstərək. Biz, bu vacib tövsiyəni rəhbər tutaraq iş adamlarının  fəaliyyətimizə qoşulması istiqamətində müvifiq işlər görmüşük. İndi apadığımız səylər nəticəsində Stavropolda yaşayan imkanlıların, ziyalıların demək olar ki, 80 faizini diaspor quruculuğunda iştirakını təmin etmişik. Bu da fəaliyyətimizin daha da aktivləşməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırıması istiqamətində apardığımız işlərin reallaşmasına müsbət təsir göstərir. Yeri gəlmişəkən qeyd edim ki, digər diasporlarla da səmərəli münasibətlər qururuq.

    - Fəxrəddin müəllim, Stavropolda gənclərimizin təhsil almaları, dilmizin təbliği işləri ilə bağlı hansı işlər görülür? Yaşadığınız vilayətdə azərbaycandilli məktəb fəaliyyət göstərirmi?

    - Düzdür, Stavropolda azərbayandilli məktəb yoxdur, amma bazar günü məktəblərimiz var. Orada şagirdlərə Azərbaycan müəllimləri tərəfindən dərs keçirilir. Şagirdlərimiz Azərbaycan hökuməti tərəfindən müvafiq dərsliklərlə  təmin edilir. Dilimizin də hər zaman, hər yerdə inkişafına çalışmaq bizim borcumuzdur. Bu yerdə ümummili liderimizin gözəl bir kəlamı yadıma düşdü. O deyirdi ki, çalışın işlərinizi rus dilində aparın, ancaq Azərbaycan dilinə yüksək qiymət verin. Biz, ana dilimizin qorunması, onun inkişafını yüksək səviyyədə təmin olunmasına çalışmalıyıq. Bu, bizim hər zaman borcumuz və vəzifəmizdir. Mən tədbirlərimizdə çıxışımı da Azərbaycan dilində edirəm.

    - Yaşadığınız ölkədə Azərbaycan vətəndaşlarının dinin mənsubiyyəti ilə bağlı problemləri yoxdur ki?

    - Rusiyada bu məsələlərlə bağlı heç bir problem yoxdur. Orada dini durum Azərbaycanda olduğu kimi sabitdir. Müsəlmanlar üçün məscidlər var. Məscidlərin tikintisi üçün heç bir bürokratik əngəllər yoxdur. Hər bir millətin nümayəndəsi azad ibadət edə bilir. Bizim orada dini şlər üzrə nümayəndəmiz də var. Dinlə bağlı orada bir sıra millətlərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir. Biz orada vəhabilik, dini ekstremizmi birmənalı şəkildə pislədiyimizi elan edirik. Bəyan edirik ki, terrorizmi islamla, dinlə bağlamaq olmaz. Azərbaycanın nümunəvi tolerant ölkə olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırırdıq. Bir sözlə, hər bir ölkənin bu sahədə müvafiq qanunvericiliyi var. Rusiyda da bu məsələ müvafiq qanunvericiliklə tənzimlənir. 

    - Bu yaxınlarda paytaxt Moskvada ciddi iğtişaşlar oldu. Bu xoşagəlməz hadisələr Stavropolda təkrarlanmadı ki?

    - Əlbəttə, cinayətkarın Vətəni yoxdur. Milliyətindən asılı olmayaraq istənilən cinayətkar bağışlanılmazdır. Bəli, son dekabr hadisələri Moskvada böyük səs-küyə səbəb oldu. Mənə elə gəlir ki, bu, müəyyən qüvvələrin təşkilatçılığı nəticəsində baş vermişdi. Amma Stavropolda belə bir hadisə baş vermədi. Həmin iğtişaşların daha da genişlənməməsi ilə bağlı hüquq-mühafizə orqanları, eləcə də digər qurumların yığıncaqları keçirildi. Həmin yığıncaqlara biz də dəvət olunmuşduq. İclaslardan sonra biz də müəyyən işlər gördük. 

    - Qarşıdan Dünya Azərbaycanlılarının III Qurultayı gəlir. Qurultaya hazırlıq görürsünüzmü? 

    - Bu qurultay sözün həqiqi mənasında böyük bir təşəbbüsdür. Bu toplantıya hazırlığımız yüksək səviyyədə gedir. Hələ ötən ilin 18 dekabrında Moskvada Ümumrusiya Azərbaycanlılarının Konqresinin tədbiri oldu. Bu konqresdə növbəti qurultay məsələsinə də toxunuldu. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun da çıxışından məlum oldu ki, yığıncağa yüksək səviyyədə hazırlıq işləri aparılır. Mən, birinci və ikinci qurultayın da iştirakçısı olmuşam və üçüncü qurultaya da böyük əhval-ruhiyə ilə hazırlaşıram. Onu da qeyd edim ki, bu qurultay sıradan bir toplantı deyil. Bu, əlli milyona yaxın azərbaycanlıların qurultayıdır. Əminəm ki, bu toplantı diasporlarımızın inkişafı, onların fəaliyyətinin daha da aktivləşməsi üçün bir stimul olacaq.

    - Gələcək perspektivdə hansı tədbirlər gözlənilir?

    - Biz hazırda qeyd etdiyim kimi, növbəti qurultaya hazırlaşırıq, ancaq bununla yanaşı bir sıra tədbirlərimiz də olacaq. Bu yaxınlarda Stavropolun mədəniyyət naziri ilə görüşümüz oldu. Görüşdə Azərbaycanla mədəni əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr apardıq. İstəyirik ki, Azərbaycan mədəniyyətinin orada təbliği ilə bağlı müəyyən işlər görək. Məsələn, Azərbaycanın tanımış şair və yazıçıları, tarixi şəxsiyyətlərinin orada daha yaxından tanıdılması ilə bağlı tədbir keçirməyi düşünürük və bununla bağlı müqavilə də bağlanılıb. Bundan başqa, biz hazırlaşırıq ki, Stavropolda Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəliyini də yaradaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 723
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30