Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QMİ sədrinin Gürcüstanda oldu
    Ümumgürcüstan Katalikos-Patriarxı II İliya: “Şeyxülislam Allahşükür Paşazadə Qafqazın müsəlman əhalisinin müdrik və layiqli rəhbəridir, əminəm ki, onunla birgə səylərimiz çoxdan gözlənilən sülhə gətirib çıxaracaq”.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-də Gürcüstanda olmuşdur. Tiflis hava limanında onu Ümumgürcüstan Katalikos-Patriarxı II İliya, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin üzvləri və digər rəsmi şəxslər və din xadimləri qarşıladı.

    Səfər çərçivəsində Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstü önünə əklil qoymuş və dualar oxumuşlarr. Sonra nümayəndə heyəti Azərbaycanın ictimai-siyasi xadimlərinin Nəbatat bağındakı məzarlığına və Tiflisdəki Cümə məscidinə baş çəkmiş, burada namaz qılmışlar.
    Həmin gün Azərbaycan nümayəndə heyəti Ümumgürcüstan Katalikos-Patriarxı II İliya ilə görüşmüşdür. Patriarxın iqamətgahının qarşısında ali qonağın şərəfinə Gelati monastırının kişi xoru dini mahnılar ifa etmişdir. Patriarx Allahşükür Paşazadəni yenidən Tiflisdə görməkdən məmnun olduğunu bildirmişdir.
    Patriarxiyanın mərasim zalında Gürcüstanın görkəmli din xadimləri, Parlament üzvləri, ziyalılar və xarici ölkələrin nümayəndələri toplaşmışlar.
    Görüşü açan Ümumgürcüstan Katalikos-Patriarxı II İliya dedi: “Zati-müqəddəsləri cənab Şeyxülislam Allahşükür Paşazadə! Sizi bütün Gürcüstan pravoslav kilsəsi və şəxsən öz adımdan səmimi qəlbdən salamlayıram. Buraya gəlişiniz xalqlarımızın yaxınlaşması üçün daha bir addımdır. Gürcüstanlılar Sizi yaxşı xatırlayır. Hələ ağır sovet vaxtlarında biz Sizinlə sülhün müdafiəsi naminə bir çox müxtəlif konqres və konfranslarda iştirak etmişdik. Bu səbəbdən də hesab edirəm ki, bizim dinlərin nümayəndələri bu məqsəd üçün aktiv rol oynamalıdırlar. Zaman bizim xeyrimizə deyil, zərərimizə işləyir. Avropa və bütün dünya Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın, Dağlıq Qarabağın isə Azərbaycanın tərkibində olmadığı fikrinə alışmağa başlayır. Düşünürəm ki, bu münaqişələr mümkün qədər tez həll olunmalıdır. Onların ədalətli həlli yalnız Gürcüstan və Azərbaycan üçün deyil, Dağlıq Qarabağ məsələsində həm də Ermənistan üçün çox faydalıdır və öz növbəsində zəncirvarı reaksiya ilə regionun bütün dövlətlərinə müsbət təsir edəcək. Əgər biz Qafqazda davamlı sülh əldə edə bilsək, yaşadığımız son otuz ildə çox ağır bir dövrü geridə qoymuş olacağıq. Qafqazın indiki vəziyyətində nə sülh var, nə də müharibə. Anlaşılmaz vəziyyətdir və ondan çıxış yolu tapmaq bizim müqəddəs vəzifəmizdir. Cənubi və Şimali Qafqazdakı problemlər həll olunmalıdır. Közərən ocaqlar hər an alışa və gözlənilməz hadisələrə gətirib çıxara bilər. Məhz bu səbəbdən sülhün bərqərar olması üçün Sizin bu aktiv addımlarınızı alqışlayıram. Sizin səfəriniz çox vacib və dəyərlidir. Düşünürəm ki, bundan sonra tez-tez görüşəcək, bütün bu məsələləri müzakirə edəcək, gözlənilməz hadisələrin baş verməsinin qarşısını ala biləcəyik. Bir daha Müqəddəs Sinod və şəxsən öz adımdan Sizi və Sizi müşayiət edən şəxsləri Gürcüstan torpağında salamlayıram. Sizin gəlişinizə həmişə şadıq və hələ ölkələrimizdə ateizmin hökmranlıq etdiyi dövrlərdə qurduğumuz əlaqələri yüksək qiymətləndiririk. Əminəm ki, tarixin süzgəcindən keçmiş bizim, xalqlarımızın və artıq müstəqil olan dövlətlərimizin arasında olan bu əlaqələr sonda bütün Qafqazda möhkəm sülhlə nəticələnəcək. Xahiş edirəm ki, bizim ən xoş arzularımızı Azərbaycan Prezidenti cənab İlham Əliyevə və onun xanımına çatdırasınız. Yaranmış fürsətdən istifadə edərək ölkələrimizin siyasətini akkreditə olunduğu ölkələrdə həyata keçirən səfirlərimizin, Azərbaycanın Gürcüstandakı və Gürcüstanın Azərbaycandakı səfirlərinin xüsusi əməyini qeyd etmək istəyirəm. Onların fəaliyyəti dostluğun və mehriban qonşuluğun möhkəmlənməsində böyük rol oynayır. Sizin ölkənin hökumətinə və şəxsən Prezident Əliyevə Tiflisdə Azərbaycanı təmsil edən görkəmli xadim, Gelati Xristian Akademiyasının fəxri üzvü diplomu ilə təltif edilmiş cənab Namiq Əliyev kimi Fövqəladə və Səlahiyyətli səfir təyin etdiyi üçün təşəkkür edirəm.”
    Ümumgürcüstan Katolikos-Patriarxı II İliya Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə Gelati Xristian Akademiyasının fəxri üzvü diplomunu təqdim etdi.
    Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Namiq Əliyev Gürcüstanın dini liderindən belə bir diplomu almasından məmnun olduğunu bildirmiş və xidmətinə verilən yüksək qiymətə görə təşəkkür etmişdir.
    Sonra söz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə verildi: “Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Patriarx həzrətləri, hörmətli din xadimləri, səfirlər, millət vəkilləri . Bu gün mənim öz qardaşımın və hörmət bəslədiyim şəxsiyyətin yanına gəlişim, onunla yaxından görüşmək və bəzi mühüm məsələləri müzakirə etmək məqsədi daşıyır. Bizim xalqları oxşar mədəniyyət və tarix, başlıcası isə yaxın qonşuluq daim birləşdirib. Çətin günlərimizdə olduğu kimi, xoş və sevincli günlərimizdə də biz həmişə birlikdə olmuşuq, kədər və sevincimizi bölüşmüşük, birgə qeyd etmişik. Bütövlükdə Qafqazda olduğu kimi, Azərbaycanda da ağsaqqal sözünə və ağsaqqal məsləhətinə həmişə ehtiyac duyulur. Düşünürəm ki, həqiqətən bu gün ağsaqqal sözünə Qafqazda daha çox ehtiyac vardır və biz bu gün Qafqazın ağsaqqalını Sizin simanızda görürük. Biz Sizin ümummilli liderimiz Heydər Əliyevlə olan dostluğunuzu xatırlayır, Bakıdakı görüşlərinizi yad edir, prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya qarşı dərin hörmət və ehtiramınızı daim müşahidə edirik.
    Bizim ölkələrimizin bənzərliyi var, həm Azərbaycan Gürcüstanın, həm də Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, düşmənlər, bizi sevməyən qüvvələr həm Azərbaycan, həm də gürcü xalqı üçün olduqca ağır problemlər yaratmışlar. Bu gün biz Qafqazda sülhün bərqərar olması üçün çox işlər görməliyik. Biz öz dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü bərpa etmək üçün tez-tez görüşməli, məsləhətləşməli və səy göstərməliyik. Bizim bu məsələlərlə bağlı çox söhbətlərimiz olub, bugünkü görüşdə də bu məsələlərin məhz sülhlə həll olunma yollarını müzakirə edəcəyik. Hesab edirəm ki, həm Azərbaycan, həm də Gürcüstan prezidentləri bu məsələnin sülh yolu ilə həlli variantını tapacaq, ölkələrimizin ərazi bütövlüyünü bərpa edəcəklər.
    Biz bu gün Tiflisdə ucaldılmış Heydər Əliyevin büstünü, Azərbaycan Demokratik Respublikasının banilərinin və görkəmli ədəbiyyat xadimlərimizin məzarlarını ziyarət etdik, Cümə məscidində namaz qıldıq. Mən özümün və nümayəndə heyətimizin adından gürcü xalqına, Gürcüstan dövlətinə və şəxsən Sizə Azərbaycan xalqına, onun tarixinə göstərdiyiniz səmimi münasibətə görə minnətdarlığımı bildirirəm. Buradakı həmvətənlərimiz Sizin onlara göstərdiyiniz xoş münasibətinizdən çox razıdırlar. Şeyxülislam kimi onların adından bir daha Sizə təşəkkürümü bildirirəm.
    Aşuranın və İslam aləmində, o cümlədən Azərbaycanda dini matəm günləri olmasına baxmayaraq biz nümayəndə heyətimizlə birgə Sizi ziyarət etməyə qərar verdik və bu da bizim Sizə qarşı sevgi və ehtiramımızdan irəli gəlir.
    Sizi, Müqəddəs Sinodun və kilsənizin möhtərəm üzvlərini Azərbaycana dəvət edirəm və yaxın zamanlarda Bakıda qonağım kimi qarşılamağı arzulayıram. Mən cənab İlham Əliyevlə cənab Mixail Saakaşvili arasında olan səmimi dostluq və qardaşlıq münasibətlərinin daim sürəcəyinə əminəm. Hər iki ölkədəki səfirlərə də bu iki xalqı yaxınlaşdırmaq üçün gördükləri işlərə görə təşəkkür edirəm.”
    Səmimi qəbula görə minnətdarlığımı bildirirəm. Sağ olun!
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə üzərində II İliyanın portreti olan xalçanı Ümumgürcüstan Katalikos-Patriarxına hədiyyə olaraq təqdim etdi.
    Jurnalistlərin suallarına cavab verən dini rəhbərlər demişlər:
    Ümumgürcüstan Katalikos-Patriarxı II İliya:
    İlk növbədə səmimi qəlbdən öz qardaşım və dostuma səfərinə görə təşəkkür edirəm. Biz müntəzəm olaraq Qafqazda olan problemlər tez bir zamanda həlli yollarını axtarışındayıq. Bu iş yalnız siyasətçilərin deyil, həmçinin bizim də işimizdir, çünki regional münaqişələr qlobal faciələrə çevrilə bilər. Mən Şeyxülislamı yaxşı tanıyıram. O, Qafqazın müsəlman əhalisinin müdrik və layiqli rəhbəridir. Ona can sağlığı arzulayıram. Fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə öz xoş arzularımı çatdırıram. Onunla cənab Saakaşvili arasında olan dostluğun bizə gözəl nəticələr verəcəyinə əminəm.

    1823-1918 illərdə Qafqaz Müsəlmanlar İdarəsi Tiflisdə yerləşib və onun 95 illik arxivi hal-hazırda da buradadır. Bilmək istərdik ki, onun Azərbaycana qaytarılmasına və ya surətlərinin Azərbaycana verilməsinə nə kimi köməklik göstərə bilərsiniz?
    - Bu sənədlər bizdə deyil, dövlət arxivindədir. Lakin onların surətlərinin Azərbaycana verilməsinə çalışacağıq.
    Siz Qafqazda kifayət qədər tanınmış bir insanısınız. Dağlıq Qarabağ münaqişəsinin həllində hansı yardımı göstərə bilərsiniz?
    - Hesab edirəm ki, Azərbaycan və Gürcüstandakı münaqişələr bir birinə oxşayır. Düşünürəm ki, bunları bir-birimizlə sıx əlaqə saxlayaraq həll etməliyik.


    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə:


    - Mən bütün gürcü xalqına, xüsusən də həmyerlilərimizə salamlarımı çatdırıram. Buraya, qardaşımın yanına gəlişimin səbəbi həm onunla görüşmək istəyim, həm də Qafqazdakı vəziyyəti təhlil edib, münaqişələrin sülh yolu ilə həllində siyasətçilərə nə kimi kömək edə biləcəyimizi müzakirə etməkdir. Gələcəkdə də bu kimi görüşlər keçirəcəyik. Səfərimin səmərəli keçdiyini düşünürəm. Patriarx həzrətləri Qafqazın ağsaqqalı və görkəmli şəxsiyyətdir, mən onu Müqəddəs Sinodun üzvləriylə bərabər Azərbaycana dəvət etdim, yəqin ki, o da dəvətimi qəbul edəcək. İnşallah görüşlərimiz bu şəkildə davam edər. Gürcüstanın arxivlərində saxlanılan sənədlərə gəldikdə onu demək istəyirəm ki, bizim alimlər həmin sənədlərin bəzilərindən istifadə etmişdir. Lakin onlar çox olduğu və Tbilisidən çıxarılmadığı üçün biz kömək məqsədiylə dövlətə müraciət etdik ki, Azərbaycanın tarixinə aid olan sənədlərin sürətini əldə edə bilək. Gürcüstanın arxivlərində Azərbaycan haqqında, o dövrlərdə Şirvanda yaşayan müsəlmanlar və digər millətlər barədə geniş məlumatlar var. Bundan başqa, köçkünlər haqqında, müsəlmanların fəaliyyəti, bədnam qonşularımızın o dövrlərdə müsəlmanlar haqda yazdığı xəbərlər, müsəlmanların zorla xristianlaşdırılması, din xadimlərinin və şeyxülislamların həyatı barədə və s. çoxlu materiallar mövcuddur. Orada çox vacib sənədlər var. Dövlətimiz bu barədə müvafiq müraciət edib. Biz də cənab Mixail Saakaşvilidən bu məsələdə bizə yaxından kömək göstərməsini xahiş etmişik.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 491
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30