Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Korrupsiyaya qarşı mübarizə gücləndirilir
    İlham Əliyev: “Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir”

    Bu il üçün ölkə qarşısında duran əsas hədəf yenə də iqtisadiyyatın inkişafının təmini, iqtisadiyyatın daha da artması, makroiqtisadi sabitliyin qorunmasıdır. Bu məqsədə gedən yol isə ölkədə sahibkarlar üçün yaradılan iş mühiti, kiçik və orta sahibkarlığa göstərilən dəstək və s. kimi əsas prinsiplərdən keçir. Prioritet sayılan məqsədə nail olunması üçün içlər aparılsa da, bu sahədə görülən işləri ölkə başçısı da yetərli saymır.

    Çıxışlarında dəfələrlə bu problemləri qabardan prezident İlham Əliyev onların həlli üçün müvafiq qurumlar qarşısında konkret tələblər qoyub: ”Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək. Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır”.

    Azərbaycan inkişaf etmiş ölkələrin yolu ilə

    Ölkə başçısı Azərbaycanın da məhz bu yola istiqamətlənməsini vacib sayır: ”Düzdür, bizim güclü enerji sektorumuz var və qeyri-neft sektorunu neft sektoru ilə müqayisə etmək, əlbəttə ki, sadəlövhlük olardı. Ancaq biz çalışmalıyıq ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getsin. Dövlət tərəfindən buna dəstək verilir. Hesab edirəm ki, sahibkarlarla çoxsaylı görüşlərimdə verdiyim tövsiyələr, dediyim fikirlər və göstərdiyim siyasi dəstək sahibkarlığın inkişafında öz rolunu oynayır. Bununla bərabər, dövlət tərəfindən ayrılmış kreditlər, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Biz elə etməliyik ki, 2011-ci ildə bu sahəyə əlavə vəsait ayrılsın”. Çünki iqtisadiyyatın şaxələnməsində başlıca rol məhz qeyri-neft sektorunun inkişafından asılıdır. Bu sahənin davamlı inkişafını təmin etmək üçün keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat kreditlər verilib. Verilən kreditlərin təxminən 99 faizdən çoxu məhz regionların payına düşür. Bu ilin əsas hədəflərindən biri də adıçəkilən sahəyə təxminən bu səviyyədə kreditlərin verilməsinin təşkilidir. Belə ki, ayrılan kreditlər nəticəsində yüzlərlə müəssisə yaradılıb. Kreditlərin vaxtlı-vaxtında qayıtması və yenidən kreditləşməyə cəlb olunması bu sahədə tədbirlərin genişləndirilməsinə imkan verir: ”Biz bu müsbət dinamikanı davam etdirməliyik və 2011-ci ildə sahibkarlığın, özəl sektorun inkişafı üçün, qeyri-neft sektorunun inkişafı üçün əlavə tədbirlər görülməlidir. Bir daha demək istəyirəm ki, dövlət tərəfindən, Prezident tərəfindən siyasi dəstək verilib və veriləcəkdir. Dövlət qurumları - həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərməlidir, onlara maneçilik törətməməlidir, süni əngəllər də yığışdırılmalıdır”.

    Ancaq bu o demək deyil ki, ölkədə hər şey yaxşıdır

    Ölkənin iqtisadi potensialının qiymətləndirilməsinə gəlincə, Dünya İqtisadi Forumunun hesablamaları rəqabət qabiliyyətliliyi baxımından Azərbaycan iqtisadiyyatının MDB məkanında birinci yerdə olduğunu göstərir. Amma problemlərin olduğunu da inkar etmək olmaz. Dövlət başçısı İlham Əliyev məhz bu problemlərin həllinə nail olunmasını önə çəkir: “Ancaq bu o demək deyil ki, ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox. Biz çalışmalıyıq, xüsusilə 2011-ci ildə bu sahəyə daha da çox diqqət verməliyik. Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq. Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz artacaq və ümumiyyətlə, ölkədə uçot-hesabat məsələləri daha da dəqiq həll olunacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün, bu sahədə işlərin daha da səmərəli şəkildə aparılması üçün bütün imkanlar var. Azərbaycanda biznes mühiti müsbətdir, investisiya mühiti yaxşıdır. Adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir. Ancaq bununla bərabər, biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır”.

    Göstərişdən real işə

    Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının söylədiyi bu fikirlərin artıq dövlət qurumlarını hərəkətə gətirdiyini söyləmək olar. Məsələn, ötən gün Əmlak Məsələləri Dövlət Komitəsində prezidentin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrasına həsr edilmiş operativ müşavirə keçirilib. Müşavirədə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə və qurumlara daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılmasında operativliyin artırılması, süründürməçiliyin qarşısının alınması barədə tapşırıqlar verilib. Şəffaflığın artırılması və mənfi halların qarşısının alınması üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurlar və sənədləşdirilmələrin sadələşdirilməsi, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməsi vacib məsələlərdən sayılıb. Vurğulanıb ki, qeydiyyat prosedurlarına sərf edilən müddət azaldılmalı, xidmət keyfiyyəti yaxşılaşdırılmalı və müasir tələblərə uyğunlaşdırılmalıdır. Dövlət əmlakından istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində  nəzarətin  səmərəliliyi artırılmalıdır. Bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə gücləndirilməlidir. Fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb. Eyni zamanda nəzərə çatdırılıb ki, neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara və bu sahədə nöqsanlara yol vermiş işçilərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcək. Ötən il Azərbaycanda korrupsiya hüquqpozmaları ilə bağlı 26 nəfər isə ədliyyə orqanlarından xaric edilib. Nazirliyin kollegiya iclasında verilən məlumata görə, ötən il nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı yoxlamaların nəticələri üzrə 4 nəfər barəsində materiallar prokurorluğa göndərilib, 220-dən çox ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir Fizuli Ələkbərovun rəhbərliyi ilə keçirilən iclasda da bu məsələlər önə çəkilib. Ayrı-ayrı sahələrdə hələ də müəyyən problemlərin mövcud olduğunu deyən nazir deyib ki, ötən il vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib, 34 nəfərin diqqətinə çatdırılıb, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilib. Lakin bütün bu radikal addımlara baxmayaraq, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində arzuolunan nəticəyə nail olunmayıb. Qeyd edək ki, hazırda digər qurumlarda da sadalanan məsələlərlə bağlı kollegiya iclasları davam etməkdədir.

    Otən il...

    Ekologiya və Təbii Sərvətlər Meşə Mühafizəsi və Bərpası Müəssisələrində kompleks yoxlamalar aparılıb və qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilib, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər əməkdaşı işdən çıxarılıb, 116 nəfərə töhmət verilib, 34 nəfərin diqqətinə çatdırılıb, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilib.
    Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər əməkdaşı işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb.
    Vergilər Nazirliyi vətəndaş müraciətləri və təqdimatlar üzrə aparılmış araşdırmaların nəticələri ilə bağlı 70 vergi əməkdaşına töhmət, 166-na şiddətli töhmət verilib, 4-nün xüsusi rütbəsi 1 pillə aşağı salınıb, 10 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib.
    "Bakıelektrikşəbəkə" ASC-də son bir ildə istehlakçılardan daxil olan şikayətlər əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq-mühafizə orqanlarına göndərilib, 11 nəfər tutduğu vəzifələrdən azad edilib, 184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülüb.


    Elçin TURAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 638
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30