Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Alim ömrünün 55 ili
    Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın üzvü, tarixçi alim Bakı Dövlət Universitetinin (BDU) professoru Anar İsgəndərovun anadan olmasının 55 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə alimi doğum günü münasibəti ilə təbrik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə A.İsgəndərovun Qafqaz Müsəlmanları İdarəsinin tarixi ilə bağlı araşdırmalarını yüksək qiymətləndirib. QMİ-nin çətin, eyni zamanda şərəfli bir yol keçdiyini xatırladan A.Paşazadə əlavə edib ki, QMİ istər sovet hakimiyyəti dövründə, istərsə də Azərbaycanın müstəqil dövlət kimi kövrək addımlar atdığı zamanda mürəkkəb proseslərdən keçib. “1990 -ci ilin Qanlı Yanvar hadisələri zamanı, müstəqilliyimizin ilk illərində Qafqaz Müsəlmanları İdarəsinin, onun rəhbərinin tutduğu prinsipial mövqe, atdığı addımlar xalqımıza yaxşı məlumdur.

    Bu məsələlərin araşdırılmasında, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dolğun şəkildə xalqımıza və gələcək nəsillərə çatdırılmasında alimlərimizin böyük əməyi var. Mərhum akademik Ziya Bünyadov, akademik Vasim Məmmədəliyev bu sahədə çox işlər görüblər. Bu gün 55 illik yubileyinə toplaşdığımız professor Anar İsgəndərov da məhz belə alimlərdəndir. Anar İsgəndərov tariximizlə bağlı çox qiymətli araşdırmaların, sanballı elmi əsərlərin müəllifidir. Uzun illərdir ki, Bakı Dövlət Universitetində səmərəli fəaliyyət göstərir, gənc tarixçi alimlərin hazırlanması üçün əmək sərf edir”,-deyən A.Paşazadə QMİ-nin bir vaxtlar Gürcüstanda  saxlanılan arxivi üzərində elmi araşdırmaların aparılmasının vacib olduğunu bildirib. O, həmin sənədlərinin surətlərinin Azərbaycana verilməsi ilə bağlı danışıqların aparıldığını xatırladıb. Bu günlərdə Tiflisə səfəri zamanı bütün Gürcüstanın Patriarx - Katolikosu II  İliya ilə məsələni bir daha müzakirə etdiyini diqqtə çatdıran A.Paşazadə Gürcüstan arxivlərində saxlanılan həmin sənədlər üzərində elmi araşdırmalar aparmağın çox vacib olduğun söyləyib. “Çünki oradakı sənədlərdə təkcə Qafqaz Müsəlmanları İdarəsinin müəyyən dövrü ilə bağlı deyil, bütünlüklə xalqımızın tarixi ilə əlaqəli qiymətli məlumatlar var. Bu sənədlər ermənilərin xalqımıza qarşı törətdiyi əməllərin haradan, neçənci illərdən qaynaqlandığını bir daha sübut edə biləcək. Bir daha bəlli olacaq ki, ermənilərin torpaq iddiaları, ayrı-ayrı insanlarımıza qarşı vəhşilikləri təkcə dünənin, bu günün işi deyil. Onlar əvvəllər də belə çirkin əməllər törədiblər. Professor Anar İsgəndərov uzun illərdir bu sənədlər üzərində işləyir. İnanıram ki, vətənini, xalqını dövlətini sevən bir alim kimi Anar müəllim elmi araşdırmalarını bundan sonra da uğurla davam etdirəcək”,-deyən   A.Paşazadə 1997-ci ildə Elmi-Dini Şuranın yaradılmasını xatırladıb və qeyd edib ki, A. İsgəndərov 2004-cü ildən bu Elmi-Dini Şuranın üzvüdür. “Bu illər ərzində Anar müəllim çox işlər görüb. Son illər həm Qafqaz Müsəlmanları İdarəsinin, həm də Şeyxülislamın fəaliyyəti ilə bağlı kitablar yazıb, gördüyümüz işlərin ölkədən xaricdə də təbliğ olunmasına çalışıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox işlər görüb və görməkdədir”,-deyən Şeyxülislam A.Paşazadə A. İsgəndərovu 55 illik yubileyi münasibətilə bir daha təbrik edib,  ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
    A.İsgəndərovun Azərbayan elmininin inkişafında mühüm rolu olduğunu diqqtə çatdıran Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev əlavə edib ki, yubilyar dəyərli elmi əsərləri ilə tarix elminə öz töhfələrini verir, gənc elmi kadrlar yetişdirir. V.Məmmədəliyev qeyd edib ki, A.İsgəndərovun QMİ  Elmi-Dini Şurasındakı fəaliyyətini  yaxından izləyir. “Burada da Anar müəllim şövqlə çalışır, elmi və yaradıcı potensialını ortaya qoymağı bacarır.   Şeyxülislam həzrətləri Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda saxlanılan arxivi ilə bağlı məsələyə toxundu. Bu çox mühüm və vacib məsələdir. Bu arxivin elmi cəhətdən araşdırılması təkcə Qafqaz Müsəlmanları İdarəsinin yox, tariximiz üçün yeni bir mərhələ olacaq. Çox sevinirəm ki, professor Anar İsgəndərov bu işdə çox yaxından iştirak edir. Arzum budur ki, Anar müəllim bundan sonra da öz əsərləri ilə tarix elminə yeni töhfələr versin”,-deyən V.Məmmədəliyev ümid etdiyini vurğulayıb ki, yubilyar gələcəkdə daha da böyük elmi nailiyytlər əldə edəcək. 
    QMİ  sədrinin birinci müavini Müfti Hacı Salman Musayev də bildirib ki, A.İsgəndərov tariximizin müxtəlif dövrlərini dərindən araşdıran alimlərimizdəndir. Sovet dövründə tanınmış ruhani alimlərin, yüzlərlə din xadiminin  repressiyaya məruz qaldığını, ömürlərini uzaq Sibirin şaxtalı çöllərində başa vurduqlarını xatırladan S.Musayev əlavə edib ki, belə insanlar haqqında elmi araşdırma aparmaq, xalqımıza dolğun məlumat vermək oduqca vacibdir: “Anar müəllim Qafqaz Müsəlmanları İdarəsinin tarixi və müasir dövrdəki fəaliyyəti barədə son illər bir neçə kitab hazırlayıb. Gələcəkdə bu sahəni araşdırmaq istəyən insanlar həmin kitablardan dəyərli elmi mənbə kimi istifadə edə biləcəklər. Hamımız Anar müəllimdən yeni elmi əsərlər, kitablar gözləyirik”,-deyə o əlavə edib.
    Professor A.İsgəndərov ona göstərilən diqqətə və ünvanına səslənən xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
    Sonda Şeyxülislam A. Paşazadə yubilyara xatirə hədiyyəsi təqdim edib.
    Qeyd edək ki, BDU-nun  mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Kolatan kəndində anadan olub. 1978-ci ildə BDU-nun tarix fakültəsini bitirib. 1984-cü ildən BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışır. 1989-cu ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. A.İsgəndərov ilk dəfə olaraq 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımının tarixşünaslığını tədqiqini ortaya qoyub. Hazırda türk dünyasının bir çox görkəmli tarixçiləri, həmçinin Amerika tarixçisi Castin Makkarti ilə birlikdə türk-müsəlman soyqırımı problemi ilə məşğul olur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 572
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30