Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İnsan – gözəlliklərin ülvü nümunəsi
    Dünya yaxşılıqlardan xali deyil. Bütün canlılar yaxşılıqlardan bəhrələnməyə can atır. Bəhrələndikcə də gözəlləşir. Bu gözəllik ona həyatı və yaşamağı sevdirir, onu ülvi hislərlə əhatə edərək daha da kamilləşdirir. Gözəlliklər daim həyatın axarını nizamlayaraq pislikləri pərdələyir. İnsan mənəviyyatını ruhən və cismən qidalandıran, onu hər şeydən zövq almağa şövq edən bu gözəlliklər şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır.

    Təsadüfi deyil ki, Həzrət Mühəmməd buyurub: “Allah gözəldir və gözəllikləri də sevir.” Bu gözəlliklərin ülvi nümunəsi isə məhz insanın özüdür. Allah-Təala Qurani-Kərimdə daha gözəl buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq…”
    Haqqında bəhs etdiyim Hacı Mirəziz Seyidzadə də bütün insani keyfiyyətlərə malik şəxsiyyətlərdəndir. O, bütün zamanlarda ən yüksək insani keyfiyyətlərə malik olmağa çalışıb. Sovet dövrü çətinliklərinə sinə gərən, təqiblərə məruz qalan, amma buna baxmayaraq mübarizə apararaq həyatda ləyaqətlə yaşamağı bacaran insan olub. Şübhəsiz ki, daxili gözəllik zahirdə də özünü təzahür etdirir.

    İlahiyyatçı alim

    M.Seyidzadə həm də alimdir. İslam dininin vacib əməllərindən olan Həccin sosial-fəlsəfi mahiyyəti mövzusunda dissertasiya müdafiə edib - fəlsəfə elmləri namizədi - alimlik dərəcəsi alıb. Hazırda Azərbaycanda mərsiyyə ədəbiyyatı mövzusunda doktorluq işi üzərində çalışır. Bir neçə kitabın müəllifi olan M.Seyidzadənin monaqrafiyaları ali məktəblərdə dərslik kimi də istifadə olunur.
    Müstəqillik əldə etdikdən sonra Allahtanımanı, “Tovhid”i elmi əsaslarla, Qurani-Kərim prizmasından sadə dildə şərh etməyə ehtiyac duyulurdu. Bu ehtiyacı ödəmək üçün din alimlərimizin sözdən əmələ keçməsi labud idi. M.Seyidzadə bu sırada da öndə oldu. O, İslam alimlərinin əsərlərindən istifadə edərək bu mövzuda kitab yazmaq qərarına gəldi. Allahtanımanı Qurani-Kərim baxımından şərh etməyi qarşısına məqsəd qoydu. Beləliklə, uzun illərin bəhrəsi olan “Allahımı belə tanıdım” adlı kitab yazdı. İstər Azərbaycan, istərsə də bu sahədə daha təcrübəli olan İran alimlərinin fikir və məsləhətlərindən yararlandı.
    Hacı Mirəziz bununla  kifayətlənmədi. Belə ki, “İslami söhbətlər” adlı növbəti kitabını yazmağa başladı. İki cilddən ibarət olan kitab bir neçə ilə başa gəlsə də, yüksək elmi çəkiyə malik əsər kimi qiymətləndirilir.
    Yenə dayanmadı. “Elmin qapısı” adlı növbəti kitabını oxucuların istifadəsinə verdi. Kitabda İmam Əlinin (ə) həyatı, imamət dövrü, qəzavətləri, fəzilətləri, hikmətli kəlamları, ayrı-ayrı hökumət başçılarına, valilərə göndərdiyi məktub və fərmanları öz əksini tapıb. Tanınmış mötəbər din alimlərinin əsərlərində toplanmış sənədlər əsasında tərtib olunmuş bu kitab geniş oxucu kütləsi, tədqiqatçı alimlər, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.

    Əziz Pünhan təxəllüsü ilə şeirlər yazır

    M.Seyidzadə həm də Əziz Pünhan təxəllüsü ilə şeirlər yazır. 1968-ci ildən bədii yaradıcılığa başlayıb. Şeirləri, satirik əsərləri, novellaları və əsasən də tərcümələri dövrü mətbuatda dərc olunub. Zərbi-məsəl və atalar sözlərini, habelə hikmətli kəlamları, hətta “Kommunist” qəzetində – Çıraq səhifəsində vaxtaşırı dərc edilib. Əlbəttə, o dövr üçün belə tərcümələr maraqlı idi. Əsasən tərcümələri ərəb və fars dilindən olub. Bu gün də belə tərcümələri davam etdirir.
    Qəzəllərində Allah-Təaladan tutmuş insana qədər bütün aləm tərənnüm olunur. Müxtəlif illərdə yazdığı şeirlərində Vətənə, Anaya məhəbbət ən yüksək poetik dillə nəzmə çəkilib. M.Seyidzadə bununla kifayətlənmir. Əlbəttə, ömrü boyu canla-başla xidmət göstərdiyi İslam dini, onun Peyğəmbəri, imamları mədh edən qəzəllər yazıb. M.Seyidzadənin bu qəzəlləri, şeirlərinin toplandığı “Divan”ı işıq üzü gördü. Əziz Pünhan təxəllüsü ilə yazdığı şeirlərində, qəzəllərində cəmiyyətdə möcud olan ədalətsizliyə qarşı da poetik dillə cihad edir.
    Gənclik çağından qəzəl janrına müraciət etməyinin səbəbini isə Məhəmməd Füzuliyə olan şövqündən, ehtiramından irəli gəldiyini bildirir. Adını gizli saxlamaq üçün təxəllüsünü “Pünhan” (gizli) yazıb. Sonralar görüb ki, artıq üzə çıxmaq vaxtıdır, odur ki, adının bir hissəsini də Pünhan isminə əlavə edib və “Əziz Pünhan” təxəllüsü ilə tanınmağa başlayıb.

    Səbr və qətiyyət sahibi
    Hacı Mirəziz həyatda çox çətinliklərlə üzləşib. Əsasən də haqsızlıqla barışa bilmədiyindən uzun illər mübarizə aparıb. Haqqı isbat edə bilməyəndə isə razılaşmayaraq müəyyən zamana ehtiyac duyub. Bəzən də müəyyən dövr, zaman və məkan daxilində “Haqq incələr, üzülməz” kəlamını əldə rəhbər tutaraq özünə təsəlli vermək məcburiyyətində qalıb. Onun içindəki mübarizlik əhval-ruhiyyəsi heç vaxt sönməyib, əksinə, əməli nəticəyə çatmaq üçün daha da şölələnib. Elə bunun nəticəsidir ki, hər bir problemin həllində ədalətin bərpasına çalışıb, gec də olsa buna nail olub. Bu, hər şeydən əvvəl Hacı Mirəzizin səbr və qətiyyətinin sayəsində qazanılan nailiyyət, ən əsası isə Allah-Təalanın göstərdiyi haqq və ədalət yoludur. Bu əmanəti qorumaq və gələcək nəsillərə ötürməyi isə o insani keyfiyyət və şərəf borcu hesab edib. Bir ruhani-ağsaqqal kimi haqqı-nahaqqa verməyib.
    İnamla deyə bilərəm ki, Hacı Mirəziz bu sayaq yaşayaraq ömür sürüb. Çünki başqalaşa bilməyib. El-obasının çətin günlərində ona həyan olub, tərəflərin kimliyindən asılı olmayaraq, haqqı-ədaləti qoruyub. Lakin təəssüflər olsun ki, bəziləri bunları dərk etmək istəməyib, yalnız və yalnız öz xeyrlərini düşünüb, son nəticədə Axirəti-Qiyamət məhkəməsini unudublar.
    M.Seyidzadə heç vaxt dünyapərəst, şan-şöhrət əsiri olmayıb, sadəlik və təvozökarlığı ilə hamıdan seçilib. M.Seyidzadə bütün hərəkət və davranışı ilə hamıya örnək olmaqla nümunə göstərib. Həmişə çalışıb ki, ağsaqqal-ruhani sözü və nüfuzu daim inanc vasitəsi olaraq qorunsun.        
    M.Seyidzadə ali və həm də ən müasir din olan İslamın eyni zamanda bitkinliyinin insanlar tərəfindən daha tez qavranılması üçün çalışır və təbliğat aparırdı. O, bu hərəkəti ilə dövrün İslama qarşı münasibətinin tam əksinə fəaliyyət göstərdiyini bilirdi. Dövrün hakimi-mütləqləri isə haqqında ittihamlar toplayır, onu elə “dindaşları”nın əli ilə amansız təqib edirdilər. Xəfiyyəçi mollalar xüsusi göstərişlə hər addımını izləyir, kölgəsini belə qılınclayırdılar. Dövrün “Qlavlit”li mətbuatında isə M.Seyidzadə haqqında felyetonlar yazdırır, sanki onun varlığını özlərinə ən böyük təhlükə hesab edirdilər. O, isə baş verənlərə əhəmiyyət vermir, bir sözlə, öz işi ilə məşğul olurdu. İndiki kimi... Bu gün də M.Seyidzadə bəzi hallarda “qara rəngli” mətbuatın və dar düşüncəli “yazarların” qınaq obyektinə çevrilir. Maraqlısı odur ki, Hacı Mirəziz Sovet dövründə olduğu kimi, müstəqillik dövründə də qərəzli tənqidlərə məruz qalır. Bədxahlar nəyin bahasına olursa-olsun, onu ləkələmək və ruhani kimi fəaliyyət göstərməsinin qarşısını almaq istəyirlər. O zamanlar narahatlığı nahaqdan böhtana düşməyi idi. Nə qədər ehtiyatlı hərəkət etsə də, kabus tək onu izləyən əqidə düşmənlərinin caynağından xilas ola bilmirdi.

    Onda ziyali - vətəndaş təəssübkeşliyi var

    Sözün əsl mənasında M.Seyidzadədə bir ziyali vətəndaş təəssübkeşliyi var. Mən bunu dəfələrlə müşahidə etmişəm. Ən yüksək elitar təbəqəyə malik ziyalılarımız belə onun haqqında hər zaman müsbət fikirdə olublar. Bir sözlə, M.Seyidzadə ondan çox şey öyrəniləsi ziyalılarımızdandır. Necə ki, biz ondan öyrənirik.
    Hacı Mirəziz mənim də daxil olduğum kiçik bir kollektivin – jurnalımızın qurucusu, Baş redaktorudur. Amma açıq etiraf edim ki, o bizimlə heç vaxt müdir kimi davranmayıb. Bir çoxlarından daha yaxşı tanıdığım üçün cəsarətlə deyə bilərəm ki, o, ünsiyyətdə səmimiyyəti xoşlayır. Hacı Mirəziz yüksək dərəcədə səbr və əxlaq sahibidir. Onun xarakterində təhqir etmək, hədələmək kimi cəza üsulları yoxdur. Mən bir neçə ildir yoldaşlığımız-dostluğumuz çərçivəsində buna heç təsadüf etməmişəm. Onun tənqidi daha çox tərbiyə xarakteri daşıyır.
    Mən, bu sözləri Ağanın 60 illiyində də yazmışdım.  İndi də yazıram və iman, səbr, möhkəm iradə ilə yaşayan, bütün çətinliklərə ləyaqətlə sinə gərən, Allah-Təalanın bəxş etdiklərinə sədaqətlə sahib çıxan, onu hər pislikdən qoruyan Qazi Hacı Mirəziz Seyidzadəyə uzun və şərəfli ömür arzulayıram.


    N.Oruclu

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 596
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30