Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Turizm ili
    Dünya iqtisadiyyatının əhəmiyyətli gəlir sahələrindən biri də hazırda turizm sektoru hesab edilir. Belə ki, dünya üzrə ümumu milli məhsulun 10 faizi, ixracatın 8 faizi məhz beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsi ilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. 



    Ölkədə turizmin əksər növləri inkişaf etdirilə bilər
    Azərbaycan da adıçəkilən sahənin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, dini, idman və s. kimi müxtəlif qollarının inkişafı üçün kifayət qədər resurslar mövcuddur. Bunu yerli mütəxəssislərimiz də təsdiqləyirlər. Turizmin əsas atributlarından biri gecələmə yerlərinin – mehmanxanaların mövcudluğu sayılır ki, hazırda da həm paytaxtda, həm də ölkənin müxtəlif regionlarında yüksək dərəcəli mehmanxanalar inşa edilərək turistlərin istifadəsinə verilib. Bu gün demək olar ki, Azərbaycanın hər bir guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur. Turizmin inkişafı üçün Bakını respublikamızın regionları ilə birləşdirən avtomobil yollarının yüksək standartlara uyğun yenidən qurulması da müsbət qiymətləndirilir. Azərbaycan Turizm İnstitutunun (ATU) “Turizm biznesinin təşkili və texnologiyası kafedrası”nın müdiri, dosent Bahadur Bilalov hesab edir ki, 825 km Xəzər sahili çimərlik turizmi, qarlı dağlarımız qış turizmi, dağlıq rayonlarımız dağ və ekstremal turizm, kəndlərimiz kənd və ya aqrar turizm üçün əhəmiyyətlidir. Bundan başqa, Azərbaycanın qədim tarixini özündə əks etdirən tarix-memarlıq abidələrimiz mədəni turizm, mineral bulaqlarımız, müalicəvi neftimiz və iqlimimiz müalicə-sağlamlıq turizmi, milli parklarımız və meşələrimiz ekoturizm, regionlardakı olimpiya kompleksləri və idman qurğuları idman turizmi, ziyarətgahlarımız dini turizmin, bənzərsiz mətbəximiz qastronomiya turizminin inkişaf etdirilməsi üçün imkan verir. Hazırda mövcud olan turizm növlərindən yalnız kosmik turizmi çıxmaq şərti ilə, qalanlarının Azərbaycanda inkişaf etdirməyin və gəlir əldə etməyin mümkün olduğunu deyən mütəxəssisin fikrincə, sadalanan növlərin içərisində ən böyük potensiala malik olanı kənd turizmidir: ”Ölkədə 4253 kənd yaşayış məntəqəsi var ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoyununda və ya dağlıq ərazilərdə yerləşən kəndlərdir. Bu baxımdan, qeyd etmək olar ki, Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün potensial var”.

    Özəl sektorun turizm marağı

    Ümumiyyətlə, bu gün turizm sektorunda görülən işlərlə yanaşı, həlli vacib olan bir sıra problemlər də var. Bu səbəbdən, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə  çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin “Turizm ili” elan edilməsi  təklifini irəli sürüb: ”2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir. Bölgələrdə hotelçilik ilə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir. Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividentlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir”.
    Sırf dövlət tərəfindən yaradılan layihələrdən biri də “Şahdağ” qış-yay xizək kurortu, xizək infrastrukturudur. Ölkə başçısı bu layihəni də müsbət dəyərləndirir: ”Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, “Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır”. Ölkə başçısının sözlərinə görə, bu layihə ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq. Eyni zamanda, minlərlə yeni iş yerlərinin yaradılmasına təkan verəcək: ”Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir. Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək”.

    2014-cü ilə qədər turizm infrastrukturu beynəlxalq tələblər səviyyəsində qurulmalıdır

    Gözlənilən məqsədlərə çatmaq üçün isə ilk növbədə nəzərdə tutulan tədbirlər reallaşdırılmalıdır. Bütün bu istiqamətlər ötən il ölkə başçısının sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da öz əksini tapıb.  Proqramda turizm infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması, turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi əsas yer tutur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, turizm və rekreasiya zonalarının müəyyən edilməsi, bu zonalarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. 2011-ci ildə də davam etdirilməsi nəzərdə tutulan bu işin icrası Nazirlər Kabineti, Ədliyyə, Mədəniyyət və Turizm nazirliklərinə həvalə olunub. Proqram çərçivəsində əsas işlərdən biri də tarix və mədəniyyət abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflərin hazırlanmasıdır. Bu təkliflərin verilməsi Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu  İdarəsi və yerli icra  hakimiyyəti orqanlarının üzərinə düşüb. 2012-ci ilə qədər sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq və tələbələrin sosial turizmdən istifadəsinin təmin edilməsi ilə bağlı təkliflər də nəzərdə tutulur. Bu təkliflərin hazırlanmasına isə Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb ediləcək. Milli parklarda, ekoloji turizm üçün yararlı olan digər ərazilərdə ekoturizm fəaliyyətinin təşkili, ərazi turizm inkişaf planlarının hazırlanması da nəzərdə tutulub. Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə həvalə olunmuş bu iş 2014-cü ilə qədər davam edəcək. Proqramda kadr təminatı da öz əksini tapıb. Belə ki, turizm sahəsinə aid olan işçilərin Vahid Tarif  Sorğu Kitabçası təsdiqlənməsi, Turizm İnstitutunun nəzdində turizm üzrə milli təlim mərkəzinin yaradılması, turizm üzrə mütəxəssis hazırlayan ali, orta ixtisas və texniki-peşə təhsilli müəssisələrində müvafiq tədris proqramların təkmilləşdirilməsi planlaşdırılır. Turizm obyektlərində sanitariya və gigiyena tədris proqramı həyata keçiriləcək, turizm sahəsində təhsillə bağlı yeni vasitələrin araşdırılacaq və beynəlxalq təcrübə nəzərə alınmaqla onların tətbiqi barədə təkliflər hazırlanacaq. Turizm sektorunda statistika və tədqiqatlar da aparılacaq. Bunun üçün ilk növbədə turizm sahəsi üzrə statistik məlumatların toplanılması sistemi və metodologiyası beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdiriləcək. Dövlət Statistika Komitəsi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ölkə üzrə turizm fəaliyyətinə dair illik statistik toplu hazırlanacaq. Bu qurumlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Miqrasiya Xidməti 2014-cü ilə qədər ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri və xərcləri barədə statistik məlumatları toplayacaq. Proqramın digər istiqaməti tanıtma və marketinqlə bağlıdır. Belə ki, xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği nəzərdə tutulur.


    H.İsabalayeva

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 573
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30