DMX-də qulluq keçən işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib
Nazirlər Kabineti Dövlət Miqrasiya Xidmətində (DMX) qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarını təsdiq edib.
Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilər geyim forması və fərqlənmə nişanları ilə Xidmətin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına təmin ediləcəklər.
Qərara görə, DMX-də qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması 1 ildən 4 ilədək, fərqlənmə nişanları isə ali, böyük və orta xüsusi rütbəsi olan işçilərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.