Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xeyrulla Məmmədov itkisi…
    O alim kimi savadlı, insan kimi gözəl, dost kimi səmimi, ailə başçısı kimi qayğıkeş idi. Xeyrulla Qulam oğlu Məmmədov
    1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb.  

    1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib. 1957-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1957-1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyyəçi işləyib. Lerik rayonda çıxan «Kolxoz yolu» qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib. 1960-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxuyub. 1963-cü ilin noyabr ayında ADPİ-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girib. 1963-1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib. 1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışıb. 1968-1970-ci illərdə «Azərbaycan ədəbiyyatı tarixi» kafedrası müdirinin müavini vəzifəsinə təyin olunub. 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini alıb. 1991-ci ildən isə filologiya-tarix fakültəsinin qiyabi şöbəsinə dekan seçilir. X.Məmmədov ölümünə qədər müxtəlif elm ocaqlarında pedoqoci fəaliyyətlə məşğul olur.  Həzrət Əli buyurub: «Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır».
    Xeyrulla Məmmədovun ölümü onun yaxınları qədər dostlarını, iş yoldaşlarını da sarsıtdı. Böyük alimin ölümündən qısa bir vaxt keçməsinə baxmayaraq o hər zaman tərəfimizdən anılır, yad olunur, xatırlanır. X.Məmmədov haqqında çox xatirələr danışmaq olar. O alim kimi savadlı, insan kimi gözəl, dost kimi səmimi, ailə başçısı kimi qayğıkeş idi.
    Xeyrulla müəllim həm də bizim universitetdə çalışırdı. Tələbələr qarşısında mühazirəsini dərs dediyi auditoriyanın qarşısında keçərkən eşidəndə bir anlıq ayaq saxlayıb dinləməli olurdum.
    Yaşının getdikcə çoxalmasına baxmayaraq o vaxtaşırı mütalaiyə etməyi sevirdi. Kitab oxumaq, yeni nəşrlərlə tanış olmaq sanki Xeyrulla müəllimin xoşladığı ən gözəl məşğuliyyət idi.
    Ara-bir universitetdə nəşr olunan «Kəlam» elmi-ədəbi publisistik curnalına elmi məqalələr də verirdi. Dərin məzmunlu, çox yüksək elmi əhəmiyyət kəsb edən məqalələri oxucular tərəfindən böyük rəğbətlə qarşılanırdı.
    Onu yaxından tanıyan hər kəs təsdiq edə bilər ki, X.Məmmədov çətin, əzablı, amma şərəfli bir həyat yaşayıb. Onunla ünsiyyətdə olanda həmişə ac olduğunu düşünürdüm. Amma o yeməyin acı yox, elmin acı idi. Mövla Əli (ə) kəlamlarının birində buyurur: «İki ac var ki, heç vaxt doymaz: elm acı və dünya acı.»
    Adətən Bakıda təhsil alıb rayona qayıdan gənclərin böyük əksəriyyəti orada yaşamağa qərar verirdi. Amma X.Məmmədov belə etmədi. El-obasına bağlı olmasına baxmayaraq təhsilini davam etdirmək, daha yüksək pillələrə qalxmaq məqsədilə paytaxta qayıtdı.
    1960-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxudu. O, görkəmli ədəbiyyatşünas alim, akademik Mirzə Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə «Sultan Məcid Qənizadənin həyatı və yaradıcılığı» mövzusunda dissertasiya müdafiə eləyib elmlər namizadi alimlik dərəcəsini aldı.
    Xeyrulla müəllim istedadlı gənc alim kimi ədəbiyyatşünasların rəğbətini qazanmışdı. O, XIX əsrin sonu və XX əsrin əvvəllərində ədəbiyyatımızda tədqiq olunmayan böyük və zəngin ədəbi irsimizi daha geniş mənada öyrənməyə başladı. Belə çətin, təzadlı, bənzərsiz bir dövrü tədqiq etmək üçün gecə-gündüz dincəlmədən keçmiş SSRİ-nin müxtəlif respublikalarının dövlət arxivlərində aylarla araşdırmalar apardı. «XIX əsrin sonu, XX əsrin əvvəllərində» (1880-1905) «Azərbaycanda maarifçi realist ədəbi hərəkat» mövzusunda yazdığı monoqrafiya onun doktorluq dissertasiyası kimi yüksək qiymətləndirildi. Xeyrulla müəllim 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini aldı.
    1963-cü ilin noyabr ayında X.Məmmədov Azərbaycan Dövlət Pedoqoci İinstitutunda (indiki ADPU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girdi. 1963-1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim, 1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışdmışdı. X.Məmmədov 1968-1970-ci illərdə «Azərbaycan ədəbiyyatı tarixi» kafedrası müdirinin müavini vəzifəsinə təyin olunur. 1991-ci ildən isə filologiya-tarix fakültəsinin qiyabi şöbəsinə dekan seçilir.
    O, «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» kursunu tədris edirdi. «N.Nərimanov: görkəmli maarif xadimi və realist yazıçı», «İsmayıl bəy Qaspirinski və Azərbaycan ədəbiyyatı» monoqrafiyalarını sapa hazırlamışdı. O, uzun illər ali məktəblər üçün «XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatı tarixi» və «Azərbaycan uşaq ədəbiyyatı» tarixi dərsliklərini yazmaq arzusu ilə yaşayırdı. Ömrünün son anlarında o, daha məhsuldar işləyirdi.
    X.Məmmədov XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ədəbi hərəkatı özünə əsas tədqiqat obyekti seçmişdi. O, ilk dəfə olaraq «Əkinçi» qəzetinin bağlanmasından, «Molla Nəsrəddin» curnalının nəşrinə qədər çox zəngin və mürəkkəb ədəbi mərhələni araşdırmış, 35 illik dövrün bədii təəssüratı haqqında dolğun elmi nəticə əldə etmişdir.
    Xeyrulla müəllimin elmi araşdırmalarının əhatə dairəsi çox zəngin  idi. O, iki əsrdə maarifçi realizmin inkişafı, dövri mətbuat, ədəbi əlaqələr, bədii tərcümə, uşaq ədəbiyyatı və sairə problemləri hərtərəfli, həm də çox dolğun şəkildə əhatə edirdi.
    X.Məmmədov 250-dən artıq elmi-publisistik məqalənin və onlarca kitabın müəllifi idi. 1983-cü ildə «XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ədəbi hərəkat» və «Sultan Məcid Qənizadə» adlı bir-birindən samballı iki monoqrafiyası işıq üzü görmüşdü. 1986-cı ildə «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər monumental tədqiqat əsəri ilə mətbuat tariximizi geniş oxucu kütləsinə mücdə etmişdir. Onun «XIX əsr Azərbaycan uşaq ədəbiyyatı» monoqrafiyası ədəbiyyatşünaslara samballı mücdə, məktəblilərə gözəl töhfə olmuşdur. X.Məmmədovun mətnşünaslıq sahəsində də xidmətləri misilsiz olub. Onun tərtibatı ilə 1976-1991-ci illərdə işıq üzü görmüş N.B.Vəzirovun «Seçilmiş əsərləri», 1986-cı ildə nəşr etdirdiyi S.M.Qənizadənin «Gəlinlərin həmayili» toplusu, 1992-ci ildə çapdan çıxan S.Ə.Şirvaninin «Seçilmiş əsərləri» və «XX əsr Azərbaycan nəsri» monoqrafiyaları, 1996-cı ildə nəşr etdirdiyi «Hikmət çələngi» kitabları bu baxımdan çox dəyərlidir.
    Xeyrulla müəllimdə çox az-az adamda olan bir xüsusiyyət var idi.  Bu da onun elmi-tədqiqat işlərini pedoqoci fəaliyyətlə paralel aparması idi. Alimlərimizin böyük əksəriyyəti hər iki işi ayrı-ayrı vaxtlarda həyata keçirirlər. Təbii ki, bu məsələdə onları qınamaq olmaz. Çətin şərait, zehni yorğunluq və pedoqoci fəaliyyət insan ömrünü sonna yaxınlaşdırardı. Amma X.Məmmədov belə çətinliklərdən qorxmurdu. Onun üçün çalışmaq, yeni-yeni elmi araşdırmalar ortaya qoymaq hər şeydən üstün idi. Elə bu kimi xüsusiyyətlri Xeyrulla müəllimi respublikada yaxşı təşkilatçı, gözəl insan kimi tanıtmışdı.
    X.Məmmədov bütün gününü arxivlərdə, kitabxanalarda və çalışdığı ali məktəblərdə keçirirdi. Eyni  zamanda dəvət olunduğu digər ictimai tədbirlərdən də qalmırdı. Biz onu mavi ekran qarşısında tez-tez görürdük. Azərbaycanın klassik,  orta və yeni əsr ədəbiyyatından danışar, onları xalqa tanıtdırardı.
    X.Məmmədovu dost-tanışları ideya dağarcığı da adlandırırdılar. Hamının, xüsusən də uşaqları çox sevirdi. Alim həmkarı A.Həsənovla birgə nəşr etdirdikləri üç cildlik «Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı» (XIX-XX əsrlər) əsəri çox dəyərli kitablardır. 
    Xeyrulla müəllim alim kimi əzəmətli dağa bənzəyirdi. Amma insan kimi uşaq tək sadə, pak romantik idi. ülvi duyğularla yaşayırdı. Dostlarının, tanışlarının sevincinə qəlbən sevinər, kədərinə qəlbən kədərlənərdi…
    X.Məmmədov müdrik ağsaqqal idi. İnsanın qəlbinə tez yol tapırdı. Gəncləri çətinlikdən çıxmaq üçün həyatda mübariz olmağa hazırlayırdı, təkmilləşdirirdi, adamda həyat eşqini, yaşamaq və yaşatmaq həvəsini artırırdı. Onun böyük ürəyi vardı…
    Kollektivdə hamı onu çox sevirdi, ona hörmət, ehtiram göstərirdi. O hamını sevdiyi, hamıya ehtiram göstərdiyi kimi…
    Bu gün hamı onun yoxluğuna təəssüflənir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Amin!

    Hacı Mirəziz SEYİDZADƏ

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1434
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30