Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq
    Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Görüşdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə də bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkə prezidenti təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri və mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir Mədəniyyət kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına və təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.

    AzTV-nin sədri Arif Alışanov isə kanalın əsas məqsədinin Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etmək olduğunu bildirib. O, bildirib ki, Mədəniyyət kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var. “Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm peyk vasitəsi ilə yayımlanacaq”,-deyə A.Alışanov əlavə edib. Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 401
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30