Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli mənim üçün prioritet məsələ olacaq”
Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli səfir kimi mənim üçün prioritet məsələ olacaq. AZADINFORM xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə bildirib. O, səfir olduğu müddətdə ABŞ-Azərbaycan arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacağını deyib. Səfir qeyd edib ki, səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək
ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata görə, tədbirdə Palatanın əməkdaşları, səfir M.Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.