Bələdiyyə seçkilərini Avropa Şurasının nümayəndələri də müşahidə edəcəklər
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləyəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek söyləyib. Xanım Kotek bildirib ki, müşahidə missiyası kiçik və qısamüddətli olacaq. Missiyanın seçkilərdən bir neçə gün əvvəl Azərbaycana gələcəyini diqqətə çatdıran V.Kotek qeyd edib ki, missiya seçki günü müşahidə aparacaq. Onun sözlərinə görə, missiyanın tərkibi hələ tam formalaşdırılmayıb.