Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ölkə əhalisinin 31,4 faizini gənclər təşkil edir
    Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini gənclər təşkil edir. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, gənclərin 53 faizi şəhər yrelərində, 47 faizi isə kənd yerlərində yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artıb və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlib. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların isə 23-dür. Boşananlar arasında gənclərin xüsusi çəkisi 23 faiz təşkil edir. Gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir. Ötən il müxtəlif beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 675 medal qazanılıb, onların da 206-sı Olimpiya idman növləri üzrə olan medallardır.

    Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında da böyük uğurla çıxış edib və 204 ölkə arasında 11-ci yeri tutub. Gənclərin təhsil səviyyəsi də ilbəil artır. 2010/2011-ci tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 140 min nəfər olan 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2055-ə çatıb və onlardan 63 faizi Bakı şəhərinin, 37 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır. Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu vardır. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 17,3 faizini gənclər təşkil edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı ildən-ilə azalır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 391
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30