Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Adətən intizamsız sürücü yol polisindən narazılıq edir”
    Vaqif Əsədov: “Piyada keçidlərindən keçməyənlər məsuliyyətdən azad ola bilməzlər”

    Müsahibimiz Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovdur.

    - 2010-cu ildə nə qədər yol-nəqliyyat hadisəsi baş verib və neçə nəfər xəsarət alıb? Azalma və ya artım tendensiyasından danışmaq olarmı?

    - 2010-cu il ərzində paytaxt üzrə baş vermiş yol-qəza hadisələri barədə danışarkən, qeyd etmək lazımdır ki, ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 288 ölü, 1001 yaralı qeydə alınıb. Bu da 2009-cu il ilə müqayisədə 33 yol-nəqliyyat hadisəsinin azalması deməkdir. Lakin hadisələrin sayı azalsa da, ölüm halları stabil olaraq qalıb, xəsarət dərəcələri isə yüngülləşdirilib.

    - Sürücülərin DYP inspektorlarından narazılıq halları tez-tez baş verir. Sizin fikrinizcə, dövlət yol polisinin ideal inspektoru necə olmalıdır?



    - Şübhəsiz ki, adətən intizamsız sürücü yol polisi inspektorunun hərəkətlərindən narazılıq edir. Yol hərəkəti qaydalarına düzgün riayət edən, bu qaydaları düzgün yerinə yetirən sürücü, əlbəttə ki, yol polisinin əməlindən narazı qalmamalıdır. Düşünürəm ki, hər bir hərəkət iştirakçısının, xüsusilə də sürücünün yol polisi müfəttişindən müəyyən mənada narazılığı varsa, dərhal Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yazılı və şifahi məlumat verir, vəzifə səlahiyyətlərini aşan inspektora, sürücülərə qarşı kobudluq göstərən yol polisi əməkdaşlarına rəhbərliyimiz tərəfindən müəyyən ciddi nizam-intizam qaydalarına dəvət edilməsi göstərişi verilir. Digər tərəfdən, Dövlət Yol Polisinin ideal inspektoru qanunvericiliyə uyğun olmalıdır. Hər bir inspektor saxladığı vətəndaşa ilk növbədə özünü təqdim etməli, saxlanmasının, eyni zamanda, məsuliyyətə cəlb olunmasının səbəbini ona izah etməlidir. Burada bir faktı da qeyd etmək lazımdır. Bəzən elə hallar olur ki, yol polisinin saxlanma işarəsinə bəzi sürücülər tərəfindən düzgün qiymət verilmir. «Yol hərəkəti haqqında» qanunun tələbinə əsasən, yol hərəkəti qaydalarını pozan hər bir hərəkət iştirakçısı yol polisinin saxlanma tələbini düzgün yerinə yetirməlidir. Bu zaman mental xüsusiyyətimizlə bağlı bəzi problemlərlə üzləşirik. Belə ki, yol polisinin sürücüyə «saxla» işarəsi verərkən sürücünün bilərəkdən saxlamayıb hərəkətinə davam etməsi ilk növbədə İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin tələbi ilə üst-üstə düşmür. 310-cu maddədə konkret olaraq qeyd edilir ki, polis və ya hərbi qulluqçu vətəndaşlara saxlama tələbi verdikdə vətəndaş tərəfindən bu göstəriş düzgün yerinə yetirilməlidir. Çox təəssüflər olsun ki, polisin «saxla» işarəsinə əhəmiyyət verməyən sürücü sonradan müxtəlif bəhanələr gətirməklə özünü təmizə çıxarmağa çalışır.
    Sürücülərin nəzərinə çatdırmaq istərdim ki, yol hərəkəti qaydalarını pozmayan, avtomobilinin qabaq alın şüşəsində texniki baxışdan keçməni təsdiq edən texniki baxış birkası olan, avtomobilinin xarici görkəmi təmiz və təhlükəsizlik kəmərindən istifadə edən sürücüyə, şübhəsiz ki, yol polisi əməkdaşı tərəfindən saxlanma işarəsi verilə bilməz. Digər tərəfdən, yol polisi əməkdaşı avtonəqliyyat vasitəsinin saxlanılması ehtimalı olduqda həmin sürücünün saxlanması göstərişini verir. Belə olmasın deyə, hər bir sürücü ilk növbədə təhlükəsizlik kəmərindən istifadə etməli, qabaq alın şüşədə texniki baxışdan keçməni təsdiq edən birka olmalı, avtomobilin xarici görkəmi səliqəli olmalı və yol hərəkəti qaydalarını pozmamalıdır. İkinci bir tərəfdən, əgər inspektor sürücüyə «saxla» işarəsi verirsə, heç nəyə baxmadan sürücü inspektorun tələbini yerinə yetirməklə avtomobili saxlamalıdır. Ola bilsin ki, inspektor getdiyi istiqamətdə hər hansı bir təhlükənin olduğu barədə məlumat verəcək. Digər tərəfdən, avtonəqliyyat vasitəsi saxlanılmadıqda həmin sürücü silah alverçisi, insan alverçisi və ya narkotik daşıyıcısı kimi yol polisində şübhə oyadır ki, bu da həmin sürücünün mütləq saxlanılmasına imkan verən bir haldır.


    - Bakı şəhərinin yollarındakı vəziyyətdən danışarkən, ən çox qəza halları baş verən yerlərin adlarını qeyd edə bilərsinizmi?

    - Yol-nəqliyyat hadisələri əsasən sürət həddini aşma ehtimalı olan Heydər Əliyev, Babək, Nobel, Qara Qarayev və Ziya Bünyadov prospektlərində baş verir. Deməli, hadisələrin təxminən 23%-i məhz bu yollarda qeydə alınır ki, bu da avtomobillərin yüksək sürətlə hərəkət etməsinin nəticəsidir.


    - Bəs yol qaydalarını pozan piyadaları hansı cəzalar gözləyir?

    - Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin birinci yarım illik ərzində təsdiq etdiyi tədbirlər planında bu, xüsusilə qeyd edilir. Təyin olunmayan yerlərdən keçən piyadaların avtonəqliyyat vasitələri ilə vurulması hallarının qarşısının alınması məqsədi ilə bu istiqamətdə tərəfimizdən tədbirlər davam edir. Təkcə yanvar ayının 6-dan bu günə qədər yol polisi əməkdaşları tərəfindən yeraltı, yerüstü piyada keçidləri ətrafında keçirdiyimiz tədbirlər zamanı 117 piyada saxlanılıb, məsuliyyətə cəlb edilib. Fürsətdən istifadə edib bir daha əhalinin, xüsusilə də piyadaların nəzərinə çatdırıram ki, yeraltı, yerüstü piyada keçidlərindən keçməyən piyadalar məsuliyyətdən azad ola bilməzlər və «Yol hərəkəti haqqında» qanunun 40-cı maddəsinin tələblərini pozan piyadalar kimliyindən asılı olmayaraq İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb edilərək, 10 manat məbləğində cərimə olunacaq. Digər tərəfdən, xüsusilə «Yol hərəkəti haqqında» qanunun tələbini piyadaların nəzərinə çatdıraraq bildirirəm ki, piyadaların günahı üzündən yol-qəza hadisəsi xəsarətlə və ya ölümlə nəticələnərsə, piyada inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb ediləcək.


    - İşıqforlar və yol nişanları ilə yanaşı, yolların keyfiyyəti də təhlükəsiz hərəkətə təsir edən amillərdəndir, onlarda isə tez-tez çökək və çalalara rast gəlmək olar. Bunların aradan qaldırılmasına görə kim cavabdehlik daşıyır?

    - Hesab edirəm ki, hərəkətin təhlükəsizliyinin tam təmin edilməsində yolların keyfiyyəti başlıca şərtlərdən biridir. Belə ki, yolların keyfiyyətində müəyyən nasazlıq varsa, bu, şübhəsiz ki, təhlükəsizliyin təmin edilməsində əməkdaşlarımız üçün bir qədər çətinlik törədir. Belə olduğu halda yolların təmir-tikintisi ilə məşğul olan idarələr cavabdehdir. Şübhəsiz ki, burada Dövlət Yol Polisi İdarəsinin özünün də müəyyən səlahiyyətləri var. Yollarda yaranmış belə nasazlığa görə tərəfimizdən həmin aidiyyəti instansiyalar qarşısında vəsadət qaldırılır və təcili olaraq çatışmamazlığın aradan qaldırılması üçün təqdimatlar göndərilir.


    - Hal-hazırda DYP Bakı şəhərində avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə fəal mübarizə aparır. Qanun pozucularına qarşı cəza tədbirləri tez bir zamanda həyata keçirilir, bəs onda maşınları harada saxlamaq lazımdır?

    - Qeyd etmək lazımdır ki, tıxacların, qəzaların qarşısının alınması məqsədi ilə nəqliyyat vasitələrini qadağan olunmuş yerlərdə saxlayan sürücülərin avtomobilləri evakuatorlar vasitəsi ilə evakuasiya olunur və evakuasiya olunan avtonəqliyyat vasitələri müvəqqəti mühafizə olunan dayanacaqlara qoyulur ki, sonradan sürücü evakuasiya xərcini və törətdiyi xətaya uyğun cərimə ödədikdən sonra avtonəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan dayanacaqdan buraxılır. İlk növbədə yolların kəsişmə hissəsinə yaxın məsafələrdə, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə və yaxud dayanmanı qadağan edən yerlərdə saxlanılan, eyni zamanda, düzgün parklanılmayan nəqliyyat vasitələri də evakuasiya olunur. Paytaxtın bir sıra küçələrində avtomobillərin dayanması vəziyyətini göstərən xüsusi parklanma nişanları var ki, avtomobillər də bu parklanma nişanlarının tələbinə uyğun olaraq saxlanılmalıdır. Nəzərinizə çatdırım ki, artıq avtonəqliyyat vasitələrinin saxlanılması üçün ikimərtəbəli avtodayanacaqlar tikilib istifadəyə verilib. Gələcəkdə də belə parkların tikilib istifadəyə verilməsi planlaşdırılır ki, bu da hər bir hərəkət iştirakçısının, xüsusilə də sürücülərin ürəyincə olacaq.
    Sizin sualınıza gəldikdə isə hal-hazırda avtomobillərin düzgün saxlanılması üçün kifayət qədər şərait var. Sadəcə, bir daha sizin nəzərinizə çatdırıram ki, hər bir sürücü parklanması fikri ilə saxladığı nəqliyyat vasitəsini düzgün saxlasa və dayanmış nəqliyyat vasitələri arasında normal məsafələr qoyulsa, heç bir problem yaranmaz. Avtomobillərdən birinin perpendikulyar, birinin paralel, digərinin isə köndələn saxlanılması, əbəttə ki, düzgün deyil. Saxlanılan hər bir nəqliyyat vasitəsi göstərilmiş nişana uyğun olmalıdır. Əgər perpendikulyar saxlanılsa, perpendlikulyar, köndələn saxlanılsa, köndələn, səkiyə paralel saxlanılsa, paralel saxlanılmalı və avtomobillər arasında normal məsafələr qoyulmalıdır ki, bütün avtomobillərə yer qalsın. Təəssüflər olsun ki, bu da sürücülərin öz səhlənkarlığı ucbatındandır. Sürücü peşəkarlığı, sürücü mədəniyyəti aşağı olduğundan bu gün belə narazılıqlar yaranır. Düşünürəm ki, avtonəqliyyat vasitələrinin harada saxlanılması ilə bağlı bizə sual verən sürücülər ilk növbədə özləri özlərinə sual versinlər və bilsinlər ki, qanunda göstərilən tələblər müzakirə olunmadan yerinə yetirilməlidir. Yəqin ki, bu istiqamətdə Bakı şəhər İcra Hakimiyyəti də müvafiq işlər görür. Qısa bir zamanda avtomobillərin dayanması, parklanması üçün yeni yerlər də tikilib istifadəyə veriləcək.


    - Bakıda hər zaman avtomobil olduqca çox olub, lakin məhz son illər hərəkət xüsusilə çətinləşib. Hal-hazırda Bakıda nə qədər maşın qeydiyyatdadır?

    - Ötən ilin statistikasına nəzər salsaq, respublika üzrə artıq 1 milyondan artıq nəqliyyat vasitəsi qeydə alınıb. Onlardan təxminən yarım milyonu paytaxt ərazisində qeydiyyatdadır. Şübhəsiz ki, bu rəqəmin nə qədər çox olduğunu görürsünüz. Nəzərə alsaq ki, respublika üzrə hər 10 nəfərdən birinə bir nəqliyyat vasitəsi düşür, bu gün hərəkətin təhlükəsizliyinin təmin edilməsində yol polisi əməkdaşlarının üzərinə düşən vəzifə olduqca çətindir. Təsəvvür edin, yarım milyondan artıq nəqliyyat vasitəsi paytaxt ərazisində qeydiyyata düşürsə və gün ərzində 50 mindən artıq nəqliyyat vasitəsi tranzit olaraq Bakı şəhərinə daxil olursa, üstəlik, köçkünlərə, qaçqınlara məxsus nəqliyyat vasitələrinin də paytaxt ərazisində idarə edilməsi hərəkətin intensivliyini bir qədər də artırır. Belə olduğu halda hər bir Dövlət Yol Polisi əməkdaşının fəaliyyətində müəyyən çətinliklər törənir.
    Şübhəsiz ki, hər bir sürücü «Yol hərəkəti haqqında» qanunun tələbini düzgün yerinə yetirirsə, ilk növbədə yol mədəniyyətini nümayiş etdirir, qanuna hörmət əlamətini bildirir, özünün və digərlərinin təhlükəsizliyini təmin etməklə həm özünün, həm hərəkətin təhlükəsizliyini təmin edən yol polisinin işini asanlaşdırır. Belə olduqda tıxacdan, yol-qəza hadisəsindən heç danışmağa dəyməz. Məhz belə olan halda yol-qəza hadisələrinin sayını aşağı salmaq mümkündür. Qanunlara əməl etməklə mədəniyyətin yüksəldilməsi ən vacib şərtdir.


    Müsahibəni hazırladı
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 742
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30