Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır
    Cari ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriblər.
    Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6%-ni təşkil edir.

    Ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8%-i vəsaiti plastik kart vasitəsi ilə alır.
    Ötən ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib.
    Ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda fiziki sağlamlığını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nazirlik tərəfindən görülən işlər ötən il də uğurla davam etdirilir. Belə ki, 2008-ci ildə 396 mənzil, 2009-cu ildə bundan təxminən iki dəfə artıq - 707 mənzil inşa etdirilib. Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin müasir tələblərə cavab verən yeni mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının tapşırığına uyğun olaraq, 2010-cu ildə mənzil tikintisi yüksək templə davam etdirilib və ötən ilin tikinti planı üzrə 715 mənzil inşa edilib. Nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb. Ötən il paytaxtın Qaradağ, Xəzər, Yasamal və Sabunçu rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli yaşayış binaları istifadəyə verilib. Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün ilk dəfə olaraq 12 mərtəbəli binanın inşasına başlanılıb.
    Əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib, 1998-ci ildən 2010-cu ilin sonuna kimi ölkəmizə əlillər üçün 2940 ədəd “OKA’ və ‘Slavuta” markalı avtomaşınlar alınıb gətirilib və növbədə olan müharibə əlillərinə təqdim olunub O cümlədən bu avtomobillərin 352 ədədi ötən il gətirilərək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 720
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30