Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İçərişəhər məscidləri
    Bütün ön Şərqdə olduğu kimi Azərbaycanın ictimai həyatında məscidlər mühüm rol oynayırdı. Ruhanilər məscid minbərlərindən təkcə dini ibadətlərlə kifayətlənməyib, həm də xalqı itaətə çağırıblar. Dövlət tərəfindən qəbul olunmuş fərmanlar və digər yeniliklər əhaliyə əsasən məscidlərdə çatdırılırdı. İçərişəhərdə çoxsaylı məscidlərin olması qədim Bakıda dinin mühüm rol oynadığını göstərir. Bakıda inşa olunmuş məscidlər, bir ənənə olaraq qədim dini tikililərin bünövrəsi üzərində inşa edilmişdi. Bünövrədən başlamış sonuncu memarlıq konstruksiyasına qədər qədimdən nə qalıbsa yeni tikilidə novatorcasına istifadə edilməsinə çalışılıb. Bəzən belə məscidlər altında başqa dinə mənsub tikili qalırdı.


     
    Məhəmməd ibn Əbubəkr məscidi

     
    Bakının maraqlı tarixi və mədəniyyət abidələrindən olan İçərişəhərdəki Məhəmməd ibn Əbubəkr məscidi özünün ağır formalı memarlığı və arxaik məzmunu ilə nəzərə çarpır və diqqəti cəlb edir. Məhəmməd ibn Əbubəkr məscidi iki tikilidən ibarətdir - dairəvi planlı minarə, düzbucaqlı plana malik olan məscid və ona bitişik çox da böyük olmayan tikili. Məscid binasının şimal tərəfdən xarici divarı üzərində kitabə var. Həmin kitabədə məscidin tikilməsinə hicri tarixlə 471-ci ildə (miladi 1078-79) Ustad-ər-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən əmr olunması qeyd olunub. Məscidin yanında Sınıq qala adı ilə məşhur olan minarə var. Bu ad ona 1723-cü ildə general M.A.Matyuşkin tərəfindən şəhər bombalanan zaman dağılandan sonra verilmişdir. Məscid cənub tərəfdən ikimərtəbəlidir. Birinci mərtəbə ikinci ilə əlaqələndirilmir. Birinci mərtəbənin girişi 1920-ci ildə bağlanıbmış və XX əsrin 90-cı ilində aparılan bərpa işləri zamanı yenidən bərpa olunmuşdur. Məscidin daxili cənub divarının mərkəzində yerləşmiş daşla sadə, qabarıq və yarımdairə formada haşiyələnmiş mehrab xüsusən diqqəti cəlb edir. Xalq arasında deyilənə görə, Məhəmməd İbn Əbubəkir məscidinin yerində öncə atəşgah olmuş və guya məscid həmin müqəddəs yer üzərində inşa olunmuşdur. Görünür minarə məscid altda qalan atəşgahın yanında ucaldılmışdır. Tədricən ikinci mərtəbə tikilərək müasir formaya düşmüşdür. Akademik V.V.Bartold çox da böyük olmayan “Bakı” məqaləsində qeyd edir ki, Bakının Cümə məscidi üzərindəki kitabəyə görə hicri tarixi ilə 471-ci ildə (miladi 1078-79) inşa olunub: Əlbəttə, bu məlumat Bakının Sınıq qala minarəli Məhəmməd ibn Əbubəkr məscidinə aiddir. Bəzi özünəməxsusluğu və maraqlı memarlığa malik olan abidənin özü də bunu təsdiqləyir. Adətən orta əsrlərdə Bakının məhəllə məscidləri minarəsiz olmuşdur. Məhəmməd ibn Əbubəkr məscidi üzərində o qədər də adi olmayan kitabə mətnində deyilir ki, məscid iki vəzifə sahibi ustad və rəis Məhəmməd ibn Əbubəkrin əmri ilə tikilmişdir. Birinci anlamda gözəl sənət sahibi ustad sənətkar, ikinci anlamda ustalara başçılıq edən rəis kimi bildirilir. İnşaat kitabəsində tikilmə tarixi hicri 471-ci il (1078-79) göstərilir. Bu dövrlər (1063-1096-cı illər) Şirvanşah dövlətinin müdrik başçısı Fəriburuzun hakimiyyəti illərinə təsadüf edir. Cümə məscidi İçərişəhərin böyük dini tikililəri sırasındadır. Nəhəng Qız qalasından çox da uzaqda deyil. XIX əsrin ortalarında polşalı səyyah M.B.Andceykoviçin yazdığı əfsanədə deyilir ki, Bakının əsası Zummiradın əri Xunzar tərəfindən qoyulub. Xunzar burada özünə dəbdəbəli saray tikdirmiş və Zummirad özünü ilahə elan edənə qədər uzun müddət bir yerdə yaşamışlar. Sonra fani dünya ilə heç bir əlaqəsi olmasın deyə bu qadın özünə hündür qüllə tikdirərək ömrünün sonuna qədər orada tənha yaşamışdır. Çox güman ki, söhbət Qız qalasından və onun yanındakı atəşgah məbədindən gedir, sonralar həmin atəşgah üzərində Cümə məscidi inşa edilmişdir. Bu məscid dəfələrlə yenidənqurma və bərpaya məruz qalmışdır. Onun ilk plan həlli 1888-ci ildə memar, akademik A.Pavinovun ölçü cizgilərindən, ümumi əyani görünüşü qədim fotoşəkildən və rəsmlərdən məlum olmuşdur. 1873-cü ildə məsciddə olmuş səyyahın təsvirinə görə burada dam örtüyü olmayan 4 taçbənd ucalırdı. Bu taçbəndlər atəşgah məbədi üzərində ucaldılmış və sonralar müsəlmanlar tərəfindən məscid formasında inşa olunmuşdur. Cənub və qərb küncləri kəsilmiş düzgün olmayan 6 künclü məscidin əsl planına yaxın analoquna hələ ki, rast gəlinməyib. Məscidin xarici görünüşünü səciyyələndirən konusvari günbəz xüsusi əhəmiyyət kəsb edir. Günbəzin ən bəzəkli yeri su axan kaşı plitələridir. Mərkəzdə böyük ibadət zalı yerləşir. Zal ona bitişik otaqdan və həyətdə dəstəmaz almaqdan ötrü hövuzlu həyətlə əhatə edilmişdi. Bura həm də şimal və qərb tərəfdə yerləşən qadın otaqları ilə birləşirdi. Dəstəmaz alınan həyət də günbəzlə örtülmüşdü. Məscidin şimal və qərb hissələrində qadın və kişilərin sərbəst daxil olması üçün giriş qapıları vardı. XIX əsrin sonlarında tamamilə dağılma qorxusu olan Cümə məscidini söküb yerində 1900-1901-ci illərdə yeni məscid inşa etmişlər. Təzə məscidin yanında üzərində hicri tarixi ilə 841-ci il (miladi 1437-38) tikilmə tarixi göstərilən minarə yaxşı vəziyyətdə qalmışdır. Minarənin əsası üzərinə qədim Cümə məscidi üzərində qalan bir-neçə yazı nümunələri bərkidilmişdir. Ən qədim yazılar XII əsrə aid edilir. Yazılardan biri olan Ulcaid Məhəmməd Xudabəndinin əmrinə əsaslanaraq güman etmək olar ki, XIV əsrdə Cümə məscidində İlhanilərin dövlət xəzinəsi saxlanılmışdır. Şirvanşahlar sarayının cənub fasadının əks tərəfindəki “orta” həyətdə 1918-ci ildə yanmış “Key Qubad” adı ilə məşhur məscid yerləşirdi. Şirvanşahlar sarayının bir neçə metrliyində yerləşən bu məsciddən yalnız çöl divar qalıqları, günbəzi saxlayan sütun əsasları qalmışdır.
     


    Key Qubad məscidi

     
    Key Qubad məscidi Azərbaycan memarlığında orta əsrlərdə geniş yayılmış xaçvarı günbəz örtüklü tikililəri daxildir. Onun saray məscidinin günbəz cizgilərini yada salan günbəzini daxili fəzanı iki hissəyə ayıran sütunlar saxlayırdı. Cənub tərəfdə mehrab yerləşirdi. Key Qubad məscidinin ümumi memarlıq məzmunu lakonik və dəqiq çəkilmiş həndəsi ornametlərdən ibarətdir. 1949-cu ildə Şirvanşahlar saray kompleksinin “cənub” və “orta” həyətində arxeoloji qazıntı işləri aparılan zaman Key Qubad məscidinin özülü və divar qalıqları tapılmışdır. Bu böyük bina üzərində çox da geniş olmayan Key Qubad məscidi inşa edilmişdir. Şirvanşahlar saray kompleksinin aşağı cənub həyətində Şirvanşahlar saray məscidi yerləşir. Şirvanşahlar saray kompleksinin yuxarı həyətindən baxanda saray məscidinin lakonik və dəqiq həndəsi formalı portalı, yumru günbəzi və şaquli minarəsi ümumi memarlıq kompozisiyası fonunda aydın proporsiyaları ilə gözəl görünür. Memar Şirvan memarlıq məktəbinin bəzi xüsusiyyətlərindən istifadə etməklə məscidin hamar divarı üzərində dərin və alaqaranlıq portalını qeyri-simmetrik yerləşdirmiş və daxili fəza həllinə rəngarəng işlətdiyi kütləvi memarlıq elementlərindən onun fasadında istifadə etmişdir. Məscid ümumi böyük zaldan, qadınlar üçün kiçik zaldan və günbəz örtüklü bir neçə düzbucaqlı otaqdan ibarətdir. Qadınların ibadət zalının forması yığcam və düzbucaqlı formada həll edilmiş otaqlardan nisbətən fərqlənir. Məscidin şimal-şərq küncündə bilavasitə onun damı ilə əlaqəli olan minarə gövdəsi qaldırılmış və gövdə üzərindəki epiqrafik kitabədə Sultan Xəlilullahın adı və hicri ilə 845-ci il (miladi 1441-42-ci il) xatırlanır. Kitabəyə görə, Sultan Xəlilullah və ya I Xəlilullah hicri tarixi ilə 820-ci ildən (1417) 869-cu ilə qədər (1465) hökmranlıq etmişdir. Onun hökmranlığı dövründə şəhər həyatı və Şirvan dövləti çiçəklənmə dövrünü yaşamışdır. Qala divarları ilə əhatə olunmuş İçəri şəhər bir neçə çox da böyük olmayan məhəllələrə bölünmüşdü. Məhəllələrin hər birinin xüsusi yerlərində mədrəsə, məscid, hamam, bəzən türbə və başqa təyinatlı ümumi dini binalar inşa edilmişdir. Öz funksiyasını düzgün yerinə yetirmək və eləcə də sakinlərin rahatlığı naminə məhəllə məscidləri adətən məhəllələrin mərkəzində inşa olunmuşdur. İçərişəhərin məhəllə məscidlərindən bəziləri yaşayış binalarının memarlığını xatırladan bir otaqlı şəkildə inşa olunmuşdur. İçərişəhərin məhəllə məscidlərinin daxili bəzək işləri adətən Məkkə istiqamətində qoyulmuş mehrab ətrafında daha zəngin formada öz həllini tapmışdır. Məhəllə məscidlərinin sayı məhəllənin böyüklüyündən asılı idi. Ona görə də bəzən bir məhəllədə bir neçə məscid yerləşirdi. Belə məscidlər içərisində özünün plan həlli ilə seçilən və birinci dəfə hicri tarixi ilə 708-ci ildə (1309) bərpa olunmuş Gileyli məscididir. Bu məscidin cənub divarı və karniz inşası üzərində pəncərələr qoyulmuş və həmin pəncərələr daşdan hazırlanmış 8 bucaqlı və xaçvarı ornamentlərlə bəzədilmiş şəbəkələrlə örtülmüşdür. Ümumi kompozisiya həllində işlədilmiş ulduz və xaçvarı ornamentlər, eləcə də oxvarı taçbəndləri haşiyələyən nəbati naxışlar əlbəttə daş üzərində naxışoyma sənətinin gözəl nümunələridir.


    Ənvər PAŞAZADƏ

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 1183
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30