Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Yaradan və yaradılan
    Planetimizin bizə bənzər canlı olmasını təsdiq edən dəlillərin mövcudluğu barədə müasir elm aləmində yetərli məlumatlar var. Cismimizin dəri qatının sayı ilə planetin qatlarının sayının eyni olması isə hamıya bəllidir. Belə ki, cismimizin dəri qatının ruh pərdəsi ilə əhatə olunduğu kimi planetin qatlarının alimlərin neytral zona adlandırdığı qatın da, planetin qatlarını əhatə etdiyi məlumdur. Bu qat planetin son - ruh qatıdır. Bu qatın sayəsində Yer üzərində olanlar kosmik fəzaya dağılmaqdan qorunurlar. Yerin bütün qatları onun özəyinə qədər, xaricdən bu təbəqə adi şəffaf qat kimi görünür.

    Planetimiz də bizim tək nəfəs alıb-verir

    Əslində bu qatın necə qüvvətli olması kosmik fəzanı öyrənənlərə məlumdur. Qüvvətli və elastik. Əgər bu elastik qata qulağımızı yapışdırmaq mümkün olsaydı, planetimizin də bizim tək nəfəs alıb-verdiyinin şahidi olardıq.
    Yerin hava qatları müxtəlif səbəblərdən zədələndikcə, yer üzərində olan dağların qarını əridib, buxarlandırır və atmosfer qatını tənzimləyir. Bizim də dəri qatımız zədə aldığı zaman cismimimzdən dərhal həmin yeri bərpa etmək üçün maye ayrılır.
    Planetin hava qatında baş verənlərə qarşı planetin reaksiyası ilə cismimizin dəri qatında baş verənlərə qarşı reaksiyası eynidir.
    Planet dağlarındakı qatı əridib qurtardıqdan sonra qütblərdəki buzlarını əritmək məcburiyyətində olacaq.
    Planetin ruh pərdəsi quşların yumurtasındakı ağ maye qatına bərkidilmiş olduğu kimi planetin maye qatı olan suyuna bərkidilmişdir. Planetin ruh pərdəsi ilə ruhun “qəlbi” arasındakı əlaqə qıfabənzər bir formadadır. “Qəlb”lə ruhun birləşdiyi yerdə isə boşluq var. Həmin boşluq ruhun açıq kosmosa olan yoludur.
    Bu yerdən keçən adi gəmi və təyyarələr toza çevrilirlər.
    İçərisi hava ilə doldurulmuş nəhəng şarın nazik sapla bərkidilmiş və istiqamətləndirilmiş halda süzdüyü kimi, planetimiz də Yaradanın Ruhu sayəsində istiqamətləndirilmiş olur.
    İşıqla kölgəni yalnız onu yaradan ayıra bilər
    Televiziya studiyalarının verilişlərini yayımlamaq üçün ötürücü qüllə yaradılıb. Bu qüllədən studiyanın verilişləri efirə verilir. Evlərdə televiziyaların antenaları isə efirdə olanları televiziyalara daxil edirlər.
    İnsanların cisimlərinin xaricində ruhunun “qıfabənzər” çıxıntısı vasitəsilə Allahın dediklərini qəbul etmək üçün Onun tərəfindən yaradılmış bir qəbuledicidir. İstəklərinizi, arzularınızı eşidib bilmək, Qüdrət sahibi üçün çox asandır.
    İşıq və kölgənin qovuşduğu yerə hər hansı bir endə xətt çəkmiş olsaq, daha doğrusu xətt çəkməyə cəhd etsək (bu xətti çəkmək mümkün deyil), bu xəttin yarısı işıqlı, yarısı kölgəli yerə təsadüf edəcək. İşıqla kölgəni yalnız onu yaradan ayıra bilər. İstəklərin, arzuların, əməllərin də düzgünlüyünə bu nöqteyi-nəzərlə baxmaq qanunauyğun sayıla bilər.
    İndi İsa Peyğəmbərin (ə) yaradılışının necə baş verdiyini izah etməyə çalışaq. Əvvəlcə, Peyğəmbərin (ə) baba və nənəsindən başlamağı məqsədəuyğun hesab edirik. O Həzrətin babası İmran və nənəsi xanım Nənnə əməlisaleh, pak insanlar olub, Allahın istədiyi tərzdə yaşamışlar. Həzrət Məryəm onların, Tanrının iradəsinə uyğun olaraq saf, pak, əməlisaleh genlərinin nəticəsində dünyaya gətirilib. Qurani-Kərimin “Ali-İmran” surəsinin 35-ci ayəsinə diqqət edək. İmranın zövcəsi: “Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edərəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən”.
    O xanım - Həzrət Məryəm dünyaya gəldikdən sonra, Yaradanın hökmü ilə mələklər tərəfindən qorunmuşdur. Həzrət Məryəm daima namaz qılan, Allaha ibadət edən, duyğuları təmiz və pak xanım ömrünü yaşamış, boya-başa, yetkinlik yaşına çatmışdır. Allah-Təala məhz belə genə məxsus xanımdan aləmlərə bir möcüzə olaraq İsa peyğəmbəri (ə) yaratmağa qərar vermişdi. Bu səbəblə Qadir Yaradan cənab Cəbraili insan şəklində Həzrət Məryəmin yanına göndərmişdir.
    Qurani-Kərimdən bəlli olduğu kimi Allah mələkləri özünün nurundan yaratmışdır. Mələklər Yaradanın hökmlərini yerinə yetirən bir varlıqdırlar.
    Cənab Cəbrail Allahdan gətirdiyi ruhu həzrət Məryəmin donunun yaxasından - o xanımın cismində, cismani ürəyindən yuxarıda olan Allahdan insanlarda yaranmış ruhun ocağına üfürmüşdür. Yaradıcılıq qüvvəsinə malik olan ruh Allahın hikməti sayəsində, Məryəmin bətnində İsa Peyğəmbərin (ə) yaranışını icra etmişdir. Qurani-Kərimin “Ali-İmran” surəsinin 6-cı ayəsinə diqqət edək: “Sizi anaların bətnində istədiyi kimi yaradan Odur. Ondan başqa Tanrı yoxdur. Çünki O, əziz və hikmət sahibidir”.
    Dünyaya gələn bu insan, ilk insan olan Adəm peyğəmbər (ə) kimi Allahın yaratdığı möcüzələrdəndir.
    Yenə də Qurani-Kərimin “Ali-İmran” surəsinin 59-cu ayəsinə diqqət edək: “Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona “Ol”
     dedi, o da oldu”.
    Allahın möcüzəsi olan bu insana, Qadir Yaradanı peyğəmbərlik, zamanəsində yaşayan insanlara xidmət edən neçə-neçə möcüzələr tətbiq etməyi bəxş etmişdir.
    Dünyaya gəlişindən xəbərsiz insan…
    Biz Adəm peyğəmbərin (ə) zamanından bu günə kimi yaşayış yerimizi, məişət əşyalarımızı dəyişmiş olsaq da, özümüzə xas olan keyfiyyətlərdən xilas ola bilməmişik. Əlbəttə, İnsanlara naşükürlülük xasdır. Naşükürlükdən isə tamahkarlıq, paxıllıq və bir çox pis əməllər yaranır. Bu keyfiyyətlər şeytana uymaqdan yaranır. Səhərini onun rahatlığı təmin edənin adı ilə açan, gecəsini də Yaradanın adı ilə başa vurana şeytan yaxın dura bilməz.
    Pislik edən şəxs rahat yaşaya bilməz. Allah tərəfindən Adəm övladında təməli qoyulan ruhun olmasıdır ki, pislik edən şəxsə əməlinin sol əlin yazısı olduğunu hiss etdirmiş olur. Kiməsə yaxşılıq edən şəxs özündə izah olunmaz rahatlıq hiss etmiş olur. Qurani-Kərimin “Yunus” surəsinin 12-ci ayəsinə diqqət edək: “İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə düa edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç düa etməmiş kimi çıxıb gedər. Müşriklərə etdikləri əməllər beləcə yaxşı göstərildi”.
    Amma yardım edən də, yardım olunan da bu yardımın səbəbkarını tanıdıqda, bildikdə bu şəxslərin hər ikisi savab iş tutduqlarını hiss edirlər. Bu hislər, insanlara etdiyi əməlin sağ əl yazısının olduğunu hiss etdiyindən yaranır. Yardım edilən də, edən şəxs də Qüdrətli Allaha təşəkkür etməlidirlər. Biri ondan ötrü ki, çətinlikdən qurtuldu, o biri də savab sahibi oldu.
    Allah-Təala əcdadımızı sevə-sevə yaratdıqlarının ən gözəli olaraq yaratmışdır. Yaşadığımız planetin həm öz oxu ətrafında, həm də Günəşin ətrafındakı dövrünü və onun sürətini nəzərə alaq. Məskunlaşdığımız sistemin spiralvari hərəkət sürətini, sistemimizin başqa sistemlərlə birlikdə daxil olduğu qalaktikanın “tornadoya” bənzər hərəkətini aydınlaşdırdıqdan sonra Yaradanın bizə qarşı necə rəhmli olduğunun şahidi olarıq. Bu müxtəlif sürətlər içində çox rahat yaşayırıq. Qüdrətli Xaliq bizi qüdrətinin təcəssümü kimi yaratmışdır. Yaradanımıza daima: “İlahi, Sən Qüdrətli Yaradan, Rəhmli Himayədarsan”,-deməliyik.
    İnsanlar həm pis əməllərin, həm də yaxşı əməllərin mövcüdlüğünü bildiklərindən, Allahdan yaxşılığı əməl etməkdən ötrü yardım diləməliyik. Bu iki hissi bildiyimizə görə yaşadığımız həyatı imtahan adlandırırıq. Görək, kim yaxşılığı pislikdən ayıra bilənlərdən, eyni zamanda yaxşı əməl sahibi olub Allahın rizasını qazanmağa nail olacaq.
    Uşaq tərbiyəsində valideyn izdivacının rolu
    Uca Yaradan Həvva nənəmizi Adəm peyğəmbərin (ə) qabırğasından yaratmışdı. Bu zaman görəsən Allah-Təala nəyi nəzərdə tutmuşdur?.
    Hər bir insan öz cismini necə qoruyursa, Adəmlər də Həvvalarını elə qorumalıdılar. Öz Adəm ərinə arxayın olan Həvvalar rahat həyat sürərlər. Belə olan tərzdə, belə bir izdivacda vəhdət, qarşılıqlı məhəbbət olar. Valideynlərin belə izdivacından onların ruhları, valideynlərin əməlisaleh əcdadlarının geninə həyat vermiş olarlar. Belə olanda dünyaya gələn insanla onun ruhu arasında vəhdət olur və insan verilən nəsihətlərə riayət edir. Əks halda, nə cür tərbiyə verilsə də öz geninə uyğun yaşayır.
    Alimlər insan dünyaya gələn gündən onun tərbiyəsi ilə məşğul olmağı məsləhət bilirlər. Fikir verək görək insanın dünyaya gəlşi nə vaxtdan başlayır.
    Yaradan Tanrı nütfə halında olan gələcək insan barədə bütün məlumatlara malikdir. Qurani-Kərimin “Ən-Nəcm” surəsinin 32-ci ayəsinə diqqət edək: “O yaxşılıq edənlər ki, kiçik günahlar istisna olmaqla böyük günahlardan və rəzil işlərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnlərində rüşyem halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllrdən çəkinənin kim olduğunu ən gözəl biləndir”.
    Deməli, insanın genoloci xüsusiyyətləri artıq ana bətnində olarkən formalaşmış olur. Cansız saydığımız meyvə toxumlarının əməli işlərini nəzərdən keçirək.
    Alma toxumundan bir ağac yaranır. Ağacın kökləri, gövdəsi, budaqları və yarpaqları Adəmdir. O, torpaqdan şirə, havadan günəş şüaları alaraq təbiətin hər cür şıltaqlıqlarına sinə gələrək Həvvanın yaranmasına şərait yaradır. Ağacın çiçəkləri Həvvadır. Ağacın meyvələri onların övladlarıdır.
    İnsanlar ailə qurduqları zaman taledən öz yarılarını tapdıqda həyatları, eyni zamanda dünyada əminamanlıq olar.
    Kəbə - Yer üzünün ən müqədəs və halal evi
    Qurani-Kərimin “Ali-İmran” surəsinin 96-cı ayəsinə diqqət edək:
    “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”.
    O zaman ki, əcdadlarımız Adəm və Həvva, cənnət məkanından kənar olunub yerə endirildilər (bir-birindən incimiş halda), uzun müddət məşəqqətlərə məruz qaldılar. Adəm yaratdıqlarına qarşı rəhmli olan Allaha-Təalaya yalvardı. Allah-Təala isə Adəm və onun nəsilləri üçün zamanın sonuna kimi yer üzündə yaşamalarına qərar vermişdir. Tövbələri qəbul edib, bağışlayan, Rəhmli Allah, təbiətin müxtəlif hadisələrindən qorunmaq üçün dünyanın Memarı, əcdadımıza Kəbənin təməlini qoymağın qaydasını öyrətdi.
    Eyni vaxtda əcdadımıza kənar olduğu yerə - cənnətə, layiq yaşamaqdan və ora qayıda bilməsindən ötrü ilk yazılı tövsiyələri, qaydaları, Furqanı nazil etdi.
    Allah dünya əhalisinə əcdadlarının evini ziyarət etməklə onlara övladlıq borclarını yerinə yetirməyi lazım bilir.
    Nuh peyğəmbərin (ə) yaşadığı dövrdə yer üzünün su ilə örtüldüyü bir zamanda ilk insanın yaşadığı bu müqəddəs Kəbənin salamat qalmasını belə izah etmək olar: Binanın Memarı Yaradanın Özü olmuşdur. Sonra binanın tikilişi anının yadımıza salaq. Tikinti işlərini aparan tək bir adam, Adəm peyğəmbər (ə) olub. İki nəfərin iştirakı olmuş olsaydı, şeytan şübhə yaradardı ki, biri o birindən fərqli zəhmət çəkib. Tikintidə işlədilən materiala da pul verilməyib, şübhə yarana ki, işlədilən materialın haqqı düzgün ödənilməyib. Dediyim halların heç birində haramdan söhbət gedə bilməz. Kəbə dünyanın ən müqədəs və halal evidir. Elə “Halal maldır itməz, batmaz” atalar məsəli də bu məkanın timsalında yaranıb.
    Nuh peyğəmbərin (ə) zamanında tufandan salamat çıxmış bəşər övladı üçün ilk ziyarətgah olan qədim evi təmir etməyi və bütlərdən təmizləməyi Allah-Təala İbrahim peyğəmbərə (ə) buyurmuşdur: “(Ya Məhəmməd) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, yaşayanlar, rüku edən və səcdəyə qapılanlar üçün təmizlə!” (“Əl-Həcc” surəsi, 26-cı ayə)

    Fatma Əliyeva

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 814
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30