Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    «Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» devizi altında aksiya keçirilib - Fotoreportaj
    Bu yaxınlarda Bakı şəhər DYP İdarəsi tərəfindən 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birgə «Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi»nə uyğun olaraq «Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» devizi altında maarifləndirici aksiya keçirilib. Sözügedən aksiyanın keçirilməsinin başlıca məqsədi uşaqları gələcəkdə baş verə biləcək təhlükədən qorumaq üçün onlara yol hərəkəti qaydalarını öyrətmək idi. Bu gün bu, olduqca aktual məsələdir. Burada əsas diqqət təhlükəsizlik üçün yollarda düzgün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib.

    Aksiyada Bakı şəhəri üzrə Təhsil İdarəsinin aparıcı mütəxəssisi Rövşən Əliyev, Bakı şəhər DYP İdarəsinin şöbə rəisi polis polkovnik leytenantı Vaqif Əsədov, texnika elmləri namizədi, avto-ekspert Sülhəddin Gözəlov, eləcə də məktəb, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin uşaq və müəllimləri, valideynlər iştirak ediblər.
    Tədbirdə iştirak etmiş uşaqları şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları ilə xüsusi təyinatlı avtobuslarda yeraltı keçidlərin olduğu ərazilərə aparıblar. Polis formaları geyinmiş «Yol polisinin gənc köməkçiləri» DYP əməkdaşlarının nəzarəti altında yolu düzgün keçmə qaydalarını nümayiş etdirib, yeraltı keçidlərdən istifadənin həyat üçün təhlükəsiz olduğunu ictimaiyyətə çatdırıblar. «Balaca polislər» yolu düzgün keçməyən piyadaları qanunlara riayət etməyə çağırıblar.
    Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai, Binəqədi, Suraxanı rayonlarının məktəblərindən və Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksindən 100-dən çox uşaq iştirak edib.
    Bakı şəhər DYP İdarəsinin Yol hərəkətinin təhlükəsizliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədovun tədbirdə qeyd etdiyi kimi, 2010-cu ildə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, piyadaların yolu təyin olunmayan yerlərdən keçməsi çox vaxt onların vurulması ilə nəticələnir. Belə ki, 2010-cu ildə belə hallar yol-nəqliyyat hadisələrinin ümumi sayının 49%-ini təşkil etmişdir. V. Əsədovun sözlərinə görə, məhz bu səbəbdən 2011-ci ildən başlayaraq Yol Polisi əməkdaşları tərəfindən mütəmadi olaraq reydlər keçirilib və bu reydlər zamanı 160-dan çox piyada saxlanılaraq, məsuliyyətə cəlb edilib. V. Əsədov bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, gələcəkdə də 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birgə analoji layihələrin təşkili nəzərdə tutulur: «Bakı şəhər məktəbləri, valideyn komitələri, Bakı şəhər müəllimləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bugünkü tədbir yol mədəniyyətinin yüksəldilməsini, böyüməkdə olan nəslə yol hərəkəti qaydalarının öyrədilməsini, onların nizam-intizama riayət etməsini nəzərdə tutur. Gördüyünüz kimi, bu gün Bakı şəhər məktəblərinin şagirdləri yol hərəkəti qaydalarına dair müəyyən biliklərə yiyələniblər».
    V. Əsədov qeyd etdi ki, 2011-ci il ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq müəyyən tədbirlər keçiriləcək. Onların məqsədi piyadalara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Onun sözlərinə görə, bu tədbirlər onunla fərqlənəcək ki, onların məqsədi qaydaları pozan piyadaların cəzalandırılması və məsuliyyətə cəlb edilməsi deyil, onlara yollarda davranış vərdişlərini və yol hərəkəti qaydalarını izah etməkdir. «Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi təkcə təhlükəsizliyin təmin edilməsi deyil, həmçinin «Yol hərəkəti haqqında» Qanuna, ilk növbədə, özünə və ətrafdakılara hörmət əlamətidir. Yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması istiqamətində Dövlət Yol Polisi əməkdaşları kimi, cəmiyyətimizin hər bir üzvü məsuliyyətini daha da artırmalıdır. Zənnimcə, biz YNH-lərin sayını minimuma endirə bilərik: bunun üçün yalnız ailələrdə, məktəblərdə, eləcə də yollarda maarifləndirici tədbirlər həyata keçirmək lazımdır, - V. Əsədov sonda bildirdi.

    Hazırladı İskəndər Quliyev












































         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 533
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30