Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Badamdar və Bibiheybət qəsəbə nümayəndəlikləri 2010-cu illə bağlı hesabat verdilər
    Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərində 2010-cu ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər.

    Hesabatda göstərilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbəsində bir sıra işlər görülüb. Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, ziyalı və ağsaqqallar, bələdiyyə üzvləri və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən tədbirdə ötən ilin yekunları müzakirə olunub. 2010-cu il noyabrın 8-də “Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarının arasında yolun yeni trasa köçürülməklə yenidən qurulması” layihəsinin icrası ilə yeni yol istifadəyə verilib. Bu yol qəsəbəyə gediş-gəlişi asanlaşdırıb və sakinlərin razılığına səbəb olub. 2010-cu ilin yay aylarında rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə Salyan yolu boyunca yol kənarı hasarlar və çoxsaylı ti­kililərin fasadında təmir-bərpa işləri aparılıb, qəsəbə Mədəniyyət evi təmir olunub. Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi açıq qəbullar zamanı sakinlərin müraciətləri ilə bağlı qəsəbənin girişində bankomat, yeni işıqfor və dayanacaq quraşdırılıb, hazırda Salyan yolu 32 ünvanda piyadalar üçün keçid tikilir. Badamdar qəsəbəsində keçirilən tədbirdə qeyd olunub ki, qəsəbədə 21 mindən çox əhali yaşayır. 2010-cu ildə qəsəbədəki 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və yenidənquruma işləri aparılıb. İl ərzində rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində 50.200 kv. metr sahəyə yeni asfalt qatı salınıb, rayonun təsərrüfat xidmətlərinin köməyi ilə 1035 metr kabel xətti və 6000 metr naqil çəkilib. 10 kv-luq şəbəkə qurulub, 1-ci yaşayış massivində SİP xətti çəkilib. 6 kv-luq Transformator daha tutumlusu ilə əvəz olunub, 4 transformator məntəqəsi əsaslı təmir olunub, 1 yeni transformator məntəqəsi istifadəyə verilib. Əhalinin təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülüb. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar Badamdar qəsəbəsi 3-cü yaşayış massivində “Azərsu” SC tərəfindən 10 ədəd yeni su anbarının inşasına başlanıb və artıq 2 ədəd su anbarı istifadəyə verilib. 2011-ci il üçün konkret tədbirlər müəyyənləşdirilib. Qeyd olunub ki, özünəməxsus tarixi olan Bibiheybət qəsəbəsində 2150 nəfər yaşayır, qəsəbədə həmçinin 365 nəfər məcburi köçkün məskunlaşıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 402
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30